Məhkəmə qərarları › İş №2(074)-223/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-223/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-223/2025 03.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: İddiaçı 2024-cü ilin fevral ayında heyvan satışı bazarından 1660 manata “qovuq ağqulaq” cinsli iribuynuzlu heyvan almışdır. İddiaçı Şamaxı rayonu, Göylər kəndində yerləşən özünə məxsus təsərrüfatda olan iribuynuzlu heyvanları (inək-düyə) otarmaq məqsədi ilə, cavabdeh X4 ilə razılaşıb, 2024-cü ildə aralarında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Razılaşmaya əsasən, cavabdeh iddiaçının iribuynuzlu heyvanlarını hər gün səhər saatlarında qəbul edib otlaqa aparmalı, axşam da, gətirib təhvil verməlidir. Bunun müqabilində, iddiaçı hər ay 30 manat pulu cavabdehə verməlidir. 2024-cü ilin sentyabr ayına kimi, bu qaydada tərəflər arasında razılaşmanın şərtlərinə əməl edilmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında, yenə də olduğu kimi, iddiaçı beş baş iribuynuzlu heyvanını otarmaq üçün cavabdehə təhvil vermişdir. Həmin gün axşam saatlarında dörd baş mal-qarası evə qayıtmış, lakin 2024-cü ilin fevral ayında heyvan satışı bazarından aldığı iribuynuzlu heyvanı qayıtmamışdır. Bir neçə gün sonra, həmin heyvan otlaq sahəsində tələf olmuş vəziyyətdə tapılmışdır. İş materiallarında olan “Şirvan” Ticarət Kompleksi tərəfindən verilmiş arayışda qeyd olunur ki, heyvan bazarında bir baş “qovuq ağqulaq” cinsli iribuynuzlu heyvanın orta bazar qiyməti 1600-1700 manat təşkil edir. İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi olaraq cavabdehdən 1750 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şamaxı rayonu, Göylər kəndində yaşayır. 2024-cü ilin fevral ayında Ağsu heyvan bazarından 1660 manata “qonur ağqulaq” cinsli inək-düyə alıb, Göylər kəndinə gətirmək üçün 60 manat sürücüyə pul verib, kəndə gətirmişdir. Göylər kəndində 40 nəfərdən artıq kənd sakini heyvan sahiblərindən aylıq 30 manat toplamaqla, cavabdeh X4 camaatın mal-qarasını otardığı kimi, onun da mal-qarasını otarmış və hər ay buna görə 30 manat pul ödəmişdir. X6 razılaşdırıldığı kimi, camaatın mal-qarasını hər səhər salamat halda qəbul edib, otlaqa aparılması, axşam da, salamat halda gətirib təhvil verilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixdə də, səhər-səhər onun beş baş mal-qarasını otarmaq üçün Rəşada təhvil vermişdir. Həmin gün axşam dörd baş mal-qarası evə qayıtmış, lakin Ağsu rayonundan mal bazarından aldığı “qonur ağqulaq” cinsli düyəsi evə qayıtmamışdır. Həmin düyə 3 aylıq boğaz idi və bu barədə süni mayalanma sənədi də vardır. O, dərhal Rəşad Fərzəliyevin mobil telefonuna zəng edib, bir baş malının evə gəlmədiyini bildirmişdir. Rəşad isə həmin gün naxırı örüşdən yığıb kəndə gətirmək üçün getmədiyini, səhər gedib tapacağını demişdir. Bundan üç gün sonra, Rəşad zəng edib, ona otlaq sahəsində heyvanın ölüb qaldığını bildirmişdir. O, Rəşada “mən səhər mal-qaramı sənə sağ-salamat təhvil vermişəm, sən də, malları otarıb axşam sağ-salamat mənə təhvil verməli idin, indi heyvanımı səndən tələb edirəm, ya mənə pulunu ödə, ya da əvəzinə heyvan al ver”. Rəşad isə onunla mübahisə edərək, “get hara istəyirsən de, mən sənə nə pulunu, nə də, heyvan verməyəcəm” demişdir. Nəticədə, ona 1660 manat düyənin pulu, 60 manat yol pulu və 30 manat süni mayalanma pulu olmaqla, cəmi 1750 manat zərər dəymişdir. Bu səbəbdən, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 iddia tələbini əsassız hesab edərək, bildirdi ki, o, Şamaxı rayonu, Göylər kəndində ailəsi ilə birlikdə yaşayır, kənd sakinlərinin mal-qarasını otaqmaqla məşğul olur və buna görə, hər ailədən, hər ay 30 manat məbləğində pul alır. Mal-qaranı o, hər gün tezdən qəbul edib, otarmağa aparır və axşam vaxtı sahiblərinə qaytarır. Lakin, mal-qaranın hər hansı səbəbdən tələf olmasına görə o, məsuliyyət daşımır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında, digər kənd sakinləri kimi, İddiaçı beş baş iribuynuzlu heyvanını otarmaq üçün təhvil almışdır. Lakin həmin gün axşam vaxtı, Məhluqənin dörd baş heyvanı geri qayıtmışdır. Bir neçə gün sonra, Məhluqənin bir baş düyəsinin otlaq sahəsində ölmüş vəziyyətdə tapmışdır. Həmin heyvanın hansı şəraitdə tələf olmasından məlumatı olmamışdır. İddiaçının iribuynuzlu heyvanının tələf olmasına görə, məsuliyyət daşımadığından, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin, 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq xidmətlərin qüsursuz və vicdanlı göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh tapşırıq müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin xidmətləri qüsursuz göstərməsinə dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı tələf olmuş iribuynuzlu heyvanı 2024-cü ilin fevral ayında aldığını, həmin tarixdən bir ildən artıq müddət keçməsini və “Şirvan” Ticarət Kompleksi tərəfindən verilmiş arayışı nəzərə alaraq, dəymiş zərərin əvəzi olaraq 1700 manat pulun tutulması məqsədəuyğundur. Həmçinin, iddiaçı əlavə olaraq yol xərcinə və heyvanın süni mayalanmasına görə, dəymiş zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etsə də, həmin hissədə tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin hissədə iddia təmin olunmamalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş zərərin əvəzi olaraq cavabdeh X1 1700 manat məbləğində pul və ödənilmiş 37 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq cavabdeh X1 1700 (bir min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar