Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-382/2022 18.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipotekaya predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi və tutmanın ipotekaya predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia tələbi ipoteka ilə təmin edilmiş borc öhdəliyinin icra edilməməsindən irəli gəlir. İddiaçı ASC-ilə Cavabdeh arasında 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi, həmin müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsi üçün bank ilə Cavabdeh arasında 17.01.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. 23.11.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Cavabdeh bildiriş göndərilmiş və 03.12.2021-ci il tarixdə həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 28 dekabr 2018-ci il tarixdən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Beləliklə məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ipotekaqoyan cavabdeh arasında olan sonrakı ipoteka müqaviləsi 17.01.2021-ci il tarixdə bağlandığından, 28 dekabr 2018-ci il tarixdən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə uyğun olaraq həmin ipoteka müqavilələrinə isnad edilərək ipoteka predmetlərinə tutmanın yönəldilməsi yalnız notariusun icra qeydi əsasında həyata keçirilə bilər. Qeyd edilən qanunvericilik normasında ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin verilməsi, qeydə alınması, və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. Qanunvericilikdə bu qaydanın istisnası və ya ipoteka saxlayanın hər hansı seçim hüququ, o cümlədən ipoteka saxlayanın müraciəti əsasında məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası müəyyən edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi yalnız İpoteka haqqında Qanunun 37.1-ci maddəsində göstərilmiş şəxslər tərəfindən məhkəmədə mübahisə edilə bilər. Buna görə də hazırkı iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilə və baxıla bilməz. İddiaçıya izah olunur ki, “İpoteka haqqında” Qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipotekaya predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsində göstərdiyi məsələ ilə bağlı müvafiq notariusa müraciət etməli olduğu izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-382/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-382/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver