Məhkəmə qərarları › İş №2(074)-337/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-337/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-337/2020 03.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X3 və Cavabdeh4 Balamməd oğluna qarşı “borcun tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı ASC borclular Cavabdeh1, Cavabdeh2 Lətif oğlu, X3 və Cavabdeh4 Balamməd oğluna qarşı “məhkəmə əmrinin verilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 Lətif oğlu, X3 və Cavabdeh4 Balamməd oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz olmaqla, cəmi 5715,56 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(074)-2283/2017 saylı məhkəmə əmri ilə borclular Cavabdeh1, Cavabdeh2 Lətif oğlu, X3 və Cavabdeh4 Balamməd oğlundan müştərək qaydada 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz olmaqla, cəmi 5715,56 ABŞ dolları borcun ödəniş gününə olan məzənnəyə uyğun milli manat ekvivalentində və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. X1 etirazına əsasən Şamaxı rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(074)- 2283/2017 saylı qərardadı ilə Şamaxı rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(074)- 2283/2017 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Lətif oğlu, X3, Cavabdeh4 Balamməd oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz, cəmi 5715,56 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-337/2020 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 Lətif oğlu, X3 və Cavabdeh4 Balamməd oğluna qarşı “borcun tələbinə dair” mülki işin icraatına Cavabdeh2 Lətif oğluna aid hissədə xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 18 ay müddətinə illik 24 faizlə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Lətif oğlu, X3 və Cavabdeh4 Balamməd oğlu ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2017-ci il tarixə Cavabdeh1 banka 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz olmaqla, cəmi 5715,56 ABŞ dolları məbləğində borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddiaçı, Cavabdeh2 Lətif oğlu, X3, Cavabdeh4 Balamməd oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz, cəmi 5715,56 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 18 ay müddətinə illik 24 faizlə 11000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006/b saylı zaminlik müqaviləsindən görünür ki, X3 xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 11000 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 Balamməd oğlu xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 11000 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Lətif oğlu xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 11000 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2 Lətif oğlu, X3 və Cavabdeh4 Balamməd xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli № 05/1232 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 108.LN.2102.240415.00006 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz olmaqla, cəmi 5715,56 ABŞ dolları borcu vardır. İş materiallarında olan AZ-İİ № 061762 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Lətif oğlu xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-dən 18 ay müddətinə illik 24 faizlə 11000 ABŞ dolları məbləğində kredit götürmüş, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, Cavabdeh1 11000 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı borcun tutulması barədə məhkəmə əmrinin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə əmri çıxarılmış, lakin Cavabdeh3nın məhkəmə əmrinə etiraz əsasında əmr ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından Cavabdeh1 iddiaçıya xx.xx.2017-ci il tarixə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz olmaqla, cəmi 5715,56 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, həmin hissədə mülki işin icraatına xitam verilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Lətif oğlu, X3, Cavabdeh4 Balamməd oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz, cəmi 5715,56 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X3 və Cavabdeh4 Balamməd oğlundan müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz olmaqla, cəmi 5715,56 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X3 və Cavabdeh4 Balamməd oğlundan müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 5637,98 ABŞ dolları əsas, 77,58 ABŞ dolları faiz olmaqla, cəmi 5715,56 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: DÜZDÜR: HAKİM: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar