Məhkəmə qərarları › İş №2(074)-40/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-40/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-40/2024 07.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş maddi ziyanın əvəzi olaraq ondan 3357 manat pulun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus “VAZ-2106” markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobili onun yaşadığı fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə ələ keçirib və avtomobili işə salıb idarə etməklə Şamaxı rayonu, Əngəxaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobili yolun kənarındakı ağaca vuraraq əzmiş və ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Şamaxı Rayon Məhkəməsinin 1(074)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh törətdiyi belə əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 1(074)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə yazılıb ki, guya Cavabdeh törətdiyi hadisə ilə əlaqədar iddiaçıya 1875 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin, bu istintaqı aparan şəxsin özünün mülahizəsidir. O, dəymiş ziyanı müəyyən etmək üçün özünə məxsus “VAZ-2106” markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobilini mütəxəssisin (ustanın) yanına aparıb. Mütəxəssis tərəfindən ona dəymiş ziyan və onun düzəldilməsi xərci hesablanaraq 3357 manat olması müəyyən edilmiş və bu barədə akt tərtib olunaraq cinayət işi materiallarına daxil edilmişdir. Həmin aktın adi surəti ona da verilib. Zərurət yaranarsa, sözügedən aktın təsdiq edilmiş surətinin Şamaxı Rayon Məhkəməsinin 1(074)-34/2023 saylı cinayət işi materiallarından hazırkı iddia tələbi ilə bağlı mülki iş materiallarına daxil edilməsinin təmin olunmasını xahiş edir. Odur ki, hesab edir ki, iş üzrə cavabdeh hazırda məhkum olunmuş Cavabdeh onun avtomobilinə vurduğu maddi ziyanı ödəməlidir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə dəymiş ziyanın əvəzi olaraq Cavabdeh yönəltdiyi 3357 manat pulun yarısını yəni 1678.50 manat hissəsinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə,iddiaçının dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-34/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh törətdiyi əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,185.2.1, 29,185.2.2, 185.2.1 və 185.2.2ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Nihad Abdullayev və Cavabdeh tərəfindən İddiaçı məxsus “VAZ 2121” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri təxminən 1875 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli avtomaşına dəymiş ziyan barədə aktın surətindən görünür ki, Şamaxı rayon avtomobil təmiri sexinin ustası X4, İddiaçı məxsus “VAZ-2106” markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmiş və baxış zamanı 700 manat dəmirçi, 450 manat rəngsaz, 100 manat motorist, 120 manat elektrik və 220 manat slesar xərcləri olmaqla, ümumilikdə avtomobilə dəymiş ziyanı 3357 manat müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 9/546 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “VAZ-2106” markalı, “**-ON-***” dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 2187 manat - dəyişilməli hissələrin qiyməti 937 manat, təmir-bərpa işlərinin qiyməti 1250 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “VAZ-2106” markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 1875 manat – dəyişilməli hissələrin qiyməti 895 manat, təmir-bərpa işlərinin qiyməti 980 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “VAZ-21074” markalı, “**-LH-***” dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 160 manat - dəyişilməli hissələrin qiyməti 10 manat, təmir-bərpa işlərinin qiyməti 150 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “VAZ-2121” markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 297 manat - dəyişilməli hissələrin qiyməti 207 manat, təmir-bərpa işlərinin qiyməti 90 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “VAZ-2106” markalı, “**-HH-***” dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 715 manat - dəyişilməli hissələrin qiyməti 125 manat, təmir-bərpa işlərinin qiyməti 590 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, “VAZ-2107” markalı, “**-KU-***” dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 43 manat - dəyişilməli hissələrin qiyməti 18 manat, təmir-bərpa işlərinin qiyməti 25 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/8370 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan fiziki şəxs X6 (VÖEN **********) tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ-2106” markalı, “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3057 manat müəyyən edilir. Keçirilmiş ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə X1 1200 manat borc pul verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmış maddi ziyanı Cavabdeh tələb etməkdə haqlıdır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə İddiaçı 1875 manat məbləğində ziyan dəyidiyi və həmin ziyanın 1200 manat hisəsini digər təqsirləndirlən şəxsin qanuni nümayəndəsi X3 ödəməyi öz öhdəsinə götürmüşdür. Belə olan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 675 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul da Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 675 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar