Məhkəmə qərarları › İş №2(074)-29/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-29/2025

07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-29/2025 07.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı təsisçisi Nümayəndə1, iddiaçının nümayəndəsi - vəkil Nümayəndə2, cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 və onun nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı cavabdehlərin və onlara məxsus əşyaların əmlak kompleksindən çıxarılması, binanın boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı cavabdehlərin və onlara məxsus əşyaların əmlak kompleksindən çıxarılması, binanın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlara aid əşyaların Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən İddiaçı MMC-yə məxsus əmlak kompleksindən çıxarılması, binanın tam boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Hərrac komissiyasının qərarı ilə İddiaçı MMC Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən "xxxx"a məxsus əmlak kompleksini almışdır. Həmin əmlak xx.xx.2023-cü il tarixdə **********53-12301 reyestr qeydiyyat nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Bina onlara təhvil verilən zaman, həmin qeyri-yaşayış sahəsinə daxil olanda, orada iki nəfərin, Cavabdeh6 və Cavabdeh5 olduğunu görmüşdürlər. Həmin şəxslər bildirmişdirlər ki, qızı və uşaqları həmin binada yaşayırlar və hazırda onlara məxsus əmlaklar da orada yerləşir. Həmin kompleksdə tikilidən başqa, onlara aid hər hansı əşya yoxdur. Kompleksdə olan əşyalar cavabdehlərə məxsusdur. Onlar cavabdehlərdən əmlakı boşaltmağı tələb etmiş, hətta rəsmi olaraq məktub da, göndərmişdirlər. Lakin, cavabdehlər onlara məxsus əmlak kompleksindən çıxmaq istəmirlər. Şamaxı Rayon Məhkəməsinin 2(074)-29/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki işə Cavabdeh4 aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı təsisçisi Nümayəndə1 və iddiaçının nümayəndəsi - vəkil Nümayəndə2 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 və onun nümayəndəsi - Vəkil iddia tələbini əsassız hesab edərək, rədd olunmasını xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Texniki pasportun surətindən görünür ki, Əmlak Kompleksi kimi müəssisə Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşir, reyestr nömrəsi **********53-12301 olmaqla, pasport xx.xx.2024-cü ilə olan vəziyyətə əsasən tərtib olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin arayışında qeyd olunur ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində (Şamaxı rayonu, Pirsaat yaşayış massivi) yerləşən Təmir-Tikinti İdarəsinə məxsus olmuş əmlak kompleksi kimi müəssisə hərracın nəticələri haqqında Y- 223 saylı protokol və Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi əsasında, xx.xx.2018ci il tarixli, ********** qeydiyyat nömrə ilə "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Sonradan Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-1361 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, həmin əmlak kompleksi kimi müəssisə "xxxx" ASC adından özgəninkiləşdirilərək, İddiaçı MMC-nin adına keçmiş və hazırda da mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində 0,1664 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 1687,5 kv.m. olan əmlak kompleksi xüsusi mülkiyyət növündə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı MMC-nin adına qeydə alınmışdır. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-305/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şamaxı rayonu, Pirsaat yaşayış massivində yerləşən, ümumi sahəsi 1687,5 kv.m. olan qeyri-yaşayış sahəsi borclu X4 tərəfindən boşaldılmalıdır. xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Pirsaat yaşayış massivində yerləşən, texniki pasportda daş bina kimi göstərilmiş sahəyə baxış keçirilmişdir. Baxış zamanı, orada icra sənədində borclu olan X2 deyil, Cavabdeh1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 yaşadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/26 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-yə məxsus əmlak kompleksinə verilmiş reyestr nömrəsi **********53-12301 çıxarışda qeyd edilmiş 0.1664 ha torpaq sahəsi tikintilərin altında olan torpaq sahəsidir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən, İddiaçı MMC-yə məxsus əmlak kompleksi onun mülkiyyətinə verilmiş Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən texniki pasportda göstərilən 0.1664 ha tikintialtı torpaq sahəsinin üzərində yerləşir. İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən tikintilərin altında olan 0.1664 ha torpaq sahəsində cavabdehlərin yaşayış evi kimi istifadə etdikləri tikili mövcuddur. Həmin tikili İddiaçı MMC-yə məxsus əmlak kompleksinə verilmiş texniki pasportda “C” tikilisi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək, əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənziltikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir şəxsin həm təkbaşına, həm də digərləri ilə birlikdə mülkiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə hesab edir ki, Şamaxı rayonu, Mərzəndiyə kəndində yerləşən əmlak kompleksinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin həmin ünvanda qalmaları, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan, iddia cavabdehlərin ərazidən çıxarılması, ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlərin sahibləndiyi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə köçüb yaşaması üçün hüquqi əsas olmadığından, həmin sahə onların qanunsuz sahibliyindədir və bu hal iddiaçının həmin əmlaka dair mülkiyyət hüququna müdaxilə sayıldığından, iddiaçının cavabdehlərdən qanunsuz sahibləndikləri sahəni geri tələb etmək hüququ vardır. Odur ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və onlara aid əşyalar İddiaçı MMC-yə məxsus Şamaxı rayonu Mərzəndiyə kəndində 0,1664 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 1687,5 kv.m. olan əmlak kompleksindən çıxarılmalı, həmin əmlak kompleksi boşaldılaraq, İddiaçı MMC-yə təhvil verilməlidir. Həmçinin, cavabdehlərdən müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və onlara aid əşyalar İddiaçı MMC-yə məxsus Şamaxı rayonu Mərzəndiyə kəndində 0,1664 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 1687,5 kv.m. olan əmlak kompleksindən çıxarılsın. Həmin əmlak kompleksi boşaldılaraq, İddiaçı MMC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar