Məhkəmə qərarları › İş №2(074)-351/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-351/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-351/2020 29.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3721,77 manat, faiz borcuna görə 116,8 manat, dəbbə borcuna görə 56,07 manat olmaqla, cəmi 3894,64 manat borcun və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd qırıq qarnitur üzüyə (çəkisi 36,04 qr, 750), 3 ədəd sepə (çəkisi 35,26 qr, 585), 2 ədəd üzüyə (çəkisi 12,92 qr, 750), 1 ədəd kolyeyə (çəkisi 17,22 qr, 750), 1 ədəd onluğa (çəkisi 8,6 qr, 880), 1 ədəd komplektə (çəkisi 11,5 qr, 583), 1 ədəd kişi üzüyünə (çəkisi 2,67 qr, 585), 1 ədəd üzüyə (çəkisi 2,2 qr, 585), 1 ədəd klona (çəkisi 1,4 qr, 585) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə 3894,64 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borcludan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3421,77 manat, faiz borcuna görə 372,11 manat, dəbbə borcuna görə 548,88 manat olmaqla, cəmi 4342,76 manat borcun və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd qırıq qarnitur üzüyə (çəkisi 36,04 qr, 750), 3 ədəd sepə (çəkisi 35,26 qr, 585), 2 ədəd üzüyə (çəkisi 12,92 qr, 750), 1 ədəd kolyeyə (çəkisi 17,22 qr, 750), 1 ədəd onluğa (çəkisi 8,6 qr, 880), 1 ədəd komplektə (çəkisi 11,5 qr, 583), 1 ədəd kişi üzüyünə (çəkisi 2,67 qr, 585), 1 ədəd üzüyə (çəkisi 2,2 qr, 585), 1 ədəd klona (çəkisi 1,4 qr, 585) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 10.04.2019cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə 4342,76 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borcludan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi x2 iddianı müdafiə edərək izahat verib bildirdi ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4900 manat məbləğində cavabdehə kredit verilmişdir. 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh ödəniş qrafıkinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi həcmində banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyası 10.04.2019-cu il tarixli girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Tərəflər arasında bağlanmış 10.04.2019-cu il tarixli SMLMB- 2911 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqaviləyə əsasən müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyi tələb etmək hüququ vardır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə banka 3421,77 manat əsas, 372,11 manat faiz, 548,88 manat dəbbə olmaqla, cəmi 4342,76 manat borcu vardır. Odur ki, nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4900 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı saxlanc girovu müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus dəyəri razılaşmaya və qiymətləndiricinin təyin etməsinə görə 8231,19 manat dəyərində qızıl-zinət əşyası banka girov qoymuşdur. İş materiallarında 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh özünə məxsus 1 ədəd qırıq qarnitur üzüyü (çəkisi 36,04 qr, 750), 3 ədəd sepi (çəkisi 35,26 qr, 585), 2 ədəd üzüyü (çəkisi 12,92 qr, 750), 1 ədəd kolyeyi (çəkisi 17,22 qr, 750), 1 ədəd onluğu (çəkisi 8,6 qr, 880), 1 ədəd komplekti (çəkisi 11,5 qr, 583), 1 ədəd kişi üzüyünü (çəkisi 2,67 qr, 585), 1 ədəd üzüyü (çəkisi 2,2 qr, 585), 1 ədəd klonu (çəkisi 1,4 qr, 585) banka girov qoymuşdur. İş materiallarında olan 14.05.2020-ci il tarixli RB02/PK 2554 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə banka 12.05.2020-ci il tarixə 3421,77 manat əsas, 372,11 manat faiz, 548,88 manat dəbbə olmaqla, cəmi 4342,76 manat borcu vardır. İş materiallarında olan 18.06.2019-cu il, 08.07.2019-cu il, 19.11.2019-cu il, 25.11.2019-cu il, 08.01.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 10.04.2019-cu il tarixli SMLMB-2911 saylı kredit müqaviləsi üzrə banka olan kredit borcunu ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC-dən 4900 manat məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi bankla Cavabdeh arasında saxlac girovu müqaviləsi bağlanmış və Cavabdeh özünə məxsus qızıl-zinət əşyası banka girov qoymuşdur. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh banka 12.05.2020-ci il tarixə 3421,77 manat əsas, 372,11 manat faiz, 548,88 manat dəbbə olmaqla, cəmi 4342,76 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 548,88 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 548,88 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3421,77 manat əsas, 372,11 manat faiz, 10 manat dəbbə olmaqla, cəmi 3803,88 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd qırıq qarnitur üzüyə (çəkisi 36,04 qr, 750), 3 ədəd sepə (çəkisi 35,26 qr, 585), 2 ədəd üzüyə (çəkisi 12,92 qr, 750), 1 ədəd kolyeyə (çəkisi 17,22 qr, 750), 1 ədəd onluğa (çəkisi 8,6 qr, 880), 1 ədəd komplektə (çəkisi 11,5 qr, 583), 1 ədəd kişi üzüyünə (çəkisi 2,67 qr, 585), 1 ədəd üzüyə (çəkisi 2,2 qr, 585), 1 ədəd klona (çəkisi 1,4 qr, 585) yönəldilməli, girov əmlakı açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh cəmi 3803,88 manat borcu və 30 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 3421,77 manat əsas, 372,11 manat faiz, 10 manat dəbbə olmaqla, cəmi 3803,88 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd qırıq qarnitur üzüyə (çəkisi 36,04 qr, 750), 3 ədəd sepə (çəkisi 35,26 qr, 585), 2 ədəd üzüyə (çəkisi 12,92 qr, 750), 1 ədəd kolyeyə (çəkisi 17,22 qr, 750), 1 ədəd onluğa (çəkisi 8,6 qr, 880), 1 ədəd komplektə (çəkisi 11,5 qr, 583), 1 ədəd kişi üzüyünə (çəkisi 2,67 qr, 585), 1 ədəd üzüyə (çəkisi 2,2 qr, 585), 1 ədəd klona (çəkisi 1,4 qr, 585) yönəldilsin, girov əmlakı açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh cəmi 3803,88 manat borcu və 30 manat dövlət rüsumu İddiaçı ASCyə ödənilsin. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ borcludan tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar