Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-357/2020 02.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz və 598,60 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən 18 ay müddətinə illik 24 faizlə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixində əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 678,39 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilib və 121,85 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 5645,74 ABŞ dolları təşkil etmişdir. Beləliklə, xx xxxxx 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixədək banka əsas məbləğ üzrə borc 9021,85 ABŞ dolları müəyyən olunmuşdur. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxxxx 2018-ci il tarixə Cavabdeh1 banka xx xxxxx 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz və 598,60 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları məbləğində borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, iddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz və 598,60 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən 18 ay müddətinə illik 24 faizlə 8900 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.CL.210415.00003/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 8900 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.CL.210415.00003/b saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 8900 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılıqdan görünür ki, borc üzrə gecikmədə olan 678,39 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilib və 121,85 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 5645,74 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 19/1491 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx xxxxx 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli əlavə razılığa əsasən xx.xx.2018-ci il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № 05/212 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz, 598,6 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 9/3372 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və xx.xx.2016-cı il tarixli 01 saylı əlavə razılıqda qeyd edilmiş şərtlər nəzərə alınmaqla Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə 3065,83 ABŞ dolları əsas, 471,03 ABŞ dolları faiz borcu mövcuddur. Aparılmış tədqiqatın dəyəri 120 manatdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 İddiaçı ASC-dən 18 ay müddətinə illik 24 faizlə 8900 ABŞ dolları məbləğində kredit götürmüş, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 8900 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılığa əsasən borc üzrə gecikmədə olan 678,39 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilmiş və 121,85 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 5645,74 ABŞ dolları təşkil etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından Cavabdeh1 iddiaçıya xx.xx.2018-ci il tarixə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz, 598,6 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində Cavabdeh1 xx.xx.2018-ci il tarixə 3065,83 ABŞ dolları əsas, 471,03 ABŞ dolları faiz borcu olduğu müəyyən olunmuşdur. Məhkəmə iş üzrə tutulmalı olan faiz borcuna münasibətdə ekspertizanı aparmış ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddia tələbində mövcud olan 638,52 ABŞ dolları faiz borcu əvəzinə, ekspert rəyi ilə müəyyən olunmuş 471,03 ABŞ dolları faiz borcunun tutulması tərəflərin mənafelərə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə iddianın 598,60 ABŞ dolları cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehlərdən 598,60 ABŞ dolları cərimə borcu əvəzinə 10 ABŞ dolları məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 471,03 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3428,52 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli № 9/3372 saylı ekspert rəyi üzrə ekspert xərcini təşkil edən 120 manat cavabdehlərdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 471,03 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3428,52 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri 120 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-357/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-357/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver