Məhkəmə qərarları › İş №2(074)-380/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-380/2021

20.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-380/2021 20.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “otağın açarının təhvil alınması və orada olan əşyaların ona qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə tutduğu ünvan 1 ünvanında yerləşən yaşayış evini 4x9 m ölçüdə otağın açarının təhvil alınması, o, və iki uşağına məxsus otağın içərisindəki əşyalarının ona qaytarılması vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən evə 28 oktyabr 2003 -cü ildə X3 ilə rəsmi nikaha girərək gəlin köçmüş, həmin rəsmi nikahdan 17 avqust 2004-cü il təvəllüdlü Lamiyə və 29 noyabr 2007-ci il təvəllüdlü Elnur adlı övladları dünyaya gəlmişdir. 2008-ci ilin axrına kimi həmin evdə Namiqlə birlikdə yaşamış, 2008-ci ilin son ayında onu iki azyaşlı uşağı ilə birlikdə yaşadığı ünvan 3 ünvanlarda kirayədə yaşamış, maddi imkanları çatmadığı üçün valideynlərinin evində qalmalı olmuş, daha sonra məhkəmə qətnaməsi ilə Namiq Qazipurun uşaqlarının atası olması müəyyən olunmuş və hər ay hər uşaqa 75 manat məbləğində aliment müəyyən olunmuşdur. 25 Yanvar 2011-ci ildə Şamaxı rayon Məhkəməsinin 2(074)-21/2011 saylı qətnaməsi ilə o, və iki azyaşlı uşağı ilə birlikdə N.Nəcəfov küçəsi dön 1 ev 6 ünvanındakı Nəcibə Qazipura məxsus 4x9 ölçüsündə olan bir otağa köçürülməsi qərara alınmışır. Bir müddət həmin ünvandakı otaqda uşaqları ilə yaşamış və əşyalarını da həmin otağa yığmışdır. Maddi imkansızlıqdan otağı açarlayaraq Bakı şəhərinə anasının yanında yaşamağa başlamışdır. Lakin 2020-ci ilin Noyabr ayında uşaqları ilə birlikdə Şamaxıya, yaşadığı evə gedən zaman onlara ayrılmış otağın qapısının baldızı Cavabdeh1 tərəfindən sındırılaraq yeni açarla əvəz olunduğu müəyyən olunmuşdr. Bu səbəbdən cavabdeh İradə onları otağa yaxınlaşmağa qoymamışdır. İradə ona və uşaqlarına məxsus olan əşyaların hansı vəziyyətdə olduğuna baxmağına belə imkan verməmişdir. Bu barədə Şamaxı rayon Polis şöbəsinə şikayət etmiş, onlar mülki məsələ olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciyyət etməyi məsləhət görmüşdür. Belə ki Cavabdeh1 qanunsuz olaraq ona və uşaqlarına ayrılmış ünvan 4 ünvandakı otağın açarını sındırmış, yenisini qoymuş və öz başına idarə etməyə başlamışdır. O, isə göstərilən yaşayış ünvanından istifadə etməkdən mərhum olunmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, qeyd olunan ünvanda hal-hazırda baldızı Cavabdeh1 yaşayır. O, 2003-2008-ci illərdə evli olduğu zaman həmin evdə yaşamış, həyat yoldaşı 2008-ci ildə öldükdən sonra, yenə 2017-2018-ci illərdə həmin evdə yaşamışdır. Yaşadığı ev Şamaxı rayonunda baş verən zəlzələdən sonra dövlət tərəfindən təmir olunmuş, bu zaman onun qaldığı otaq da, təmirə daxil olmuşdur. hal-hazırda isə o, həmin otaqdan çıxdıqdan sonra orada onun televizoru, paltaryuyanı, şkafı və s. əşyaları qalmışdır. Cavabdeh1 məhkəməyə etirazla müraciət edərək, iddia tələbini əsassız hesab etmişdir. Belə ki, iddia olunan ev onun mülkiyyətində deyil. Həmin ev onun anası mərhum X2 məxsus olmuşdur. İddiaçı həmin evdə olan bir otağa köçürülməsinə baxmayaraq, Şamaxı rayon məhkəməsinin digər 24 dekabr 2014-cü il tarixli 2(074)-868/2014 saylı qətnaməsi ilə evin bütün otaqlarından anasının bərabər istifadə hüquqları tanınmışdır. Məhkəmə qətnaməsində evin hər bir hissəsindən bərabər istifadə hüququ müəyyən edilməsinə baxmayaraq, İddiaçı otağı 2011-ci ildən bağlayıb çıxıb getmişdir. Dəfələrlə anası ondan gəlib otağın açılmasını xahiş etsə də, İddiaçı evə gəlməmişdir. Hətta onun uşaqlarının atası, yəni onun qardaşı, Namiq, vəfat edən zaman hüzürünə belə gəlməmişdir. Zəlzələ zamanı ev dağılıb, yaşayış üçün yararsız hala düşdüyünə görə, anası o evdə yaşamırdı. Anası zəlzələdən sonra evin təmir olunması üçün rayon Fövqəladə Hallar üzrə Komissiyasına müraciət etmişdir. Ev təmir olunan zaman ola bilər ki, qapını açıb əşyaları yığışdırmışlar. Onun bunlardan xəbəri yoxdur. Çünki, o, həkim kimi Şamaxı və Bakı şəhərlərində işdə olmuş, evdən xəbəri olmamışdır. Müharibə başlayan zaman, o, həkim briqadası ilə birlikdə Füzuli rayonunda cəbhə bölgəsində olmuş, anası xəstə olduğu üçün xəstəxanaya yerləşdirilmişdir və xəstəxanada dünyasını dəyişdir. Halhazırda İddiaçı anasının evi boş olduğuna görə, evə yenidən yerləşmək istəyir. Evin açarları onda deyil. O, evin mülkiyyəçisi deyil. İddiaçı ona qarşı olan iddasının rədd olunmasını xahiş edirəm. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli 2(074)-21/2011 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X4, X1 qarşı iki azyaşlı uşaqları ilə birlikdə ünvan 5 ünvanında olan Nəcibə Qazipura məxsus 4x9 m ölçüdə olan bir otağa köçürülməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 6A, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 8/12 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Beləliklə, iş materiallarından görünür ki, iddaçı İddiaçı ünvan 7 ünvanında yerləşən evin 4x9 metr ölçüdə olan bir otağına köçürülməsinə dair qanuni qüvvəyə minmiş qətnamə var. İş üzrə qanuni qüvvəsini almış qətnamə olduğundan məhkəmə hesab edir ki, iddiaçı həmin qətnamənin icrasını tələb etmək hüququna malikdir. Digər tərəfdən iş materiallarından görünür ki, hazırda həmin evin mülkiyyətçisi dəyişmiş və həmin evin 8/12 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının yaşamaq hüququnun tanındığı evin mülkiyyətçisinin dəyişməsi iddiaçının hüquqlarına təsir etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. [209] 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 255.7-ci maddəsinə əsasən servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8-ci maddəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “manelərin aradan qaldırılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı “otağın açarının təhvil alınması və orada olan əşyaların ona qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar