Məhkəmə qərarları › İş №2(074)-411/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-411/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-411/2020 24.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsi üzrə 2315,37 manat əsas və 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 23 faizlə 36 ay müddətinə 6564 manat məbləğində kredit verilmişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh banka xx.xx.2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsi üzrə 2315,37 manat əsas və 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2014cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsi üzrə 2315,37 manat əsas və 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəmyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş, mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 23 faizlə 36 ay müddətinə 6564 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 05/42 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə 2315,37 manat əsas, 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 19/678 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan 2315,37 manat əsas, 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borcunu 5 gün müddətinə ödəməsi barədə xəbərdarlıq edilmiş, əks halda bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC-dən illik 23 faizlə 36 ay müddətinə 6564 manat məbləğində kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcunu ödəməkdən yayınmış, nəticədə xx.xx.2020-ci il tarixə 2315,37 manat əsas, 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MPM-in 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsi üzrə 2315,37 manat əsas, 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 108.LN.1609.020414.R.00008 saylı kredit müqaviləsi üzrə 2315,37 manat əsas, 83,85 manat faiz olmaqla, cəmi 2399,22 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar