Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-27/2022 11.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2019-cu il 22 aprel tarixli kredit müqaviləsi üzrə banka 116538,48 manat əsas və 14271,46 manat faiz borcu olmaqla ümumilikdə cəmi 130809,94 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən, 281.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə və Cavabdeh1 məxsus olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 3 otaqlı, 111.1 kv.m ümumi, 62.6 kv.m yaşayış, 48.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.13 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evlərinin açıq hərracdan satılması və borcun Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən, 281.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.04 b& torpaq sahəsinin və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 3 otaqlı, 111.1 kv.m ümumi, 62.6 kv.m yaşayış, 48.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.13 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən, 281.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə və Cavabdeh1 məxsus olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 3 otaqlı, 111.1 kv.m ümumi, 62.6 kv.m yaşayış, 48.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.13 ha torpaq sahəsinə yönəldikdə və onlar satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin Şamaxı şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən, 281.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinə və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 3 otaqlı, 111.1 kv.m ümumi, 62.6 kv.m yaşayış, 48.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.13 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin həmin fərdi yaşayış evlərindən çıxarılmaları, həmin fərdi yaşayış evlərinin boşaldılması və banka təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 22.04.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 fərdi sahibkardır və onun ********* nömrəli VÖEN-i vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.2-ci bəndində qeyd edilmişdir ki, kredit borcalana əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verilmişdir. Buna görə də hazırki mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 22 aprel 2019-cu il tarixli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən kredit borcalana 15.02.2019-cu il tarixdə götürülmüş 45 000 AZN məbləğində kredit öhdəliklərinin tam bağlanması və əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə verilmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsi portalından araşdırmadan məlum olur ki, Cavabdeh2 ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 4 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin qeydinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual normalardan göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Ona görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 24, 26, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-27/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-27/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver