Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-383/2021 11.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7935 manat və 94622 ABŞ dolları ödəniş gününə məzənnəsinə uyğun məbləğdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 bildirdi ki, tərəflər arasında müddətli alqı-satqı müqaviləsi imzalanıb və həmin müqavilədə tərəflər həmin müqavilə ilə əlaqədar mübahisələrin həll edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkməsinə müraciət etməli olduqları barədə razılığa gəliblər. Həmin müqaviləni bu gün əldə ediblər. Bununa görə də hazırki mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, həqiqətən də tərəflər aralarında olan müqavilə ilə həmin müqavilə üzrə mübahisələrin həll edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkməsinə müraciət etməli olduqları barədə razılığa gəliblər. Bununa görə də hazırki mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarında olan 15 yanvar 2018-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə qeyd edilir ki, tərəflər razılığa gəlirlər ki, gələcəkdə bu müqavilə ilə əlaqədar tərəflər arasında hər hansı bir mübahisə (müqavilə öhdəliklərinin vaxtında, lazımınca icra edilməməsi, müqavilə şərtləri pozulması halları) yaranarsa o zaman mövcud mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər aralarında yazılı şəkildə bağladıqları müqavilə üzrə məhkəmə aidiyyətini müəyyən etdiklərindən hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 40, 44-45, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-383/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-383/2021
11.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver