Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-358/2023 11.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1530 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh aralarında bağlanmış kredit müqaviləsinə əsasən 1530 manat borc vermişdir. Cavabdehlə aralarında bağlanmış 29 iyun 2022-ci il tarixli kredit müqaviləsinə əsasən onun tərəfindən cavabdehə verdiyi borc məbləği öz təsdiqini tapmışdır. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək vəkillə müqavilə bağlamasına görə ödədiyi 220 manat və iddia ərizəsi ilə bağlı ödədiyi 37 manat. ümumilikdə 257 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, iddiaçı cavabdehi tanıdığı üçün borc verili. Bunu tərəflər arasında notarial qaydada bağlanılmış kredit müqaviləsi də təsdiq edir. Həmin müqavilədən görünür ki, borc faizsiz verilmişdir. Cavabdeh aldığı borcdan heç bir ödəniş etməmişdir. Əgər ödəniş etsəydi tərəfər arasında bağlanılmış müqavilənin 6-cı bəndinə əsasən bu müqavilədə qeyd edilməli idi. Lakin müqavilədə bu barədə heç bir qeyd aparılmamışdır. Cavabdehin təqdim etdiyi qəbzlər üzrə ödənişlər Aysu adlı başqa bir şəxsin İddiaçı olan borcu özrə olan ödəmələrin qəbzidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, həqiqətən də iddiaçıdan 1530 manat borc almış, lakin sonradan maddi imkanı olmdığından borcunu tam ödəyə bilməmişdir. Eyni zamanda borcundan xx.xx.2022-ci il tarixdə 21 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 40 manat və xx.xx.2022-ci il tarixdə isə 310 manat olmaqla ümumilikdə 671 manat pulu iddiaçının ona verdiyi bank kartına göndərmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 1530 manat pulu xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə, faizsiz olaraq borc vermişdir. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə 21 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 40 manat və xx.xx.2022ci il tarixdə isə 310 manat pul "xxxx" ASC-yə məxsus olan 416973******3749 nömrəli bank kartına ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin məhkəmə sorğusu əsasında alınan məktubundan görünür ki, 416973******3749 nömrəli plastik kart İddiaçı istifadəsindədir. İş materiallarında olan diskdə olan video görüntüdən görünür ki, özünü X1 təqdim edən şəxs İddiaçı may ayının 2-də ümumi çəkisi 9,43 qram olan qızıl qolbağı aylıq 320 manat olmaqla 3 ay ərzində ödəmək şərtilə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X3 ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, müəyyən edilmiş müddətdə kredit məbləğini tam ödəməmişdir. Belə ki, cavabdeh ödəniş qəbzləri təqdim edərək kredit müqaviləsi üzrə borcundan ümumilikdə 671 manat ödədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkilinin ödənilmiş borclarla bağlı kredit müqaviləsində heç bir qeydin aparılmamasına münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 6-cı bəndinə əsasən “Borc verən” müqavilə üzrə öhdəliyin icrasınıın tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Lakin iddiaçının kredit müqaviləsində belə qeyd aparmaması cavabdehin ona olan borcundan ödənişlər etməməs kimi başa düşülməməlidir. Belə ki, cavabdehin təqdim etdiyi qəbzlərdən görünür ki, o, 416973******3749 nömrəli plastik karta xx.xx.2022-ci il tarixdə 21 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 40 manat və xx.xx.2022-ci il tarixdə isə 310 manat pul ödənişi etmişdir. 416973******3749 nömrəli plastik kartın İddiaçı istifadəsində olması isə işin mübahisəsiz halıdır. Eyni zamanda tərəflər arasında başqa borc öhdəliyi olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 859 manat pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu 37 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin iddiaçı tərəfindən hüquqi xidmətə görə pul ödəməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilmədiyindən iddiçının tələb etdiyi 220 manat pul cavabdehdən tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 859 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 37 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-358/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-358/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver