Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-343/2021 11.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X9 və cavabdeh Şıxaliyev Azər Tarverdi oğlunun iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Şıxaliyev Azər Tarverdi oğlu, X5, X6, X10, X3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Şıxaliyev Azər Tarverdi oğlu, X5, X6, X10, X3 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə-036R********** saylı kredit razılaşması üzrə 7651,20 manat məbləğində kredit borcu, 5077,85 manat məbləğində faiz borcu və 11563,97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24293,02 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Şamaxı rayonu, Qaravəlli kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və bu sahə üzərində yerləşən xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın acıq hərracdan satılması və ümumilikdə cəmi 24293,02 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC -nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh6 ümumi qaydada tutulması, Şamaxı rayonu, Qaravəlli kəndində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və bu sahə üzərində yerləşən xüsusi mülkiyyətli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Şıxaliyev Azər Tarverdi oğlu, X4, X7, X11, X2 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şıxaliyev Azər Tarverdi oğluna İddiaçı QSC ilə bağladığı 20.12.2013-cü il tarixli 17L000003566 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000,00 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli Kredit müqaviləsi üzrə Şıxaliyev Azər Tarverdi oğluna İddiaçı QSC ilə bağladığı 21.01.2015-ci il tarixli 036R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 22.02.2016-cı il tarixli 036R**********S saylı, 22.04.2016-cı il tarixli 036R**********SA saylı, 21.06.2016-cı il tarixli 036R**********SB saylı, 22.08.2016-cı il tarixli 036R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Şıxaliyev Azər Tarverdi oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 21.02.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7348,8 manat ödəmiş, onun 7651,2 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.01.2021-ci il tarixə 1422 gün üçün hesablanmış faiz borcu 5077,85 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 13.01.2021-ci il tarixə 1422 gün üçün hesablanmış cərimə 11563,97 manat təşkil edir. Uzunmüddətli Kredit müqaviləsinin 3.1.2ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli Kredit müqaviləsi üzrə Şıxaliyev Azər Tarverdi oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh6 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Şıxaliyev Azər Tarverdi oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Şıxaliyev Azər Tarverdi oğlunun öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Şıxaliyev Azər Tarverdi oğlu iddiaçı ilə bağladığı 20.12.2013-cü il tarixli 17M000000597 saylı ipoteka müqaviləsi əsasında Şamaxı rayonu, Qaravəlli kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və bu sahə üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən 17 №-li reyestr kitabının 67 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Şamaxı rayonu, Qaravəlli kəndində xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi və bu sahə üzərində yerləşən xüsusi mülkiyyətli fərdi yaşayış evi Şıxaliyev Azər Tarverdi oğlunun kredit öhdəliklərinin icrası təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Şıxaliyev Azər Tarverdi oğluna İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 24.04.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin 14 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 04.05.2020-ci il tarixdə idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin Şamaxi ərazi idarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Forma 2 arayışına əsasən qeydiyyatda olan cavabdehlər- X4, X7, X11, X8 həmin mənzil İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı oduqlarını bildirmişlər və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəklərini barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Şıxaliyev Azər Tarverdi oğlu izahat verib bildirdi ki, bir müddət ödəniş cədvəli üzrə banka ödənişlər etsə də, sonradan yaranmış iqtisadi çətinliklə əlaqədar banka olan borcunu ödəyə bilməmişdir. Odur ki, bankla razılığa gəlməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.12.2013-cü il tarixli 17L000003566 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Şıxaliyev Azər Tarverdi oğluna 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 21.01.2015-ci il tarixli № 036R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Şıxaliyev Azər Tarverdi oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Şıxaliyev Azər Tarverdi oğluna 36 ay müddətində, aylıq 1,8333 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.01.2015-cı il tarixli kreditin verilməsi qəbzindən görünür ki, Şıxaliyev Azər Tarverdi oğlu İddiaçı QSC-dən 15000 manat məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi Şıxaliyev Azər Tarverdi oğlunun mülkiyyətindədir. İş materiallarında olan 20.12.2013-cü il tarixli № 17M000000597 saylı ipoteka müqaviləsindən görünür ki, Şıxaliyev Azər Tarverdi oğlu ilə İddiaçı QSC arasında bağlanmış 20.12.2013-cü il tarixli 17L000003566 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Şamaxı rayonu, Qaravəlli kəndində xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 175.1 kv.metr olan 5 otaqdan ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 29.12.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Şıxaliyev Azər Tarverdi oğluna məxsus Şamaxı rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evi (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 17 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan 21.01.2015-ci il tarixli 036S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh6 20.12.2013-cü il tarixli 17L000003566 saylı kredit müqaviləsi üzrə Şıxaliyev Azər Tarverdi oğlunun müqavilə üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürür və bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Şıxaliyev Azər Tarverdi oğlunun İddiaçı QSC-yə 21.01.2015-ci il tarixli kredit razılaşması üzrə 7651,2 manat əsas, 5077,85 manat faiz, 11563,97 manat cərimə olmaqla, cəmi 24293,02 manat borcu vardır. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 iyun 2021-ci il tarixli 9/2684 nömrəli rəyindən görunür ki, Şıxaliyev Azər Tarverdi oğlunun 21 yanvar 2015-ci il tarixli 036R********** saylı kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixə banka 7651,2 manat əsas borcu, 1575,53 manat faiz borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh Şıxaliyev Azər Tarverdi oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun, faiz və cərimə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh6 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 11563,97 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal hesab edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməlidir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkan satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ipoteka predmetinin ipoteka müqaviləsində göstərilən qiymətini mübahisələndirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin qərardadına əsasən ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi üçün mülki işin materialları müstəqil qiymətləndiriciyə göndərilmişdir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 13.10.2021-ci il tarixli, 92 saylı rəydən görünür ki, Şıxaliyev Azər Tarverdi oğluna məxsus, Şamaxı rayonu, Qaravəlli kəndində yerləşən fərdi yaşayış evinin (0.12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 27000 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 27000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Şıxaliyev Azər Tarverdi oğlu, X5, X6, X12 və X1 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması və həmin əmlakın boşaldılması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh Şıxaliyev Azər Tarverdi oğlu tərəfindən onun mülkiyyətində olan mənzil “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, eləcə də ipoteka predmeti olan mənzildə yaşayan cavabdehlər Şıxaliyev Azər Tarverdi oğlu, X5, X6, X12 və X3 isə ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda əmlakı şərtsiz tərk edəcəklərini öhdəsinə götürdüklərindən ipoteka predmeti olan Şamaxı rayonu, Qaravəlli kəndində olan 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 bir ay ərzində həmin cavabdehlər həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Bununla yanaşı, hərracda satışdan sonra cavabdehlər Şıxaliyev Azər Tarverdi oğlu, X5, X6, X12 və X1 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi yeni mülkiyyətçinin hüquqlarına aid olduğundan, həmin evi məhz ipoteka qoyan da əldə edə bildiyindən məhkəmə hesab edir ki, hazırda mülkiyyət hüququ olmayan bankın cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsinə dair məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə iddia tələbinin həmin hissələrini əsassız sayaraq rədd etmək qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 30 manat məbləğində dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh6 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 və Cavabdeh6 iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh6 alınmaqla yanaşı, onlardan iddiaçının dövlət rüsumlarını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir Bununla yanaşı, cavabdehlər Cavabdeh1 və Cavabdeh6 iş üzrə aparılmış ekspertiza və qiymətləndirmə tədqiqatlarının dəyəri kimi 150 manat pul Məhkəmə Ekspertizası Mərkəzinin və 200 manat pul "xxxx" MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 müştərək daydada 7651,2 manat əsas, 1575,53 manat faiz, 50 manat cərimə, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 9336,73 manat pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Şamaxı rayonu, Qaravəlli kəndində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 27000 manat müəyyən edilsin. Şamaxı rayonu, Qaravəlli kəndində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunan pul hesabına 9336,73 manat borc İddiaçı QSC-yə ödənilsin, tələb ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 oğluna qaytarılsın. İpoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği cavabdehlər Şıxaliyev Azər Tarverdi oğlu və Cavabdeh6 ümumi qaydada tutulsun. İpoteka predmeti olan Şamaxı rayonu, Qaravəlli kəndində olan 0.12 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra 1 bir ay ərzində Şıxaliyev Azər Tarverdi oğlu, X5, X6, X12 və X3 fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Cavabdeh1 və Cavabdeh6 müştərək qaydada iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manat pul tutularaq "xxxx" MMC-nin hesabına (AZ37NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-343/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-343/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver