Məhkəmə qərarları › İş №2(074)-309/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-309/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-309/2022 09.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “ipotekaya qoyulmuş əmlaka tutma yönəldilməsi və kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 11,609.48 manat əsas, 34.48 manat faiz borcu olmaqla cəmi 11,643.96 manat borcun tutulmasını, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsində qeydiyyata alınmasına dair 30,77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqının cavabdehlərdən tutulmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ipoteka qoyulmuş Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən, 3 otaqlı, 121 kv.m ümumi, 71.3 kv.m yaşayış, 49.7 kv.m köməkçi sahədən və 0.04 ha torpaq sahəsindən ibarət olan 16 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən, 3 otaqlı, 121 kv.m ümumi, 71.3 kv.m yaşayış, 49.7 kv.m köməkçi sahədən və 0.04 ha torpaq sahəsindən ibarət olan 16 saylı fərdi yaşayış evi ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsini, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini, ödənilmiş 124,93 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və 01 nömrəli, xx.xx.2020-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh1 adına olan ümumilikdə 13,062.11 manat məbləğində kredit borcu, Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən restrukturizasiya (yeni öhdəliyin rəsmiləşdirilməsi yolu ilə) edilməklə Cavabdeh1 60 ay müddətində illik 1 faiz olmaqla 13,062.11 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən, 3 otaqlı, 121 kv.m ümumi, 71.3 kv.m yaşayış, 49.7 kv.m köməkçi sahədən və 0.04 ha torpaq sahəsindən ibarət olan 16 saylı fərdi yaşayış evi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020) ipotekaya qoyulması barədə 20 nömrəli, xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanılmış və müvafiq fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlər Kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görədə borcun təminatı kimi Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 11,066.92 manat əsas və 7.10 manat faiz olmaqla, cəmi 11,074.02 manat borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsində qeydiyyata alınmasına dair 30.77 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqı cavabdehlərdən tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ipoteka qoyulmuş Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən, 3 otaqlı, 121 kv.m ümumi, 71.3 kv.m yaşayış, 49.7 kv.m köməkçi sahədən və 0.04 ha torpaq sahəsindən ibarət olan 16 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən, 3 otaqlı, 121 kv.m ümumi, 71.3 kv.m yaşayış, 49.7 kv.m köməkçi sahədən və 0.04 ha torpaq sahəsindən ibarət olan 16 saylı fərdi yaşayış evi ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş 124,93 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 ərizə ilə məhkəməyə müraciət edərək kredit borcunun ödənilməmsinin səsəbinin maddi imkansızlıq olduğunu, lakin borcun hissə-hissə ödənildiyini, işləri ilə əlaqədar məhkmə iclaslarında iştirak edə bilməyəcəklərini və iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 20 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 illik 1% ödəmək şərtilə 5 il müddətinə (xx.xx.2024-cü il tarixədək) 13062,11 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan **********70-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 16 saylı fərdi yaşayış evi "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 1 nömrəli reyestr kitabının 100 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 20 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 20 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən, 3 otaqlı, 121 kv.m ümumi, 71.3 kv.m yaşayış, 49.7 kv.m köməkçi sahədən və 0.04 ha torpaq sahəsindən ibarət olan 16 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ərizə verərək Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin ipoteka qoyulmasına, ipotekaya əlavə edilməsinə heç bir etirazının olmadığını bildirmiş, həmçinin ipoteka qoyulan əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11,066.92 manat əsas və 7.10 manat faiz olmaqla, cəmi 11,074.02 manat borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Şamaxı rayonu, Yavər Kələntərli küçəsində 0,04 hektar torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 121 kv.metr təşkil edən, 1 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixə bazar qiyməti 45,780 manat, likvid qiyməti isə 41,200 manat təşkil edir. Ekspertiza xərci 500 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun, faiz və cərimə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka müqaviləsinin bağlanmasından iki ildən artıq müddət keçdiyindən, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi də ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən qiymətini mübahisələndirmiş və iş üzrə qiymətləndirici rəyi alınmasını xahiş etmişdir. Məhkəmənin qərardadına əsasən ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi üçün mülki işin materialları müstəqil qiymətləndiriciyə göndərilmişdir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Şamaxı rayonu, Yavər Kələntərli küçəsində 0,04 hektar torpaq sahəsində yerləşən 3 otaqlı ümumi sahəsi 121 kv.metr təşkil edən, 1 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixə bazar qiyməti 45,780 manat, likvid qiyməti isə 41,200 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 41 200 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evindən cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və həmin əmlakın boşaldılması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, cavabdeh X2 tərəfindən onun mülkiyyətində olan mənzil “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, eləcə də ipoteka predmeti olan mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 isə ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda əmlakı şərtsiz tərk edəcəklərini öhdəsinə götürdüklərindən ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən olan 0.004 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqda cavabdehlər həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 124,93 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 30.77 manat dövlət rüsumu və 10,65 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınmaqla yanaşı, onlardan iddiaçının dövlət rüsumlarını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir Bununla yanaşı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri kimi 500 manat pul "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 11,066.92 manat əsas və 7.10 manat faiz olmaqla, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 124,93 manat məbləğində dövlət rüsumu, 0.40 manat xidmət haqqı, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30,77 manat və 10,65 manat xidmət haqqı, cəmi 11240,77 manat pul müştərək daydada alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 41,200 manat müəyyən edilsin. ünvan 3 ünvanında yerləşən olan 0.04 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunan pul hesabına 11240,77 manat borc "xxxx" ASC-yə ödənilsin, tələb ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 oğluna qaytarılsın. İpoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ümumi qaydada tutulsun. İpoteka predmeti olan ünvan 3 ünvanında yerləşən olan 0.04 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat pul tutularaq "xxxx" MMC-nin hesabına (Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 190, Muğan Bank “Progress filialı”, kod 512275, VÖEN **********, m/h: AZ41NABZ********************, h/h: AZ37MUGA**********00274AZM70, S.W.İ.F.T. MUGAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar