Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-233/2022 05.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsi üzrə kreditə görə 1584,44 manat əsas, faiz borcuna görə 70,49 manat, cərimə borcuna görə 28,35 manat olmaqla, cəmi 1683,28 manat pul və dövlət rüsumu kimi ödənilmiş 36,84 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş Sep qolbaq - 1 ədəd, çəkisi - 10,05 qr, əyarı - 585; Üzük 4 ədəd (4 qaş yox) - 4 ədəd, çəkisi - 13,2 qr, əyarı - 583; Sırğa - 1 ədəd, çəkisi - 3.1 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 9.7 qr, əyarı - 583; cəmi: 36,05 qram qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 22.06.2021-ci il tarixli, SMLMB- 05415 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1683,28 manat pul və dövlət rüsumu kimi ödənilmiş 36,84 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 22.06.2021-ci il tarixli, SMLMB- 05415 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Şamaxı” filialı ilə Cavabdeh arasında bağlanmış 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 1650 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1584,44 manat əsas, faiz borcuna görə 70,49 manat, cərimə borcuna görə 28,35 manat, borcun cəmi məbləği 1683,28 manat təşkil edir. 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh qızma məxsus olan qızıl-zinət əşyaları 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 22.06.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Şamaxı” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Sep qolbaq - 1 ədəd, çəkisi - 10,05 qr, əyarı - 585; Üzük 4 ədəd (4 qaş yox) - 4 ədəd, çəkisi — 13,2 qr, əyarı Sırğa - 1 ədəd, çəkisi - 3.1 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 9.7 qr, əyarı - 583; Cəmi: 36,05 qramdır. Eyni zamanda həmin kredit müqaviləsinin 5.4-cü bəndin əsasən müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bnakın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, oğlu İkinci Qarabağ müharibəsində yaralandığından onun müalicəsi üçün kredit götürmüşdür. Daha sonra borcunu maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. Lakin banka borcunu tam ödəyəcəkdir. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 1650 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı girov müqaviləsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi girov müqaviləsi bağlanmış və borcalana məxsus 4 ədəd ümumi çəkisi 36,05 qram olan qızıl-zinət əşyası girov qoyulmuşdur. İş materiallarında olan 01.11.2021-ci il tarixli RB02/PK-9087 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsi üzrə banka 01.11.2021-ci il tarixə 1584,44 manat əsas, 70,49 manat faiz, 28,35 manat cərimə olmaqla, cəmi 1683,28 manat borcu vardır. İş materiallarında olan 08.09.2021-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 22.06.2021-ci il tarixli, SMLMB-05415 saylı kredit müqaviləsi üzrə banka olan kredit borcunu ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə ödənişləri ardıcıl olaraq gecikdirmişdir. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçınn təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 22.06.2021-ci il tarixli, SMLMB-05415 nömrəli kredit müqaviləsi üzrə 1584,44 manat əsas, 70,49 manat faiz, 28,35 manat cərimə olmaqla, cəmi 1683,28 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,24 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan Sep qolbaq - 1 ədəd, çəkisi - 10,05 qr, əyarı - 585; Üzük 4 ədəd (4 qaş yox) - 4 ədəd, çəkisi - 13,2 qr, əyarı - 583; Sırğa - 1 ədəd, çəkisi - 3.1 qr, əyarı - 585; Komplekt - 1 ədəd, çəkisi - 9.7 qr, əyarı - 583; cəmi: 36,05 qram qızıl zinət əşyalarına yönəldilərək həmin əşyalar açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-233/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-233/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver