Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-24/2025 06.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi Yol nəqliyyat hadisəsi nəticəsində maşınla vurularaq beş baş xırda buynuzlu heyvanlarının öldürülməsi nəticəsində məhv edilmiş əmlakının dəyəri olan cəmi 4080 manat pulun cavabdehdən alınıb ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Həmyəli kəndində yaşayır və şəxsi təsərrüfatında iri buynuzlu və xırda buynuzlu heyvanlar saxlayır və əldə etdiyi kənd təsərrüfatı məhsulları ilə səkkiz nəfərdən ibarət ailəsini təmin etməyə çalışır. 03 noyabr 2023-cü il tarixdə ona məxsus beş baş xırda buynuzlu heyvanlarını (dörd baş "Qala"cinsli boğaz ana qoyun hər birinin dəyəri 520 manat, bütövlükdə isə 2080 manat və bir baş "Qala" cinsli qoçun dəyəri 800 manat, 4 baş ana qoyundan alınacaq 4 baş quzunun satışından əldə olunacaq pulun miqdarı-əldən çıxmış fayda kimi 1200 manat) Həmyəli kəndinin (Nəsimi qəsəbəsi) ərazisində yaşadığı evin qarşısında Cavabdeh idarə etdiyi "Mersedes-190" markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürət həddini aşaraq idarə etməni itirərək vurub öldürmüşdür. Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində ona 4080 manat zərər dəymişdir. Baş verənlərin səbəbi cavabdehin yol hərəkəti qaydalarını pozması yəni sürət həddini aşaraq idarə etməni itirməsidir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu onun nəqliyyat vasitəsini düzgün idarə etməməsi, sürət həddini aşması, idarə etməni itirməsi və yol hərəkəti qaydalarını pozmasıdır. Cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi Şamaxı Rayon Polis Şöbəsində araşdırılmış və ona bildirilmişdir ki, dəymiş maddi ziyanin ödənilməsi tələbi ilə bağlı mülkü iddia qaydasında məhkəməyə müraciət edə bilər. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun təsərrufatında olan beş baş xırda buynuzlu heyvanları avtomobillə vurularaq öldürülməsi nəticəsində ona 4080 manat məbləğində maadi ziyan dəymişdir. Öldürülmüş heyvanların foto şəkillərini sübut kimi təqdim edəcəkdir. Məhv edilmiş əmlakının, əldən cıxmış fayda ilə birlikdə ümumi dəyəri 4080 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “**- BG-***” dövlət qeydiyyat nişanlı avtomobillə yolda hərəkətdə olarkən iddiaçıya məxsus heyvanlar avtomobil yolu ilə hərəkət etdiyindən və hava qaranlıq olduğundan onları görməmiş və nəticədə heyvanları vurmuşdur. O, avtomobil yolu ilə hərkət etmiş, həmin yola heyvanların çıxa biləcəyini ehtimal etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli, 9/5995 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 04 baş, 3 yaşlı, hər birinin diri çəkisi 65 kq olan “Qala” cinsli ana qoyunun xx.xx.2023-cü ilə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1560 (4x390) manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərardadda göstərilən 01 baş, iki yaşlı, diri çəkisi 75 kq olan “Qala” cinsli qoçun isə xx.xx.2023-cü ilə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 520 manat müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində İddiaçı məxsus beş baş xırda buynuzlu heyvanların yola çıxması nəticəsində Cavabdeh idarə etdiyi "Mersedes- 190" markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və iddiaçıya məxsus olan beş baş qala cinsli qoyunu vuraraq öldürmüşdür. Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçıya vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə əlaqədar təyin edilmiş ekspertiza rəyinə əsasən dörd baş qala cinsli ana qoyunun dəyəri 1560 manat və bir baş qala cinsli qoçun dəyəri 520 manat olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2080 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2080 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-24/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-24/2025
06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver