Məhkəmə qərarları › İş №2(074)-252/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-252/2025

07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-252/2025 07.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 395/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 400 manat sabit pul məbləğində aliment alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşdur. Şamaxı Rayon Məhkəməsinin 2(074)-395/2021 saylı qətnaməsinə əsasən, cavabdeh ilə aralarında xx.xx.2017-ci ildə Sumqayıt Asan Xidmət X1 bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1736 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 anası X3 yanında qalması, iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq, cavabdeh X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə 2021ci ilin ehtiyac meyarları nəzərə alınaraq, qətnamə çıxarılmışdır. Lakin, hal-hazırki dövrdə uşağın ehtiyac meyarları xeyli artmışdır. Övladına onun normal ehtiyaclarını təmin etmək üçün həftəlik 300 manat xərcləyir, çünki hal-hazırki dövrdə məktəb xərcləri və digər xərclər normal qarşılanarsa, ondanda artıq pul çıxır. Lakin, cavabdehin ödədiyi aliment xeyli dərəcədə aşağıdır. Eyni zamanda, yeni ildən ehtiyac meyarları daha da artacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. Eyni zamanda, İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını, cavabdeh isə məhkəməyə ərizə göndərərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ilə X6 arasında xx.xx.2017-ci ildə Sumqayıt Asan Xidmət X1 bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1736 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 cavabdeh - (anası) X3 yanında qalması, iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq, cavabdeh X4 ödənilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-395/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq, cavabdeh X4 ödənilməsi qət edilmiş və hazırda iddiaçı uşağın böyüdüyünü, tələbatlarının artdığını və məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin uşağın heç bir tələbatının ödənilməsinə yetmədiyini əsas gətirərək, müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamə qəbul edildikdən sonra, cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və bu hal məhkəmə iclasında da, müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən alimentin tutulması qət edildikdən sonra, onun ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən, aliment məbləğinin artırılmasına heç bir əsas yoxdur. Bu səbəbdən, iddia əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2. maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də, diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1. maddəsinin mənasına görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən, həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Həmçinin, məhkəmə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin tələblərinə uyğun olaraq, tutulan alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar