Məhkəmə qərarları › İş №2(074)-412/2020

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-412/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-412/2020 30.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh2 Allahverdi oğlunun iştirakı ilə, x5 x4 MMC-nin cavabdehlər Cavabdeh2 Allahverdi oğlu və x1 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x5 x4 MMC cavabdehlər Cavabdeh2 Allahverdi oğlu və x1 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə məhkəmə baxışı iclası 30 iyun 2020-ci il tarixə saat 16:15-ə təyin edilmişdir. cavabdehlər Cavabdeh2 Allahverdi oğlu məhkəmə iclasına gəlsə də, x5 x4 MMC-nin nümayəndəsi və digər cavabdeh x2 isə iclasa gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə baxışında iştirak edən Cavabdeh2 Allahverdi oğlu işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x5 x4 MMC-nincavabdehlər Cavabdeh2 Allahverdi oğlu və x1 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair” mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar