Məhkəmə qərarları › İş №2(074)-271/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-271/2023

18.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-271/2023 18.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun "xxxx" ASC ilə arasında bağlanmış RGTK1798901A173 nömrəli, 17 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin tamamilə icra edilməsi üçün şəxsi vəsaiti hesabına ödədiyi 6,32471 manat məbləğində pulun və tərəfindən ödənilmiş 83,25 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında RGTK1798901A173 nömrəli, 17 fevral 2020-ci il tarixli kredit müqaviləsi bağlanaraq cavabdehə, 45 ay müddətinə, illik 29,21 faiz olmaqla 7,855.91 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq isə onunla bank arasında Z-RGTK1798901A173 nömrəli, 17 fevral 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün, borc ondan tələb edilmiş və onun vəsaiti hesabına cavabdehin borcu tam olaraq ödənilmişdir. Cavabdeh RGTK1798901A173 nömrəli, 17 fevral 2020-ci il tarixli kredit müqaviləsiə əsasən üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün bank, kredit ödənişlərini onun vəsaitindən tutulmalar aparmış, əmək haqqı hesabında vəsait olmadığı halda hesabı bloklanmış və tərəfindən nağd şəkildə ödənişlər aparılmış və yekun olaraq cavabdehin qalıq borcu tərəfindən tam olaraq bağlanmışdır. Belə ki, cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün bank tərəfindən, onun əmək haqqı hesabından 2021-ci ilin may ayında-139.97 manat, 2021-ci ilin noyabr ayında 138,99 manat, 2021-ci ilin dekabr ayında-0,92 manat, 2022-ci ilin yanvar ayında 797,28 manat, 2022-ci ilin may ayında 579,22 manat, 2022-ci ilin iyun ayında - 307.84 manat, 2022-ci ilin avqust ayında 416,78 manat, 2022-ci ilin avqust ayında - 416,71 manat olmaqla, cəmi 2,797.71 manat tutulma aparılmışdır. Bundan əlavə əmək haqqı hesabında vəsait olmadığı üçün hesabı bank tərəfindən bloklanmış və bundan sonra tərəfindən nağd şəkildə xx.xx.2022-ci il tarixdə (iki dəfə 31 manat və 15 manat olmaqla) 46 manat və xx.xx.2022-ci il tarixdə 14 manat olmaqla, cəmi 60 manat ödənişlər aparılmışdır. Yekun olaraq, xx.xx.2022-ci il tarixdə tərəfindən cavabdehin kredit borcunun qalıq məbləği tam olaraq, yəni 3467 manat tərəfindən ödənilərək qalıq kredit borcu tam bağlanmışdır. Beləliklə cavabdeh, bank qarşısında öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün borc ondan tələb edilmiş və onun əmək haqqı hesabından aparılmış tutulmalar, əmək haqqı hesabında vəsait olmadığı halda hesabı bloklandığından tərəfindən nağd şəkildə ödənişlər aparılmış və yekun olaraq qalıq borcu tərəfindən tam şəkildə ödənilməsi nəticəsində cavabdehin RGTK1798901A173 nömrəli, 17 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyinin 6,324.71 manat hissəsi onun vəsaiti hesabına ödənilmiş və cavabdehin borcu tam olaraq bağlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, cavabdehin kredit borcu onun tərəfindən tam ödənilmişdir. Cavabdeh öz kredit borcunu müəyyən edilmiş qrafik üzrə ödəmədiyindən o, isə zamin olduğundan cavabdehin kredit borcu onun əmək haqqından tutulmuş və daha sonra hesabı bloklandığı və özü üçün kredit götürmək zərurəti yarandığından cavabdehin kredit borcunu tam bağlamışdır. Buna görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli, Z-RGTK1798901A173 saylı "xxxx" ASC ilə zamin İddiaçı və borcalan Cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinin surətindən görünür ki, zamin 17 fevral 2020-ci il tarixli, RGTK1798901A173 nömrəli müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmı öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən ödəniş qəbzlərindən görünür ki, RGTK1798901A173 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 15 manat, 31 manat, xx.xx.2022-ci il tarixdə 14 manat, xx.xx.2022-ci il tarixdə 3447 manat və 20 manat ödənilmişdir. İş materiallarında olan RGTK1798901A173 nömrəli kredit müqaviləsi üzrə İddiaçı plastik kartından silinməyə dair çıxarışdan görünür ki, İddiaçı məxsus plastik kartdan xx.xx.2021-ci il tarixdə 139.97 manat, xx.xx.2021-ci il tarixdə 138,99 manat, xx.xx.2021-ci il tarixdə 0,92 manat, xx.xx.2022ci il tarixdə 797,28 manat, xx.xx.2022-ci il tarixdə 579,22 manat, xx.xx.2022-ci il tarixdə 307.84 manat, xx.xx.2022-ci il tarixdə 416,78 manat, xx.xx.2022-ci il tarixdə 416,71 manat olmaqla, cəmi 2,797.71 manat tutulma aparılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanaraq, Cavabdeh 45 ay müddətində 7855,91 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi hazırki iş üzrə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və lazımi qaydada icra olunmadığı üçün bank tərəfindən kredit müqaviləsi üzrə zamin İddiaçı əmək haqqından tutmalar aparılmış və 3527 manat isə nağd qaydada ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 6324,71 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 83,25 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqıda Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6324,71 manat pul və dövlət rüsumu kimi ödənilmiş 83,25 manat və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 6408,36 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar