Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-336/2020 03.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, cavabdehlər X4 və Cavabdeh3 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh3 və X2 qarşı “borcun tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclular Cavabdeh1, X4, Cavabdeh3 və X2 qarşı “məhkəmə əmrinin verilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X4, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(074)-1959/2017 saylı məhkəmə əmri ilə borclular X3, X4, Cavabdeh3 və Cavabdeh4 Firuddin oğlundan müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh3 etirazına əsasən Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(074)-1959/2017 saylı qərardadı ilə Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli 2(074)-1959/2017 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 28 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X4, Cavabdeh3 və X5 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2017-cı il tarixə Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddiaçı X4, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verib bildirdi ki, bankdan krediti Cavabdeh1 götürmüş, lakin o, ölmüşdür. Hal-hazırda mövcud borcun isə onlara aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 da cavabdeh X4 ilə eyni məzmunlu izahat verərək hal-hazırda mövcud borcun isə onlara aid olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdeh X5 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 28 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002/b saylı zaminlik müqaviləsindən görünür ki, X5 xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002/d saylı zaminlik müqaviləsindən görünür ki, X4 xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 19/5593 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, X4, Cavabdeh3 və X2 xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli № 05/737 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcu vardır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 28 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüş, digər cavabdehlər Qədir İbrəhimov, Cavabdeh3 və Ceyhun Hüseyinov kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı borcun tutulması barədə məhkəmə əmrinin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə əmri çıxarılmış, lakin Cavabdeh3 məhkəmə əmrinə etiraz əsasında əmr ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından Cavabdeh1 iddiaçıya xx.xx.2017-ci il tarixə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcu olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4, Cavabdeh3 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X4, Cavabdeh3 və X1 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X4, Cavabdeh3 və X1 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-336/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-336/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver