Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-339/2020 03.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin cavabdehlər X6 və X4 qarşı “borcun tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X7, X6 və X4 qarşı “borcun tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, X6 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsi üzrə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsinə əsasən X5 İddiaçı ASC tərəfindən illik 26 faizlə 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq X6 və X8 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2016-cı il tarixə X3 banka xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsi üzrə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, X7 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddiaçı X6 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 izahat verib bildirdi ki, bankdan krediti X7 götürmüş, lakin o, ölmüşdür. Hal-hazırda mövcud borcun isə onlara aidiyyatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdeh X6 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdeh Əfqan Osmanovu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsindən görünür ki, X7 İddiaçı ASC-dən illik 26 faizlə 36 ay müddətinə 13000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008/b saylı zaminlik müqaviləsindən görünür ki, X6 xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 13000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008/c saylı zaminlik müqaviləsindən görünür ki, X8 xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 13000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 19/3041, 19/3042 və 19/3043 saylı xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı ASC tərəfindən X7, X6 və X4 xx.xx.2014-cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2014cü il tarixli 108.LN.2102.020914.00008 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2016-cı il tarixə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borcu vardır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh Ağasəməd Niyətov İddiaçı ASCdən illik 26 faizlə 36 ay müddətinə 13000 manat məbləğində kredit götürmüş, digər cavabdehlər Ələkbər Eynalov və Əfqan Osmanov kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 13000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından Ağasəməd Niyətovun iddiaçıya xx.xx.2016-cı il tarixə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borcunun olduğu müəyyən edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 və X1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər X6 və X1 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X6 və X1 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 10622,28 manat əsas, 643,40 manat faiz və 75,19 manat cərimə olmaqla, cəmi 11340,88 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-339/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-339/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver