Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-416/2023 03.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 35 baş heyvanı özbaşına olaraq götürüb mənimsədiyi üçün ona dəymiş ziyanın dəyəri olan cəmi 8400 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər Tovuz rayonunda heyvandarlıqla məşğul olmuşdur. Daha sonra isə yəni 1997-ci ildən Abşeron rayonda yaşamağa başladığından heyvanlarını satıb və usta kimi fəaliyyət göstərməyə başlamışdır. X8 44 günlük vətən müharibəsində şəhid olduğundan dövlət tərəfindən ona maddi yardım ayrıldı və həmin pul ilə o özü üçün 50 baş xırda buynuzlu qoyun və keçi alıb Abşeron rayonunda saxlamağa başlamışdır. Daha sonra həmin heyvanlara Abşeron rayonunda baxmağın çətin olduğunu görüb o, heyvanları Salyan rayonuna aparıb Fərhad adlı şəxsə təhvil vermış və aylıq əmək haqqı müqabilində heyvanlarına baxmasını xahiş etmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə 53 baş qoyun, 4 baş quzu və 4 baş keçini Şamaxı rayonunda yaşayan Ramil adlı şəxsə gətirib təhvil verib ki, aylıq 150 manat əmək haqqı müqabilində onun heyvanlarına baxsın. O, da onunla razılaşıb və Şamaxı rayonunda yerləşən “ASAN Xidmət” mərkəzinin yanındakı fermada heyvanlarını bir müddət saxlamağa başlayıb. O, ayda bir dəfə Şamaxı rayonuna gələrək heyvanlarına nəzarət edirmiş. 2022-ci ilin yanvar-fevral ayında və digər aylarda heyvanlar balaladığından onun heyvanlarının sayı artdı və ümumilikdə 102 baş xırda buynuzlu heyvanı oldu. Həmin heyvandan 3 başını satdı, bir baş isə xırda buynuzlu heyvanı Ramin ona göndərib və onda ümumilikdə 98 baş xırda buynuzlu heyvanı qalıb. Ramil ona söyləyirdi ki, heyvanlar oğurlanır. Bu səbəbdəndə onun heyvanlarının sayı azalıb. O, həmin heyvanlara nəzarət etmək üçün iyul ayının 25-də Şamaxı şəhərinə gəlib və 6 gün heyvanlara özü nəzarət edib ki, görsün həmin heyvanları kim oğurlayır. Lakin heyvanların oğurlanmadığını müşhidə edib. İyul ayının 30-da o heyvanları Tovuz rayonuna aparıb. Heyvanları aparan zaman həmin heyvandan 30 baş quzu və 14 baş qoyunun olmadığını görüb. Ramildən heyvanlarını tələb edən zaman o ona söyləyib ki, heyvanları hissə-hissə ödəyəcəkdir. Lakin o, ona 9 baş xırda buynuzlu qoyun alıb versədə 30 baş quzu və 5 baş qoyunu alıb qaytarmadı. Bu səbəbdən o bu barədə Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib və RPŞ-nin İstintaq Bölməsində aparılmış araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar öz təsdiqni tapsada müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlamasının rədd edilməsi barədə qərar qəbul olunaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməyi ona izah edildi. Onun heyvanları Beyləqan sortu olduğundan birinin dəyəri 240 manatdır. Polis şöbəsindədə cavabdeh X4 dəfələrlə ona dəymiş ziyanın ödənilməsi tələbi edilsədə həmin şəxs ona ümumilikdə 8400 manat ödəyəcəyini bildirsədə həmin ziyanı ödəməmiş, həmçinin heyvanlarını geri qaytarmamışdır. . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının heç bir heyvanın o, mənimsəməmiş, həmin heyvanlar hamısı iddiaçıya təhvil verilmişdir. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, həqiqətən də iddiaçıya 9 baş qoyun alıb vermişdir. O, həmin heyvanları iddiaçı heyvanlarının sayının az olduğunu bildirdiyi üçün alıb vermişdir. Polisdə isə 30 baş quzu 5 baş qoyun borclu olduğunu bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı ərizəsinə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ərizəsinə əsasən toplanmış material üzrə izahatı alınmış X5 izahatında bildirmişdir ki, 30 iyul 2022-ci il tarixdə iddiaçı heyvanlarını aparmış və ona 44 baş heyvanının olmadığını bildirmiş, o, isə biri 220 manata 9 baş xırda buynuzlu heyvan alıb vermiş, Dilqəm ona 30 baş quzu və 5 baş qoyun borclu olduğunu bildirmişdir. O, Dilqəmə bildirmişdir ki, ona bir qədər vaxt versinki həmin heyvanları qaytarsın. O, 10 noyabr 2022-ci il tarixdə həmin şəxsə məxsus 30 baş quzu və 5 baş qoyun alıb verəcəyini, vermədiyi təqdirdə isə həmin heyvanların pulunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Şamaxı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 26 may 2023-cü il tarixli məktubundan görünür ki, 2022-ci ilin iyun-iyul aylarında orta bazar qiyməti qoyun 120-180 manat arası, keçi 80-120 manat arası, “Beyləqan” cinsli quzu 180-200 manat arasında satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdeh X3 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Belə ki, cavabdeh X1 Rayon Polis Şöbəsində araşdırma zamanı da izahatında iddiaçıya 9 baş qoyun alıb verdiyini, 35 baş isə borclu qaldığını bildirmişdir. Lakin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Şamaxı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 26 may 2023-cü il tarixli məktubundan görünür ki, 2022-ci ilin iyun-iyul aylarında orta bazar qiyməti qoyun 120-180 manat arası, “Beyləqan” cinsli quzu 180-200 manat arasında satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, 5 baş qoyunun qiymətinin 150 manatdan, 30 baş quzunun isə qiymətinin 190 manatdan hesablanması ədalətli olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş maddi ziayana görə 6450 manat məbləğində pul cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X2 vurulmuş maddi ziyana görə 6450 manat pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-416/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-416/2023
03.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver