Məhkəmə qərarları › İş №2(074)-27/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-27/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-27/2024 01.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın əvəzi olaraq 500 manat pulun alınıb ona verilməsi və yaxud cavabdehin ona vurduğu maddi ziyanı öz hesabına bərpa etməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu, Qızmeydan kənd icra nümayəndəsi vəzifəsində işləyən Cavabdeh ilə qonşudur. Belə ki, Qızmeydan kəndində onun evinin arxasında cavabdehin evi yerləşir. Cavabdeh, 29 mart 2023-cü il tarixdə özünün məhləsindəki ağacları kəsdirib. Kəsilmiş həmin ağaclardan bir neçəsi iddiaçının evinin və əkin sahəsinin üstünə düşmüşdür. Nəticədə evinin üstündəki 20-25 ədəd saxsı sınaraq yararsız hala düşmüşdür. Bundan əlavə, taxtaların baş hissəsi sınmış, evində qaz sobasının borusu əyilmişdir. Kəsilmiş ağaclardan onun əkin sahəsinin içərisinə düşənləri də var. İddia ərizəsinə qeyd etdiyi faktların fotoşəkillərini də daxil edib. Həmin fotoşəkillərdən aşkar görünür ki, qonşuluğunda yaşayan Cavabdeh həqiqətəndə onun evinə xeyli ziyanlıq vurmuşdur. Ondan nə üçün belə etdiyini soruşanda “yaxşı edirəm, get kimə şikayət edirsən et” deyə cavab verib. Cavabdehə mülayimcəsinə söz demək mümkün deyil, bir kəlmə söz deyən kimi adamla çox kobud danışır. Nümunə üçün surətlərini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Polis Şöbəsindən ona və həyat yoldaşına göndərilmiş digər 15 yanvar 2018ci il tarixli, 188-724-1218 saylı və xx.xx.2018-ci il tarixli, 188-82801-3218 saylı cavab məktublarını da açıqlayır. Həmin cavab məktublarından aşkar görünür ki, Cavabdeh məişət sularını həyətyanı sahəyə axıtması nəticəsində o, DİN-in 102 xidmətinə şikayət edib. O cümlədən həyat yoldaşı Minəxanım İsmayılova, Cavabdeh tərəfindən təhqir olunduğuna görə Şamaxı Rayon Polis Şöbəsinə məlumat verib. Lakin bütün hallarda haqlı şikayətlərinə X8 və Polis tərəfindən laqeyd yanaşılmış və nəticəsiz qalmışdır. Onlara bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Cavabdeh 1000 hektarla torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olur. Bu məqsədlə səhər saat 05:00dan axşamadək traktorla cavabdehə məxsus çox böyük ərazidəki torpaqda şumlama və digər işlərlə məğul olurlar. Məlumdur ki, səhər saat 05:00-da onlar yatmış vəziyyətdə olsalar da cavabdehin torpaq sahəsində işləyən traktorların səs-küyündən normal yata bilmirlər, həmçinin istirahətləri də pozulur. Odur ki, cavabdehə qarşı qanunla müəyyən edilmiş qaydada tədbir görülməlidir. Ona dəymiş ziyanı təxminən 500 manat civarında qiymətləndirir. Ona ziyan vurmuş cavabdeh dəymiş ziyanın əvəzi olaraq ya 500 manat pulu ödəsin yaxud da o, özü xərc çəkib vurduğu ziyanı bərpa etməlidir. Bu məqsədlə əvvəlcə mediasiyaya müraciət edib, lakin bu mübahisə sülh yolu ilə həll olunmadığına görə işə mediasiyada baxılmasında imtina edilərək birbaşa məhkəməyə müraciət etməyi ona tövsiyyə edilmişdir. Məhkəmənin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi təklifinə iddiaçı əvvəlcə razılıq versədə sonradan ərizəsini geri götürdüyünü və iddia tələbinə onun irəli sürdüyü tələblərlə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, yaşadığı ev bacısına məxsusdur, lakin çıxarış alınmamışdır. Həmçinin bacısı həmin evə dair bütün hərkətləri etməyi ona etibar etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın əsassız olduğunu buna görə də təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ağaclar çöldə olan işıq naqillərinə maneçilik törətdiyindən yanğın olmasın deyə ağacları o kəsdirmişdir. Həmin vaxt bir neçə budaq iddiaçının yaşadığı həyətə düşmüş lakin çoxda ciddi ziyan vurmamışdır. Məhkəmə iş tərəflərin izahatlarını və iş materiallarını araşdırıraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15 yanvar 2018-ci il tarixli, 188-724-1218 saylı Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin məktubundan görünür ki, İddiaçı məlumatları əsasında toplanmış materialda inzibati xəta tərkibi olmadığından toplanmış material Şamaxı RPŞ-nin dəftərxanasında işə alımışdır. Göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraicət etməyi məqsədə müvafiqdir. İş materiallarında olan 04 iyun 2018-ci il tarixli, 188-82801-3218 saylı Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin məktubundan görünür ki, X2 Cavabdeh tərəfindən təhqir olunmağı barədə Şamaxı RPŞ-nə vermiş olduğu müaricəti əsasında toplanmış materialda inzibati xəta tərkibi olmadığı üçün Şamaxı RPŞ-nin dəftərxanasında işə salınmışdır. İş materiallarında olan JN 167A 41003005 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə X6 rayonu Qızmeydan kəndində yerləşən 0,50 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5028 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, İddiaçı yaşadığı Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evinin üstündəki saxsıların sınmasının səbəbini müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə adi deyildir. Aparılmış tədqiqatla Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evi üzrə təqdim olunmuş qüsurların aradan qaldırılması üçün çəkilməli xərc orta bazar qiymətlərinə uyğun təqribən 200 manat məbləğində müəyyən olunur. Keçirilmiş ekspertiza xərci 50 manat təşkil edir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olmayan fərdi yaşayış evinə vurulmuş ziyanı mübahisələndirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən vurulmuş ziyanla bağlı pul tələb etməyə subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 50 manat da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı və Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində ekspertiza xərci alınıb X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar