Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-301/2020 30.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan DəmirBank ASCnin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Dəmirbank ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 710,09 ABŞ dollar əsas, müqavilə müddəti üçün hesablanmış 1817,12 ABŞ dollar faiz, 2565,83 ABŞ dollar cərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 107,40 ABŞ dollar borc, ümumilikdə 5200,44 ABŞ dollar məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli ********* ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh2 DəmirBank ASC-dən illik 33%-lə 24 ay müddətinə 5100 ABŞ dollar məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli zaminlik müaviləsi bağlanılmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3291,16 ABŞ dolları təşkil edir və kreditin müddəti 19 ay təyin edilir. ********* ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci ildir. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2019-cu il tarixinədək Cavabdeh2 ləğv prosesində olan DəmirBank ASC-yə 710,09 ABŞ dollar əsas, müqavilə müddəti üçün hesablanmış 1817,12 ABŞ dollar faiz, 2565,83 ABŞ dollar cərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 107,40 ABŞ dollar borc, ümumilikdə 5200,44 ABŞ dollar məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Odur ki, iddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 710,09 ABŞ dollar əsas, müqavilə müddəti üçün hesablanmış 1817,12 ABŞ dollar faiz, 2565,83 ABŞ dollar cərimə, xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 107,40 ABŞ dollar borc, ümumilikdə 5200,44 ABŞ dollar məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 DəmirBank ASC-dən illik 33%-lə 24 ay müddətinə 5100 ABŞ dollar məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 340004917/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında öhdəliklərin tamamilə və ya hissəhissə ödənilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3291,16 ABŞ dolları təşkil edir və kreditin müddəti 19 ay təyin edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № **********929 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə DəmirBank ASC-yə xx.xx.2019-cu il tarixə 710,09 ABŞ dollar əsas, müqavilə müddəti üçün hesablanmış 1817,12 ABŞ dollar faiz, 2565,83 ABŞ dollar cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 107,40 ABŞ dollar faiz, ümumilikdə isə 5200,44 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 9/3007 saylı ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh2 ləğv prosesində olan DəmirBank ASC-yə xx.xx.2019-cu il tarixə 710,09 ABŞ dolları əsas, 1274,09 ABŞ dolları faiz borcu mövcuddur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh2 DəmirBank ASC-dən illik 33%-lə 24 ay müddətinə 5100 ABŞ dolları məbləğində kredit götürmüş, digər Cavabdeh1 müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında öhdəliklərin tamamilə və ya hissəhissə ödənilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3291,16 ABŞ dolları təşkil etmiş və kreditin müddəti 19 ay təyin edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından Cavabdeh2 iddiaçıya xx.xx.2019-cu il tarixə 710,09 ABŞ dollar əsas, müqavilə müddəti üçün hesablanmış 1817,12 ABŞ dollar faiz, 2565,83 ABŞ dollar cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 107,40 ABŞ dollar faiz, ümumilikdə isə 5200,44 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Cavabdeh2 xx.xx.2019-cu il tarixə 710,09 ABŞ dolları əsas, 1274,09 ABŞ dolları faiz borcunun olduğu müəyyən olunmuşdur. Məhkəmə iş üzrə tutulmalı olan faiz borcuna münasibətdə ekspertizanı aparmış ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddia tələbində mövcud olan 1817,12 ABŞ dolları faiz borcu əvəzinə, ekspert rəyi ilə müəyyən olunmuş 1274,09 ABŞ dolları faiz borcunun tutulması tərəflərin mənafelərə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iddianın 2565,83 ABŞ dolları cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehlərdən 2565,83 ABŞ dolları cərimə borcu əvəzinə 20 ABŞ dolları məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 710,09 ABŞ dollar əsas, müqavilə müddəti üçün hesablanmış 1274,09 ABŞ dollar faiz, 20 ABŞ dollar cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 107,40 ABŞ dollar faiz, ümumilikdə isə 2111,58 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 9/3007 saylı ekspert rəyi üzrə ekspert xərcini təşkil edən 100 manat cavabdehlərdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə 710,09 ABŞ dollar əsas, müqavilə müddəti üçün hesablanmış 1274,09 ABŞ dollar faiz, 20 ABŞ dollar cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 107,40 ABŞ dollar faiz, ümumilikdə isə 2111,58 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-301/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-301/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver