Məhkəmə qərarları › İş №2(074)-29/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-29/2024

19.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-29/2024 19.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “oğurluq nəticəsində dəymiş zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə təqsirləndirilən şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1633.50 manat ziyan məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 36,34 manat dövlət rüsumunun, ümumilikdə isə 1669.84 (bir min altı yüz almı doquz manat səksən dörd qəpik) manat "Azəriqaz” X2 X5 İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu X5 İdarəsinin Şamaxı Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Şamaxı rayonunun Kərkənc və Mədrəsə kəndlərinin ərazisində yerləşən qaz xətlərinə baxış keçirilərkən Mədrəsə QPS-dən qidalanan və əvvələr rayonunun Kərkənc kəndini qazla təmin edən, istismardan çıxarılmış, Ağsu X5 İdarəsinin Şamaxı Xidmət Sahəsinə məxsus diametri 159 mm-lik polad qaz borusunun 110 (bir yüz on) metr hissəsinin naməlum şəxs və ya şəxslər tərfindən kəsilərək oğurlanması aşkar olunmuşdur. Oğurluq hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Prokurorluğuna müraciət olunmuş və Şamaxı Rayon Prokurorluğundan Ağsu X5 İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli məktubda boruların oğurlanması ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29, 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq aidiyyəti üzrə Şamaxı Rayon Polis Şöbəsinə göndərildiyi bildirilmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon Polis şöbəsinə müraciət olunmuşdur. Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-108/2-4602/2023 saylı məktubu Ağsu RQİİ-yə daxil olmuş və məktubda Şamaxı rayonunun Kərkənc və Mədrəsə kəndlərinin ərazisində yerləşən qaz xətlərindən oğurluq edilməsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 29.177.2.1, 29.177.2.2 və 29.177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparıldığı bildirilmişdir. Şamaxı Rayon Polis Şöbəsində cinayət işinin İstintaqın aparılması zamanı zərəçəkmiş qismində tanınmış şəxs X3 ifadə verərək oğurluq nəticəsində Ağsu X5 İdarəsinə 1633.50 (bir min altı yüz otuz üç manat əlli qəpik) manat məbləğində ziyan dəydiyini qeyd edilmişdir. İstintaqın gedişi zamanı təqsirləndirilən şəxslər tərəfindən heç bir ödəniş edilməmiş, dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir əməli addım atılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Bu kimi hallar "Azəriqaz”İB-nin əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdehlər gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməsə də iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-1/2024 saylı “07” may 2024-cü il tarixli hökmündən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 1(074)-1/2024 nömrəli hökmü ilə Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməsi və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 1(074)-1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay 25 (iyirmi beş) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh1 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməsi və onun, məhkəmə zalında həbsə alınması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Cavabdeh3 Qobustan Rayon Məhkəməsinin 1(026)-20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Cavabdeh3 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh3 üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması, Qobustan Rayon Məhkəməsinin 1(026)- 20/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsinin nəzərə alınması, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.1, 29.177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Cavabdeh2 üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzanın icrasının əvvəli Cavabdeh2 cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, məhkum Cavabdeh2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsinin qoyulması, Cavabdeh2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə zərərçəkmiş hüquqi şəxslər İddiaçı və “X1 Şəbəkəsi” MMC-nin mülki iddiaları baxılmamış saxlanılması, İddiaçınə və “X1 Şəbəkəsi” MMC-yə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah olunması hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 29.177.2.1, 29.177.2.2, 29.177.2.4, 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, təkrarən tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində yerləşən Ağsu X5 İdarəsinin Şamaxı xidmət sahəsinin balansında olan, istismardan çıxarılmış, Mədrəsə qaz paylayıcı stansiyasından rayonun Kərkənc kəndini əvvəllər qazla təmin etmiş diametri 159 millimetrlik dəmir materialdan hazırlanmış 01 (bir) metri 24 (iyirmi dörd) manat dəyərində olan qaz boru xəttinin 460 (dörd yüz altmış) metr uzunluqda olan hissəsini qaynaq və digər kəsici alətlərlə kəsərək, həmin borunun 2640 (iki min altı yüz qırx) manat dəyərində 110 (bir yüz on) metr uzunluqda olan hissəsini istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib apardıqdan sonra, 8400 (səkkiz min dörd yüz) manat dəyərində 350 (üç yüz əlli) metr uzunluqda olan hissəsi Mədrəsə qaz paylayıcı stansiyasının əməkdaşları tərəfindən aşkar edilərək, hüquq-mühafizə orqanlarına məlumat verilməklə hadisə yerindən götürüldüyündən, bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs Ağsu X5 İdarəsinin Şamaxı xidmət sahəsinə məxsus 11040 (on bir min qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurlamağa cəhd etmişdir Bundan əlavə o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayonu, Zarat Xeybəri kəndi ərazisində yerləşən İddiaçı Təmir-tikinti idarəsinə məxsus, istismarda olmayan qaz xəttinə qoruyucu kimi istifadə edilən (giliz) diametri 219 millimetr ölçüdə olan, 86,5 (səksən altı tam onda beş) metr uzunluğunda olan hissəsini oğurlayıb, istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, zərərçəkmiş şəxs İddiaçı Təmir-tikinti idarəsinə məxsus 386.95 (üç yüz səksən altı manat doхsan beş qəpik) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 526/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 məhkum edilməsinə dair cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 1(074)- 1/2024 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması və Cavabdeh1 müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi ərazisində yerləşən Ağsu X5 İdarəsinin Şamaxı xidmət sahəsinin balansında olan, istismardan çıxarılmış, Mədrəsə qaz paylayıcı stansiyasından rayonun Kərkənc kəndini əvvəllər qazla təmin etmiş diametri 159 millimetrlik dəmir materialdan hazırlanmış 01 (bir) metri 24 (iyirmi dörd) manat dəyərində olan qaz boru xəttinin 460 (dörd yüz altmış) metr uzunluqda olan hissəsini qaynaq və digər kəsici alətlərlə kəsərək, həmin borunun 2640 (iki min altı yüz qırx) manat dəyərində 110 (bir yüz on) metr uzunluqda olan hissəsini istifadələrində olan dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “QAZ 31029” markalı avtomobilə yükləyib apardıqdan sonra, 8400 (səkkiz min dörd yüz) manat dəyərində 350 (üç yüz əlli) metr uzunluqda olan hissəsi Mədrəsə qaz paylayıcı stansiyasının əməkdaşları tərəfindən aşkar edilərək, hüquq-mühafizə orqanlarına məlumat verilməklə hadisə yerindən götürüldüyündən, bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, zərərçəkmiş şəxs Ağsu X5 İdarəsinin Şamaxı xidmət sahəsinə məxsus 11040 (on bir min qırx) manat dəyərində özgənin əmlakını gizli olaraq talamağa, yəni oğurlamağa cəhd etmələri faktı Şamaxı Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 1(074)-1/2024 nömrəli hökmü ilə sübuta yetirilmişdir. Məhkəmə iddianın Cavabdeh2 olan hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmənin hökmündən görünür ki, İddiaçınə ziyan vurulması ilə nəticələnən oğurluq hadisəsi Cavabdeh1 və Cavabdeh3 tərəfindən törədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmış maddi ziyanı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Buna görə də iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 1633,50 manat məbləğində maddi ziyan tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 36,34 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 1633,50 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,34 manat pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar