Məhkəmə qərarları › İş №2(074)-370/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-370/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-370/2025 17.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 2541,01 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)- 112/2021 saylı hökmü ilə 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək böyük icra məmuru X3 və məhkumun özünün iştirakı ilə məhkuma ENV 35622699 saylı komplekt tətbiq edilmiş, məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. X1 verilmiş məlumat əsasında məlum olmuşdur ki, məhkum barəsində “izlənmə məlumatları" gəlmir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə məhkum şöbəyə dəvət edilmiş və məlum olmuşdur ki, həqiqətən izlənmə məlumatları gəlmir. Məhkumdan bunun səbəbləri soruşulmuş və o, ENV-nə heç bir müdaxilə etmədiyini bildirmişdir. Hökmün icrası məqsədi ilə Cavabdeh yeni ENV-si tətbiq edilmiş və ondan götürülmüş 35622699 saylı komplekt Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC-nin müvafiq rəyinə əsasən texniki baxışın nəticəsi olaraq istifadə qaydalarına düzgün riayət olunmadığı səbəbindən qurğu yararsız vəziyyətə düşdüyü bildirilmişdir. Belə ki, Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Mütəxəsis Rəyinə əsasən komplektə (qurğuya) xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmişdir. Həmin texniki baxış barədə rəydə göstərilmişdir ki, komplektin təmiri mümkün deyil, istifadəyə tam yararsızdır və bu barədə rəy şöbəyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən mobil qurğunun dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəməmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bizə maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2541 (iki min beş yüz qırx bir) manat, 01 (bir) qəpik təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2541,01 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2ndə müvafiq hesabına (X2 Kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, nəzarət qurğusunun yararsız hala salınmasında onun heç bir günahı yoxdur. Belə ki, qolbağ ona tətbiq edilərkən də yaxşı işləməmiş, sonradan isə həmin qolbağ dəyişdirilmişdir. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci i tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılması, və Cavabdeh üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının İddiaçınə həvalə edilməsi, cəzasının əvvəli Cavabdeh İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarında olan İddiaçı böyük icra məmuru X3, xx.xx.2022-ci il tarixli protokola əsasən Cavabdeh elektron mobil nəzarət qurğusu qolbaq və siqnal ötürücü təhvil verilmiş, ona izah edilmişdir ki, məhkum həmin qurğunu daşımalı, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacaqdır. İş materiallarında olan İddiaçı böyük icra məmuru X3, xx.xx.2022-ci il tarixli protokola əsasən Cavabdeh elektron mobil nəzarət qurğusu qolbaq və siqnal ötürücü təhvil verilmiş, ona izah edilmişdir ki, məhkum həmin qurğunu daşımalı, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsindən emal üçün götürdüyümüz Attenti sadə qolbağının komplektasiyası pozulmuşdur. Belə ki, yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu, adaptor, kabura və çanta aşkarlanmamışdır. Bunları nəzərə alaraq bu cihazın komplekti təkrar iştifadəyə yararsızdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin arayışından görünür ki, mobil nəzarət qurğusu, xüsusi proqram təminatı ilə birlikdə qiyməti 2541,01 manat təşkil edir. Beləliklə işin araşdırılmış hallarından müəyyən olundu ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 07 sentyabr 2021-ci il tarixdən 08 sentyabr 2021-ci i tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılması, və Cavabdeh üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının İddiaçınə həvalə edilməsi, cəzasının əvvəli Cavabdeh İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Cavabdeh İddiaçındə qeydiyyata götürülərək böyük icra məmuru X3 və məhkumun özünün iştirakı ilə məhkuma ENV 35622699 saylı komplekt təhvil verilmişdir. Bir müddət sonra izlənmə məlumatları gəlməmiş, xx.xx.2022-ci il tarixdə məhkum şöbəyə dəvət edilmiş və Cavabdeh yeni ENV-si tətbiq edilmiş, ondan götürülmüş ENV Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmiş və həmin ENV-nin istifadə qaydalarına düzgün riayət olunmadığı üçün yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2541,01 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2ndə müvafiq hesabına (X2 Kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2541,01 manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2ndə müvafiq hesabına (X2 Kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar