Məhkəmə qərarları › İş №2(074)-343/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-343/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-343/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X10, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab olunmasına dair” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” qarşılıqlı, iddia ərizələri üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab olunmasına dair” tələbinə dair ilk iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X13 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “krediti müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “borc tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın tamamilə rədd olunması və qarşılıqlı iddia yəni kredit müqaviləsi üzrə alınmış 50000 manat borc pul və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı Rafiq oğlundan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, xx xxxxxx 2016-cı il tarixində 4 il müddətində Cavabdeh və İddiaçı arasında Bakı şəhəri 19 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya guya 50000 manat məbləğində borc pul vermişdir. Halbuki, əslində iddiaçı ilə cavabdeh arasında bağlanan kredit müqaviləsi ortada müvəqqəti razılaşma xarakteri olmuşdur. Çünkü cavabdeh atasının nikahsız arvadıdır. Özü uşaq olanda atası Rafiqlə Səbirənin yaxın əlaqələri olub, cavabdehlə atası 1979-cu ildə tanış olublar, öz yazdığına görə 1983-cü ildən yaxın münasibətdə olublar, onlar bir yerdə işləyiblər atası onu gizli ikinci arvadı (qeyri rəsmi ər-arvad) kimi saxlayıb, eşitdiyinə görə ona öz ata evlərinin yaxınlığında Şamaxı şəhərində ev alıb, 1990-cı ildə atası cavabdehə Bakı şəhərində 2 otaqlı mənzil alıb və 1992-ci ildə bunların bir oğlu olub adınıda Cavid qoyublar. Bunların aralarında arada söz-söhbət olduğu üçün atasından atalıq faktının müəyyən edilməsinə dair və aliment tələbinə dair Binəqədi rayon Xalq Məhkəməsinə müraciət etmişdir. Eşitdiyinə görə cavabdehlə atası qeyri rəsmi ər-arvad olduqları üçün gah küsüb gah da barışıblar. 1998-ci ildə atası Qobustanda un dəyirmanı tikdirəndə həmin özü aldığı evi banka müvəqqəti girov qoymuşdur. Bankla aralarında mübahisə yarandığına görə banka qoyulan evləri girovdan çıxartmışlar. Bunların aralarının yaxşı vaxtlarında cavabdehin anasının Suraxanı rayonunda adına olan evi fiziki şəxsə girov qoyub faizlə pul götürüblər, sonra Beynalxalq Bankda depozitdə olan pulu öz aralarında razılaşaraq götürüblər. Atası ikinci qrup əlildir və şəkərli diabet xəstəsidir. Atası təxmini 2014-cü Novxanıda Abdulla adlı şəxsdən bağ evinin alınması üçün ona 17500 ABŞ dolları pul vermişdir. Həmin ev boş olduğu üçün ev sahibi bunların orda qalmasına razılıq veribmiş, bunlar bir müddət orda qaldıqdan sonra atasının işləri alınmadığından evin pulunu tam verə bilməyib. Bunlar arasında yenə küskünlük başlayıb atasının Xəzər rayon prokrorluğunda cinayət işi olduğu üçün ora şikayət verib. Mülki iş olduğu üçün Xəzər rayon prokrorluğu işə baxmayıb. Atası həbs olunandan sonra atasına çatası 17500 ABŞ dolları Səbirə Abdulladan almışdır. Sonra Səbirə atasından şikayət etdiyi üçün Ağır Cinayətlər Məhkəməsinə dəfələrlə yazılı poçtla atası xəstə olduğu üçün uşağının atası olduğu üçün şikayətinə baxılmamasını və geri götürməsini yazmışdır. Hakim həmin ərizəni notarius təsdiqi ilə istəmişdir. Səbirə ilə dəfələrlə görüşmüş, o da öz ərinin buraxılmasını istəyirdi. O, belə razılaşmışdır kim atasından heç bir şikayəti olmaması barədə həmin məhkəməyə ərizə verir ona 50000 manat dəyərində borc müqaviləsi bağlayırlar, eyni zamanda müqaviləni bağlayarkən onunla da belə razılaşmışdır ki, atası buraxılsın sonra atasının özü ilə necə istəyir elə müqavilə bağlayar onun müqaviləsi ləgv olunar. Atasına məxsus yol qırağında olan un dəyirmanı kompleksi yol tikintisi ilə əlaqədar olaraq plana düşürdü. Həmin binanın sənədləri hazırlanırdı ki, kompensasiya hesablansın. Həmin vaxtlar söz vermişdir ki, kompensasiya ayrılsın nə veriləcəksə hamsını ona yəni cavabdehə verəcəklər. Həmin ərizədən sonra Məhkəmə atasına 8 il 6 ay iş kəsmişdir. Atasına məxsus ikinci qrup əlil pensiya kartı da Xəzər rayonuna şikayət edəndə onların dolanışığı üçün Səbirəyə verilmişdir. O vaxtdan hal-hazıra kimi pensiya kartı Səbirədədir. Atası 1 il 4 ay cəzasını çəkmiş və Apeliyasiya Məhkəməsinin qərarı ilə həbsdən buraxılmışdır. Dəfələrlə bunları bir araya gətirmək istəmiş, Səbirə razılaşmamışdır çünki atası xəstə olduğu üçün və yenə dəfələrlə zəng edərək “mənim pulum səndədi gətir pulu ver” telefonda ata, anasının dalınca nalayıq söyüşlər işlətmişdir. Dəfələrlə ona kompensasiyanın verilməsində problemlər olduğunu söyləmişdir. Bu günə kimi də kompensasiya ayrılıb amma heç kimə ödənməyib. 2020-ci ilin yanvar ayının 10-da Cavabdeh zəng edib pulu niyə vermirsən söyləmiş, ona bildirmişdir ki, razılaşmaya görə pulu atadan almalı olduğunu bildirmişdir. Cavabdeh də cavabında ona, atasının arxasınca nalayiq söyüşlər və ifadələr işlətmiş hədə-qorxu gələrək onu polisə, məhkəməyə verib borcu üzərinə qoydurmaqla bütün maaşını özünə kəsdirəcəyini söyləmişdir. Cavabdehə bildirmişdir ki, kimə pulunu verib, gedib ondan alsın, öz ailəsini güclə saxlayır. Kənddə 5 ailə bir yerdə yaşayırdılar, 2012-ci ildə banklardan kredit götürməklə kənddə özlərinə ev tikmiş, ailədə dörd nəfərdirlər. Yoldaşı və 2 qızı, azyaşlı uşaqları vardır. Aldığı məvaciblə ailəsinin dolanışığına, özünün yol xərcinə, kirayədə yaşamağına, banklara olan kredit ödənişinə güclə çatır. Cavabdeh borcun hazırkı müqavilə üzrə icra qeydi əsasında alınması ilə əlaqədar Notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə 13 saylı, xx.xx.2020-ci il tarixdə 24 saylı və xx.xx.2020-ci il tarixdə 38 saylı xəbərdarlıqlarla müqavilə üzrə borcu 10 gün müddətində qaytarması, əks təqdirdə icra qaydasında məcburi icraya yönəldiləcəyi bildirilmişdir. Cavabdehin atası ilə aralarında olan pul məsələnin onun hesabına geri qaytarılması istəyinin ciddi olduğu ona Notariat orqanı tərəfindən xəbərdarlıq məktubları gəldikdən sonra aydın olmuşdur. Belə olduğu halda hesab edir ki, cavabdehin əvvəldən atadan almalı olacağını bildiyi borcun məcbur olaraq bağlanan müqavilə ilə atasından deyil ondan almaq istəyi qanuvericiliklə hüquq və mənafeylərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “krediti müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək izahat verib bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin əsassız olması sübuta yetirilir və bu səbəbdən rədd edilməklə, ilkin iddia tələbi təmin edilərək kredit müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, guya o həmin pulu ona vermişdir. Eyni zamanda o qarşılıqlı iddia ərizəsində qeyd edərək məhkəməni inandırmağa çalışmışdır ki, guya o atasına verdiyi pul vəsaitlərindən zamanında onun da xəbəri olmuşdur və həmin pulları sanki, atası ilə o birgə xərcləmişdir. Halbuki, o əvvəlki məhkəmə iclasları zamanı ifadəsində bildirmişdir ki, o ümumiyyətlə hər hansı pul vəsaitini verməmiş, sadəcə atası cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ona olan borcunu qaytarmaq üçün bu müqaviləni zəmanət olaraq formal borclu kimi ona vermişdir. Cavabdeh ilə arasında bağlanılmış müqavilə formal olaraq hər hansı pulun ona verilməsini özündə ehtiva etsə də, lakin həqiqətdə isə ondan atası tərəfindən alınmış pulun atasının yəni Rafikin həbsdən çıxdıqdan sonra ona qaytarılmasında bir arxayınçılıq sənədinin təsdiqi formatını yaratmaq olmuşdur. Belə bir müqavilə qanunvericiliyin qeyd etdiyi kimi yalnız görünüş üçün bağlanmışdır, əqd tərəflər arasında uydurma əqdin əsasları ilə əhatə olunur və əhəmiyyətsizdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsində Cavabdeh bildirir ki, fərz edilsə belə həmin mübahisəli pul vəsaiti aralarında müqavilə bağlanılmasına baxmayaraq onun tərəfindən verilməmişdir, buna baxmayaraq bu müqaviləni imzaladığı üçün borc atasına verilsə də pul borcu hesab olunur və bu pulu ona qaytarmalıdır. Hesab edir ki, bu əsasssız və absurd bir tələbdir. Belə ki, heç bir zaman mübahisəli pul vəsaiti verilmədiyi halda bu pul heç bir əsasla ondan istənilə bilməz. İlkin iddia üzrə cavabdeh atası ilə (yəni ilkin iddiaçının atası) əlaqədar cinayət işinə məhkəmədə baxılarkən atasına qarşı olan həssas münasibətindən, onun ağır şəkər xəstəsi olması və ikinci qrup əlil olması səbəbindən onun məhkəmədə ağır cəza almaması istəyini bildiyi üçün belə bir ağır vəziyyətə düşməylərindən istifadə edərək guya ki, ondan 50000 manat kredit olaraq almağı hazırkı əqdi bağlamağı şərt kimi qarşısına qoyaraq təkid etmiş, o da atasına görə bu əqdi bağlamağa məcbur olmuşdur. O, belə razılaşmışdır ki, atasından heç bir şikayəti olmaması barədə həmin məhkəməyə ərizə verir, onunla formal olaraq 50000 manat dəyərində borc müqaviləsi bağlayır, eyni zamanda müqaviləni bağlayarkən onunla də belə razılaşmışlar ki, atası buraxılsın sonra atasının özü ilə necə istəyir elə müqavilə bağlasınlar və daha sonra onunla arasında bağlanmış müqavilə ləğv olunar. Lakin atası azadlığa çıxdıqdan sonra o müqaviləni yeniləmək istəmədiyi üçün yeni müqavilə bağlanmamışdır. Bundan əlavə, qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, guya bu müqavilə bağlandığı zaman hüquqlarının pozulduğunu bilmiş, lakin vaxtında müqavilənin etibarsızlığı tələbini məhkəmədə qaldırmamışdır. Bu səbəbdən iddia müddəti ötürülmüşdür və təmin edilməməlidir. Bununla əlaqədar qeyd etmək istəyir ki, cavabdeh ilə müqavilə bağlanarkən heç zaman bu müqavilə üzrə pulun tərəfindən gələcəkdə ödənilməsi barədə razılığa gəlinməmişdir. Hər ikisi bilmişlər ki, borc atası Rafik Alışova məxsusdur və bu pulu o həbsdən çıxdıqdan sonra özü Cavabdeh ödəyəcəkdir. Lakin atası Rafik Əliyev müqavilənin bağlanılmasından təxminən 1 il 4 ay sonra azadlığa çıxmış, bu müddətdə Cavabdeh onu heç zaman pulun ödənilməsi ilə əlqədar narahat etməmişdir. Atası Rafiq arada mübahisə predmeti olan müqavilənin bağlanılması zamanı Cavabdeh bildirmişdir ki, ona məxsus yol qırağında olan un dəyirmanı kompleksi yol tikintisi ilə əlaqədar olaraq plana düşməkdədir həmin tikilinin sənədləri hazırlanıb kompensasiya ödənilməsi üçün dövlət idarəsinə təqdim olunacaq. Həmin vaxtlar atası ona söz vermişdi ki, kompensasiya ayrılsın nə veriləcəksə hamsını ona verəcəkdir. Lakin, bu gün ödənişin verilməsi Bank tərəfindən dayandırıldığı üçün bir qədər pulun verilməsi gecikdirilmişdir. Bu səbəbdən atası tərəfindən ödənilməli olan borc pulun ödənilməsi mümkün olmamışdır. Eyni zamanda Cavabdeh tərəfindən bu neçə il ərzində atasının borclu olduğu pul vəsaiti ondan israrla tələb edilməmişdir. Cavabdeh bir neçə dəfə ona zəng edərək atasından pulun alınaraq özünə verilməsini ondan tələb etmiş, cavabında ona bildirmişdir ki, atası bildirib ki, hazırda onun pulunun qaytarılması üçün dəyirmanla bağlı pulun alınması məsələsi ilə məşğldur və alınan kimi Cavabdeh xəbər edəcəkdir. Hazırkı mübahisə üzrə məsələlərin belə gedişatı, eyni zamanda əvvəlcədən cavabdehlə müqavilə bağlanarkən heç zaman bu müqavilə üzrə pulun onun tərəfindən gələcəkdə ödənilməsi barədə razılığa gəlinməməsi səbəbindən bu müqaviləni bağladığı zaman hüquqlarının həmin tarixdən pozulduğunu bilməyini əsla mümkünsüz etmişdir. Bu müqavilə üzrə hüquqlarının pozulmasını yalnız cavabdeh 2020-ci ilin əvvəlində borcun hazırkı müqavilə üzrə icra qeydi əsasında alınması ilə əlaqədar Notariat ofisinə müraciət etməsi nəticəsində ona Notariat orqanı tərəfindən xəbərdarlıq məktubu gəldikdən sonra aydın olmuşdur. Belə olduğu halda hesab edir ki, cavabdehin əvvəldən atasından (Rafik) almalı olacağını bildiyi borcun məcbur olaraq bağladığı müqavilə ilə atasından deyil ondan almaq istəyinin 2020-ci ilin yanvar ayından bilməyi qanuvericiliklə hüquq və mənafeylərinin pozulması bildiyi zaman kimi qiymətləndirilməlidir. İddia tələbin icrasına başlanıldıqdan 1 il ərzində irəli sürülə bilər. Lakin tərəfindən müqavilə üzrə heç bir icra həyata keçirilməmiş və bu müqavilə üzrə özünü borclu hesab etmədiyi üçün müqavilə tarixinin sonunadək heç bir ödəniş edilməmişdir. Belə olan halda iddia müddətinin keçməsindən söhbət belə gedə bilməz. İlkin iddia üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X10 izahat verib bildirdi ki, borcu ilkin iddiaçının atası çıxıb ödəməli idi. Onun un dəyirmanı var idi, kompensasiya alıb ödəməli idi. Cavabdeh iddiaçının çarəsiz vəziyyətindən istifadə edərək onunla müqavilə bağlamışdır. Odur ki, ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, Alışov X14 rayon məhkəməsinədə ona qarşı iddia qaldıraraq onunla arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiasını onununla əsaslandırmışdır ki, guya həmin tarixdə atası X3 məhkəmədə olan cinayət işi ilə bağlı ağır duruma düşmələrindən istifadə edərək onlarla belə bir müqavilə bağlamışdır. Bu uydurma bir əqdir, bağlandığı andan etibarsız əhəmiyyətsiz olan əqddir. Eyni zamanda əsaslandırmağa çalışır ki, guya sözü gedən məbləğdə pul da heç vaxt onun olmayıb, hər şeyi onun üçün Alışov Rafiq alıb. Əlbəttə bunlar hamısı cəfəngiyyatdır. Bu gün ona olan borclarını geri qaytarmamaq üçün uydurulmuş yalanlardır. Bu məsələ çoxdan həll olunub Rafiqin onu və digərlərini aldadaraq əmlakları mənimsəməsi barədə qanuni qüvvədə olan məhkəmə hökmü var. Həmin hökm ilkin iddia üzrə iddiaçı olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunub. Raufun ona borcu var, onu ödəməlidir. Bir anlığa hesab edək ki, bu borc atalarının borcudur. Rauf bu ödənişi öz üzərinə götürüb. Onlara yalvarıb notariusa heç kim aparmamışdır. Onlar yalvarıb onu notariusa aparıblar. Əvvəl atalarından şikayətinin olmaması barədə ərizə alıb məhkəməyə təqdim edirlər. Sonra isə 50000 manatlıq kredit müqaviləsi bağlayırlar. Görünür ki, bu yolla onlar ikinci dəfə dələduzluq edirlər. Onu notariusa aparıb borc müqaviləsi yazdırırlar. Ataları həbsdən çıxandan sonra isə gəlib bu müqavilənin düzgün olmaması əsasından məhkəməyə müraciət edib müqaviləni etibarsız hesab etdirmək fikrindədir. Bəs pulunun taleyi necə olacaq. Ərizəsində göstərir ki, guya icra qeydi almaq üçün notariusa müraciət edəndə bilmişdir ki, onlardan pulu almaq fikri ciddidir. Bu səbəbdən bir növ iddia müddətinin başlamasını həmin vaxtdan hesablanmasına çalışır. Amma burda fikirləşiləsi heç nə yoxdur. Əgər məsələ iddiaçının dediyi şəkildə olubsa yəni müqavilə bağlanan zaman pul verilməyibsə bu müqavilənin həmin vaxt əhəmiyyətsiz olduğu bilinirdi. Özünü bilməyən yerinə qoysa da bunu bilməli idi. Çünki müqavilə bağlanan vaxtdan dəfələrlə Raufdan pulu ödəməsini tələb etmişdir. Dəfələrlə, notariusa gedib icra qeydi verilməsini tələb etmiş, amma bildirilmişdir ki, müqavilənin son müddəti bitənədək icra qeydi verə bilməzlər, indi isə üstündən 4 ildən də çox bir müddət keçdikdən sonra onun müqaviləni ləğv etdirmək üçün müxtəlif yalanlara, müxtəlif variantlara əl atmasının hesab edir ki, heç bir mənası yoxdur. İlkin iddia rədd olunmalı qarşılıqlı iddia təmin olunaraq 50000 manat borc pul və ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. Odur ki, ilkin iddianın tamamilə rədd olunması və qarşılıqlı iddia yəni kredit müqaviləsi üzrə alınmış 50000 manat borc pul və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı Rafiq oğlundan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək izahat verib bildirmişdir ki, İddiaçıla 2016-cı il tarixində Bakı şəhəri 19 saylı notariat kontorunda 50000 manat pul məbləğində kredit müqaviləsi bağlamışlar. Rauf iddia ərizəsində nə yazıbsa atası Rafiqin yalan, böhtan, uydurma və düşmən mövqeli yazılardır. Rauf özü yaxşı bilir ki, iddia ərizəsində yazdıqları yalandır. Atası Rafiqin əməlləri çox böyükdür. O, həmişə öz elədiyi əməllərini kiminsə üzərinə atmağa can atır və atır da. Alışov Rafiqlə 1979-cu ildə 20 yaşında subay bir qız olaraq faktiki nikaha daxil olmuş və ailə qurmuş, həmin nikah münasibətlərindən bir oğlu olmuşdur. 1992-ci ildə Rafiqin öz razılığı ilə oğlunun adını Rafiq özü qoymuşdur. Övladları doğulanda xəstəxanaya da Rafiq aparmışdır. Raufun yazdıqları düşmən mövqeli yazılar, atasının yazılarıdır yalandan hamısı, çünki atası ilə birlikdə Rauf özünü güclü sayır. Rauf özü bilir ki, iddia ərizəsi qanunsuz və əsassızdır. Rauf notariusa gedəndə heç bir təzyiq göstərməmişdir. Qadın təzyiq və daha nələr-nələr göstərə bilməz. Ona qeyri etik sözlər deməmişdir. Onlar atası hədə-qorxu gəlirilər. Ona qeyri-etik sözlər deyib onu hədələyirlər. Raufun atası Rafiq onun və anasının etibarından sui istifadə edərək onu və anasını aldatmışdır. Belə ki, Bakı şəhəri Suraxanı rayonunda olan anasına məxsus evini, anasını notariusa apararaq anasından baş etibarnamə alaraq həmin etibarnamə ilə də onu notariusa aparaq 3 günlük girov adı ilə də anasına məxsus evini alqı-satqı etmişdir. Rafiq budur onu və anasını aldatmışdır. Alqı-satqıda Rafiqə inanaraq imza edəndə heç nəyə baxmamışdır. 2001-ci ildə Suraxanıda olan evi almışlar. Onda Rafiqlə danışmırdı. Rafiqlə barışdıqdan sonra 2004-cü ildə Rafiq halal evlərini əlindən aldadaraq almışdır. 75 min ABŞ dollarına satmış və pulunu mənimsəmişdir. Sonra isə anası onun adına Bakı şəhərində yerləşən Səbail rayonunda Beynəlxalq bankın filialına 40 min ABŞ dolları pul vəsaiti qoymuş, aylıq 400 dollar faiz pul almışlar. 2001-ci ildən, 2004-cü ilə kimi hər ay 400 dollar faiz pul almışlar. Rafiq bilən kimi onu aldadaraq aparmış gah demişdir ki, onu akumlyator zavoduna direktor qoyurlar, gah da demişdir ki, onlar üçün ticarət mərkəzi açır. Ona demişdir ki, əlində bankın kartı var 400 dollar pul alır. Özü, oğlu, anası, iynə-dərman, dolanmaq hamısı o pulun içindədir. O, da cavabında bildirmişdir ki, narahat olmasın bir-iki günə qaytaracaq. Beləcə yenə aldatmışdır. Anası xəstə öhdəsindədir. Cərrahi əməliyyat olmuş, oğlu Ali təhsilli oğlana iş vermirlər. Rafiq son tikələrini ümüd yerlərini ölüm pulunu aldadaraq əlindən alaraq aparıb 5 uşağı oğlanlarına vermişdir. Onları günə çıxartmışdır. Bunlar onlara düşməndirlər Rafiq həbsdə olan vaxt gündə ona neçə dəfə zəng edib təkidlə deyirdi ki, ərizə ver deyirdi ki, neçə yaz teleqrama vur, məhkəməyə yaz ki, pul da 40 min ABŞ dolları Rafiqindir, Suraxanıda olan ev də Rafiqindir, oğlu Rauf evlərinə öz maşını ilə gələrək onu anasını poçta apararaq ona yazdırıb, məhkəməyə teleqram vurdurmuşdur. Ondan Rauf və atası ərizə almışlar təkidlə, məhkməyə vermişlər. Sonra isə kredit müqaviləsi bağlamışlar. Məhkəmə onu mülki iddiaçı qəbul etmiş, ərizədən sonra mülki işi hal-hazırda baxılmamış olaraq saxlamışdır. Xəzər polis idarəsində 2 ilə qədər bu işin araşdırılması getmişdir. Rafiq demişdir ki, un dəyirmanından özünə kompensasiya veriləcək, Səbirəyə və anasına vurduğu ziyanları ödəyəcək, yenə də yalan sözlər. Demişdir ki, bu gün ziyanı ödəyəcək, səhər ödəyəcək. Onlar çox çətin vəziyyətdə yaşayırlar. Oğlunun ailəsi uşaqları hamısını Rafiq pis bir günə qoyub, düşmənçiliklə. Oğlu imtahan veməlidir işə qəbul olunmalıdır, maddi imkanları yoxdur. Rafiq onların imkanlarını əllərindən almışdır. Allah bəlasını versin, pis günə qalsınlar. Rafiq və oğlu onları dinc yaşamağa qoymur, onları hədələyirlər. Rafiq onlarla həmişə düşmənçilik edib. Hədə-qorxu gəlir evlərinin tək oğul övladı (üç bacı bir qardaş olmuşlar), ali təhsilli qardaşı Caspian Compani (Neft şirkətinin) 2001-ci ildə orada işlədiyi vaxt qəza nəticəsində 30 yaşında həlak olmuşdur. Qardaşı X4 işlədiyi yerdən kompensasiya verilmişdir. Çünki o, özünü sığorta etmişdir. 87 min ABŞ dolları. Həmin pulun yarısına Suraxanı rayonunda anası bacılar orada yaşayırdılar onaların iştirakı ilə və məsləhətləri ilə anasına demişlər ki, heç olmasa oğlundan özünə yadigar olaraq bir ev qalsın. 40 min ABŞ dolları isə anasına verilən vaxt elə oradaca Beynəlxalq banka qoydu, onun adına olaraq. Rafiq ona görə oğlunun doğum şəhadətnaməsinin alınmasını gecikdirirdi ki, deyirdi ki, vəzifə sahibidir. Necə vəzifə sahibi olub özü çox yaxşı bilir. Rafiq onun üçün heçnə almayıb, nə Şamaxıda nə də Bakıda. Abdulla müəllimin məsələsinə gəldikdə isə Yasamal polis idarəsində istintaq gedib. Rafiq də iştirak edib, Abdulla da o, da. Rafiq özü 20 iyirmi min ABŞ dollar pulu ona gətirib vermiş, demişdir ki, Abdulla adlı bir müəllim var, bağ evini satır onu anasının Suraxanıda olan evinin yerinə alacaq. 20 gündən çox pul onda qalmış, sonra demişdir ki, gedək pulu verək Abdullaya. O, 20 min ABŞ dollarını sumkasında çıxardıb Abdullaya vermişdir Sonra Rafiq gedib Abdulladan 3 min ABŞ dolları puldan alıb. Sonra Ceyran məsələsinə görə Rafiqi həbs etdilər Rafiq ona zəng edərək demişdir ki, get Abdulladan 3 min ABŞ dollar pul al, o, da almış və Rafiq üçün xərclənmişdir. Rafiq özü və oğlu Rauf yaxşı bilirlər ki, müstəntiq Simran müəllim Yasamalda polisdə 13 min ABŞ dollar pulu Abdulladan alıb ona vermişdir. Oğlunun təhsil haqqı üçün verilib. Oğlu ödənişli təhsillə oxumuşdur. Sonra Rafiq ona bildirmişdir ki, onun və anasının pulunun və 40 min ABŞ dolları pulunu qaytarmaqdan ötrü qeydiyyatı Bakı şəhərinədir, gedib onun adına özünə Mitsubishi markalı maşın alsınlar, özü işləsin yenə də yalan-yalan sözlər. 10 min ABŞ dollar pulunu aparmış, sonrada 1000 manat, 2000 manat, 3000 manat aparmış və sonra da 38 qr qızıl boyunbağısını və 12 qr nişan üzüyünü də aparmış, neçə yalan danışıqlar vermədi. Xahiş edir ki, ona və anasına köməklik edilsin, adına Mitsubishi markalı maşın etibarnaməsi işin içərisindədir. O, heç vaxt şikayətinin geri götürülməsini məhkəməyə yazmamışdır. Rauf notariusa gedəndə heç bir köməksiz vəziyyətdə olmayıb, özündən böyük qardaşları ilə onların evlərinə gələrək, eləcə də atasının vəkili də onlarla notariusda olmuşdur. Rafiq icra başçısı olan kimi onları atıb getmişdir. Rafiq onlara 100 manat da pul verməyib. Ona atası və qardaşı baxıb. Rafiq neçə illərdi anasına və ona vurduğu ziyanları ödəmir. O, Rafiqə deyir ki, onunla çəkişməsin, getsin kişilərlə çəkişsin öz tayını tapsın, qadına nə verib ala bilmir, paxıllıq Rafiqi öldürmüş, üzlərinə gülə-gülə onları quyuya salır. Sonra da qaçır ancaq onları yalan sözlərlə aldadır. Rafiqin pensiya kartını 2015-ci ildə Xəzər prokurorluğu alıb ona verib, özü verməyib. 337+ manat bir müddət sonra 370 manat sonra 2 ay 600 manat, 2019-cu ildə pulu kəsilib kartı vermədi. Yenə də şikayət etmiş, 240 manat hal-hazırda ona pul verir. 240 manat pul ilə Rafiq 1 aya dolana bilərmi? O, Rafiqin evinə anası ilə çox getmişlər, vurduğu ziyanlardan ötrü, vermir. Xahiş edir onlara köməklik edilsin. Rauf onunla kredit müqaviləsi bağlayanda öz məqsədləri üzərində bağlayıblar. Kredit müqaviləsi formal olmayıb, yalan yazır. Rauf ona kredit müqaviləsinin ciddi olduğunu deyib, indi isə deyir ki, kredit müqaviləsi formaldır. Niyə müqavilənin arxasına yazmırdı ki, formaldır? Əgər müqavilə formaldırsa niyə ona demirdi. O, Rauf batmışı müqavilə bağlamağa heç bir təkidlə vadar etməmişdir. O, heç bilməmişdir ki, kredit müqaviləsi nə deməkdir. Onlar daha da sevinirdilər ki, atasının vurduğu ziyanları ödəmirlər, pullarını vermirlər. O, heç bilmir ki, ev girov qoyma, faizə pul almaq və faizə pul vermək heç vaxt belə işlər etməmişdir. Onu Rafiq və oğlu yaxşı edir. Rafiqin 6 oğlu, 5 qardaşı, 5 əmisi oğlu bunlar sürüdülər, yırtıcı dəstədirlər. Onların vəziyyəti çox ağırdır. Ziyanları vermirlər, anasını və 3 qızı anası oğul deyir axtarır, göz yaşları içərisində 3 bacı qardaşsız qalmışlar. Həyatları ancaq göz yaşları içərisində keçir. Qardaşının bütün sığortasına Rafiq, 5 oğlu və ətrafında olan yırtıcı dəstələr nail oldular. Allah götürməz bu zülümləri. O, Bakıda yaşayanda 1998-ci ildə Rafiq Qobustan rayonun Notariusunu evlərinə gətirərək onu ağ kağızlara qol çəkdirərək aparmışdır, işə düzəltmək adı altında. Sonradan o, bilmişdir ki, o ağ kağız etibarnamə forması olub. Ona məxsus evini həmin etibarnamə ilə əmisi oğlunun adına keçirdib. Atrabanka girov qoyub, kredit götürüb və krediti ödəməyib. Bankdan ona zəng edib demişlər ki, evdən çıxacaq. Sonra o, tez bu işləri öyrəndikdən sonra ərizə ilə Binəqədi Prokurorluğuna müraciət etmiş özgəninkiləşdirilməsinə dair bütün əməliyyatlar dayandırılmışdır. Sonra bankdan polislər, bankın işçiləri, qapılarını döyərək onun evdən çıxmasını tələb etmişlər. Ona məxsus evini şikayət etdiyi üçün əlindən ala bilməmişlər. 1998-ci ildən 2015-ci ilə kimi evi girov olaraq qalmışdır. Banka nə qədər teleqramlar, ərizlər, məktublar göndərmiş, banka getmiş, onlar onun pis vəziyyətə düşməsini görmüşlər və bildirmişlər ki, o, pul almamışdır, ona yazıqları gəlmiş, evinin sənədini vermişlər. Rauf özündən başqa 3 qardaşı ilə öz maşınları ilə onların evinə gələrək anasını və onu notariusa aparmışlar. Rafiqin vəkili də notariusda onlara kömək etmişdir. Raufun onunla bağladığı müqavilə etibarsız deyil. Rauf heç bir ağır vəziyyətə düşməyib. O, Raufa heç bir vicdansızlıq nümunəsi göstərməmişdir, vicdansız özlərdir ki, anasının halal evini satırlar, aldadaraq pulunu mənimsəyirlər və onu aldadaraq 40 (qırx min) ABŞ dolları pulunu əllərinə keçirdirlər. Heç birini qaytarmırlar. Vicdansızlıq nümunəsi, hədə-qorxu nələr-nələr, Rafiq onlara edir və edib. O, həmişə Rafiqə kömək etmiş, inanmış, xəstə olub, sağaltmışdır. Həmişə Rafiqə dayaq olmuş, elə bilmişdir ki, ona arxadır. Demə yanılmış, düşmən evinin içində olmuş, yaxşı tanımamışdır. Anasının əri də ölmüşdür. Dərdli oğulsuz ağlar gözlü bir qadını olan və 3 bacı qardaşsız ağlar gözlü qadınlar. Odur ki, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, bildirmişdir ki, müqavilə xx xxxxxx 2016-cı il tarixdə bağlanmışdır. Müqavilə bağlanarkən qanunlara əməl olunub olunmaması Raufa bəlli idi. Əgər notariat əməliyyatında nə isə çatışmayan bir şey var idisə iddiaçı bunu həmin vaxt bilməli idi. Həmin vaxtdan isə bu müqaviləni mühahisələndirmək üçün qanun iddiaçıya bir ilədək məhkəməyə müraciət edə bilmək imkanı verir. İddiaçı tərəf bu imkandan istifadə etməmiş, iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Odur ki, müqavilənin etibarsız hesab olunması üçün müəyyən edilmiş bir il müddət ötdüyü üçün ilkin iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X8 ilkin iddianın əsassız, qarşılıqlı iddianın tam əsaslı olduğunu bildirərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, xx xxxxxx 1954-cü ildə Şamaxı rayonu Leninabad kəndində anadan olmuş, İİ qrup ümumi səbəbdən əlil, şəkər, təziq, ürək damar və yaddaş pozğunluğu xəstəliklərindən əziyyət çəkir. Cavabdeh onun nigahdan kənar həyat yoldaşıdır və oğlu Cavidin anasıdır. Bildirir ki, oğlu İddiaçı kredit müqaviləsinin etibarsız hesab olunmasına dair məhkəməyə müraciət etmişdir. Həmin kredit müqaviləsi xx xxxxxx 2016-cı il tarixində 4 il müddətində Səbirə ilə Rauf arasında Bakı şəhəri 19 saylı notariat kontorunda müvəqqəti razılaşma üçün bağlanmışdır. Müqaviləyə əsasən guya Səbirə Raufa 50000 manat məbləğində borc pul vermişdir. Əslində bunların arasında bağlanan müqavilə pis vəziyyətə düşməyi olmuşdur. Həmin müqavilə Səbirə ilə arasında olan narazçılıqdan yaranmışdır. xx xxxxxx 2015-ci ildə Səbirənin şikayəti əsasında Ağır cinayətlər məhkəməsinin hökümü ilə həbs olunmuşdur. Həbsdə olanda çox ağır vəziyyətə düşmüşdür. Səbirə vəziyyətinin ağır olmasını görüb dəfələrlə poçt və yazılı şəkildə məhkəmədən oğlunun atası olmağını, İİ qurup əlil olmağını bildirərək buraxılmağını xahiş etmişdir. Məhkəmə həmin ərizəni notarius təsdiqi ilə olunması istəmişdir. Səbirə borcunun qaytarılmasının təminatı olaraq borc müqaviləsi bağlamağı bildirmişdir. Oğluna ailənin pis vəziyyətə düşməyini özünün xəstə olmağını bildirərək Səbirə ilə aralarında müvəqqəti müqavilə bağlamağı və həbsdən çıxandan sonra Səbirə ilə öz aralarında məsələni həll edəcəyimi bildirmişdir. Razılığı əsasında xx xxxxxx 2016-cı ildə müqavilə bağlayıblar. xx xxxx 2017-ci ildə Apelyasiya məhkəməsinin qərarı ilə həbsdən azad olunmuşdur. O vaxtlar ona məxsus olan Bakı-Şamaxı yolunun Acıdərə ərazisində olan un dəyirmanı kompleksi Bakı-Şamaxı yolunun 4 zolağa genişləndirilməsi layihəsində həmin kompleks plana düşürdü. Azəravtoyol tərəfindən kompleksin plana düşən hissəsinə 66000 manat kompensasiya ayrılmışdır. Həmin kompleksə ayrılan kompensasiyanı Səbirəyə verəcəyini bildirmişdir. Bu günə kimi də kompensasiya Azəravtoyolun bank hesabında durmuşdur. Bir daha qeyd etmək istəyir ki, kişi etdiyi yaxşılığı heç vaxt deməz, görürəmki alınmır. Səbirə ilə 1978-ci ildən bir-birlərini tanımış, qeyri-rəsmi nigahda yaşamış, həmin nigahdan Cavid adında bir oğlu var. O vaxtlar Səbirə Şamaxı rayonu Bakı küçəsində ata evlərində yaşayırdı, atası Balaməmməd kişi ayaqqabı tikən, anası Mahı xanım isə xəstəxanada xadimə işləyirdi. Belə bir ailə üçün Şamaxıda Bakıda ev almaq necə olardı. Bunları mən etmişəm, Səbirənin bacıları yeznələri hamısı lap yaxşı bilirlər. “Allah qardaşına rəhmət eləsin o çox layiqli oğul idi, o həyatda olsaydı mənim başıma bu işlər gəlməzdi”. 1998-ci ildə un dəyirmanı tikdirəndə Səbirənin adına aldığı Binəqədi rayonu Naxçivani küçəsində yerləşən 2 otaqlı mənzili banka müvəqqəti girov qoymuşdular. Bankla aralarında mübahisə yarandığına görə bankdan girovdan çıxarılmışdır. Müqavilənin bu vaxta qədər Rauf tərəfindən məhkəmədə qaldırılmaması etibarsızlığı ondan irəli gəlirdi ki, Rauf bilirirdi ki, hər dəfə o pulu ödəyəcəyini, Səbirə pulu ondan istəyirdi. Ona görə Raufun heç ağlınada gəlmirdi ki, bu müqaviləyə dair etibarsızlıq qaldırsın. Yaxın zamanda Səbirə notarusda qaldırıb pulu istəyəndə Rauf bilib ki, hüquqları pozulub. Uzun müddət dövlət qulluğunda işləmiş işdən çıxandan sonra fərdi sahibkarlıqla nəşğul olurdu. Səbirə ilə arasında olan razılaşmalar qarşılıqlı razılığı əsasında sahibkarlığı və biznesi genişləndirmək məqsədi üçün olmuşdur. Müxtəlif səbəblərdən maliyyə vəziyyəti çox pis vəziyyətə düşdüyü üçün sahibkarlığa qoyduğu pulları qaytara bilməmişdir. Səbirə ilə arasında narazçılıqlar başlayandan sonra 2014-cü Novxanıda Abdulla adlı şəxsdən bağ evinin alınması üçün ona 17500 ABŞ dolları pul vermişdir. Səbirə ilə həmin evdə yaşayırdı hətta fərdi sahibkarlıqlada məşğul idilər. Həbs olunandan sonra ona çatası 17500 ABŞ dolları Səbirə Abdulladan onun razılığı ilə almışdır. 2014-cü ildən onun dövlət qulluqçusu İİ qrup əlil kimi aldığı pensiya Səbirənin və övladının dolanışığı üçün onlara vermişdir. O vaxtdan bu günə kimi pensiya kartından tutulmalardan başqa 340 manat, 680 manat və hal-hazıra kimi 240 manat pul almışdır. Hal-hazırda ona 990 manat pensiya hesablanır. Oğlu Raufla həyat yoldaşı Səbirə arasında bağlanmış kredit müqaviləsini etibarsız hesab edib, onun pesiya kartını öz razılığı ilə Səbirəyə verilib, Səbirə ilə arasında olan narazçılıqları aradan qaldırılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh və İddiaçı arasında Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh, borc alan İddiaçı xx.xx.2020-ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz 50000 manat məbləğində borc pul verir. Borc alanın müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faziləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı müqavilədə göstərilmişdir. Notarius müqavilənin məzmununu və hüquqi nəticələrini tərəflərə izah etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-193/2016 saylı xx xxxxx 2016-cı il tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilərək, barəsində qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxs Cavabdeh X6 qarşı pul tələbinə dair mülki iddiası onun- yazılı müraciətinə əsasən baxılmamış saxlanılmışdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı X11 Rauf Rafik oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, 19 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə onun arasında 3M-22 saylı kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqavilədə göstərilən öhdəlikləri bu günə kimi yerinə yetirməmişdir. Bildirilmişdir ki, 10 gün müddətində müqavilədə göstərilən müvafiq məbləğ tam olaraq ödənilməzsə icra qaydasında məcburi ödənişə yönəldiləcəkdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk iddiaçının dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, mübahisəli kredit müqaviləsi bağlansa da, X3 barəsində olan cinayət işi mahiyyəti üzrə həll edilərkən ilk iddia üzrə Cavabdeh ona qarşı pul tələbindən imtina etməmiş, bu barədə olan mülki iddiası yalnız yazılı müraciətinə əsasən baxılmamış saxlanılmışdir. Bu hal isə, X3 törətdiyi cinayət əməli nəticəsində vurulmuş zərərlə, ilk iddiaçının qaytarmalı olduğu borc vəsaitinin eyni vəsait olması və mübahisəli kredit müqaviləsinin ilk iddia üzrə Cavabdeh X2 şikayəti olmaması barədə məhkəməyə ərizə verməsi üçün formal olaraq bağlanmasına dair ilk iddiaçının bildirdiklərinin işin hallarına uyğun olmadığını təsdiq edir. Bundan başqa, X9 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-193/2016 saylı xx xxxxx 2016-cı il tarixli hökmü ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi halda, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi xx.xx.2020-ci il tarixədək 4 il müddətinə bağlanmışdır. X7 cəza təyin edildiyi vaxt, onun cəza çəkmə yerində hansı müddətdə cəza çəkəcəyi heç kimə o cümlədən tərəflərə bəlli olmamış, kredit müqaviləsi ilə öhdəliyin icrası üçün nəzərdə tutulmuş son müddət isə X5 cəza çəkmə yerindən azad edilməsi nəzərdə tutulan vaxtdan əvvələ təyin edilmişdir. Bütün bunlara baxmayaraq ilk iddiaçı, X7 cəza təyin edildikdən sonra və o, cəza çəkmə yerində olduğu vaxt, həmin halı mübahisələndirməmiş, öhdəliyin icrası üçün nəzərdə tutulmuş son müddətin X5 cəza çəkmə yerindən azad edildiyi tarixinə dəyişdirilməsinə təşəbbüs göstərməmişdir. İlk iddiaçı, X9 cəza çəkmə yerindən buraxıldıqdan sonra da, ilk iddia üzrə cavabdehlə aralarında olan mübahisəli müqavilənin ləgv olunması üçün təşəbbüs göstərməmişdir. Bundan başqa, notarius müqaviləni təsdiq edərkən məzmununu və hüquqi nəticələrini tərəflərə izah etmişdir. Bu hallar isə, kredit müqaviləsi bağlandığı vaxt, verilmiş pul vəsaitini qaytarmaq öhdəliyinin özünə aid olduğunun ilk iddiaçıya bəlli olduğunu təsdiq edir. Bundan başqa, ilk iddiaçı müqavilənin qüvvədə olduğu vaxt, ilk iddia üzrə cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi halını da mübahisələndirməmişdir. Bu hal isə ilk iddia üzrə cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini icra etdiyini təsdiq edir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, öhdəliyin icrasını tələb etmək kreditorun vəzifəsi deyil, hüququ olduğundan keçən dövr ərzində ilk iddia üzrə cavabdehin ilk iddiaçıdan pulun ödənilməsini tələb etməməsi, mübahisəli kredit müqaviləsinin uydurma əqd olmaqla əhəmiyyətsiz olması halının təsdiqində sübut sayıla bilməz. Bundan başqa, tərəflərin, o cümlədən ilk iddiaçının özünün izahatından görünür ki, ilk iddia üzrə cavabdeh öhdəliyini icra etməsini ilk iddiaçıdan tələb etmiş, eyni zamanda notariat orqanına da müraciət etmişdir. Beləliklə iş üzrə olan sübutlarla, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin uydurma əqd olmaqla əhəmiyyətsiz olması təsdiq edilməmişdir. İlk iddia üzrə cavabdeh ərizə ilə müraciət edərək hazırkı ilk iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı ərizəyə etiraz edərək, ilk iddia üzrə cavabdehlə müqavilə bağlanarkən heç zaman bu müqavilə üzrə pulun onun tərəfindən gələcəkdə ödənilməsi barədə razılığa gəlinməməsi səbəbindən bu müqaviləni bağladığı zaman hüquqlarının həmin tarixdən pozulduğunu bilməməsi, bu müqavilə üzrə hüquqlarının pozulmasının yalnız ilk iddia üzrə cavabdeh 2020-ci ilin əvvəlində borcun hazırkı müqavilə üzrə icra qeydi əsasında alınması ilə əlaqədar Notariat ofisinə müraciət etməsi nəticəsində ona Notariat orqanı tərəfindən xəbərdarlıq məktubu gəldikdən sonra aydın olması, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülməsi onun icrasına başlanıldığı gündən bir il ərzində mümkün olduğundan, tərəfindən müqavilə üzrə heç bir icra həyata keçirilmədiyindən, bu müqavilə üzrə özünü borclu hesab etmədiyi üçün müqavilə tarixinin sonunadək heç bir ödəniş etmədiyindən iddia müddətini keçmədiyini iddia etmişdir. Məhkəmə, tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, işin müəyyən edilmiş halları ilə kredit müqaviləsi bağlandığı vaxtdan, verilmiş pul vəsaitini qaytarmaq öhdəliyinin özünə aid olduğunun ilk iddiaçıya bəlli olduğu təsdiq edildiyindən o, kredit müqaviləsinin bağlandığı tarixdən etibarən 1 il ərzində məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı isə, hazırkı tələblə xx xxxxxx 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasənməhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan 50000 manat pulu borc almış və həmin borcu xx.xx.2020-ci il tarixədək qaytaracağına dair öhdəlik götürmüş, lakin ödəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ilk iddia üzrə belə nəticəyə gəlir ki, tərəflər arasında Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də ilk iddiaçı tərəfindən ilk iddia tələbi üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən ilk iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə belə nəticəyə gəlir ki, aralarındakı müqaviləyə əsasən qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya 50000 manat məbləğində borcunun yarandığı tam təsdiq edildiyindən, borc məbləği və ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “kredit müqaviləsinin etibarsız hesab olunmasına dair” ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 50000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar