Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-39/2022 12.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanusuz olaraq onun evinə bitişik tikdiyi tikintini və damından axan su yolunu sökərək onun evinin damından ayrı tikməsinə, ona maddi və mənəvi 500 (beş yüz) manat dəyən ziyanın, 30 manat dövlət rüsümun cavabdehdən alınaraq ona barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci il tarixdə ünvan 1 ünvanında yerləşən köhnə tikilidə özünə uyğun ev almışdır. Təxminən 10 il bundan qabaq Şamaxı rayonunda təbii fəlakət nəticəsində güclü dolu düşən vaxtı onun evimin damı tam yararsız vəziyyətə düşmüş və o, evinin damını dəyişmişdir. Cavabdeh Bəxtiyar həmin köhnə tikili evini söküb yerində yeni evini tikməyə başlayanda o cavabdehə bildirdi ki, bir az ara qoyub evini tiksin evinin damıda ayrı olsa onun evinə heç bir ziyan dəyməz. Bəxtiyar onun sözünə heç bir məhəl qoymamış öz bildiyi kimi yəni ona acıq olaraq evin elə tikmişdirki hətta bir daşda artıq onun evinin divarına keçməsinə baxmayaraq 11 metr axan yağan yağışın su yolu onun damına axır. Yağan yağış suları hamısı onun evinin içəri hissəsini basır, evinin içinə yağan yagışın dolması nəticəsində divarları kif basmış bütün yenicə təmir elədiyi divar kağızları hamısı qopub yerə tökülmüşdür. O, dəfələrlə Şamaxı şəhər nümayəndəliyinə müraciət etmiş oradan Zaur adlı işçi gəlib baxsada bu günə kimi heç bir nəticə görmədiyinə görə məhkəməyə müraciət etmişdir. Heç bir yerdən əlavə qazanc yeri yoxdur. Dövlətin ona verdiyi 257 manat təqaüdlə dolanır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, iddiaçı onun qonşusudur. Şamaxı şəhəri, R.Rza küçəsi, 22 saylı ev onun mülkiyyətindədir. İddaçının evində əmələ gəlmiş nəmin onun evinin üzərində olan su yolu ilə əlaqədar deyil. Çünki o, evinin üzərində aurıca su axması üçün yol düzəltmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır odur ki, rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,7 m2 olan fərdi yaşayış evi X2 məxsusdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2022-ci il tarixli 10/4822 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin arxasında faktiki olaraq Cavabdeh məxsus 22 saylı yaşayış evinin yerləşdiyi müəyyən edilmişdir. Lakin həmin evin iddiaçının 20 saylı yaşayış evinin dayanıqlığına və normal istifadəsinə təsir edib-etməməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq müayinə tədqiqqat işləri aparılmaqla müəyyən edilə bilər. İddiaçı məxsus 20 saylı yaşayş evinə baxış zamanı, həmin evin küçə tərəfə baxan yaşayış otağının divarında, pəncərə blokunun yerləşdiyi hissədə divara vurulmuş boya və şpaklyovka qatının köpüb qaldığı, bəzi yerlərdə ovulub töküldüyü, pəncərə blokunun kənarlarında su sızma ləkələri və nəmlik əlamətləri əmələ gəldiyi müəyyən olmuşdur. ünvan 2 yaşayış evinin divarlarında yuxarıda göstərilən qüsurların yarandığını, həmin qüsurların su sızmaya aid olduğunu, divarlarda yuxarıdan aşağıya doğru su sızma ləkələri əmələ gəldiyini, yaşayış evlərinin dam örtüklərinin eyni bir su novuna birləşdirildiyini nəzərə alaraq, 20 saylı yaşayış evinə su sızması həmin su novunun və dam örtüklərinin birləşmə yerlərinin düzgün quraşdırılmaması və ya həmin işlərin keyfiyyətsiz görülməsi səbəbindən ola bilər. ünvan 2 mənzilin yaşayış otağının pəncərə blokunun kənarlarında yaranmış qüsurların bərpa olunması ilə əlaqədar müvafiq hesablamalar aparılmış, həmin qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli təmir işlərinin ümumi dəyəri təqribən 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq dəfələrlə təkrarlanmaqla törətdikləri hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçıya məxsus mənzilə 100 manat məbləğində zərər vurulması faktı mötəbər sübutlarla təsdiq olunduğundan və bundan sonra da analoji hadisənin baş verməsi ehtimalı olduğundan, verilmiş iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçının evinə bitişik tikdiyi su yolu sökülərək, iddiaçının damından ayırmalı, iddiaçının mənzilinə vurulmuş zərərin əvəzi kimi 100 manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul da cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh qanusuz olaraq iddiaçının evinin damına bitişik tikdiyi damından axan su yolu cavabdehin hesabına sökülərək iddiaçının evinin damından ayrı tikilsin. Cavabdeh 100 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq X2 ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-39/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-39/2022
12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver