Məhkəmə qərarları › İş №2(074)-432/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-432/2022

17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-432/2022 17.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 540 manat məbləğində dəymiş ziyanın, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 883,68 manat debitor borcun, 34,63 manat dövlət rüsumunun, ümumilikdə 1458,31 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 12.02.2020-ci il tarixli, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh Əbülfəz oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı Ağsu X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinə tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı Ağsu X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 540 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin işçiləri tərəfindən 540 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Enegetika Nazirliyi Enerji Məsələlərini X1 Filalı tərəfindən Cavabdeh Əbülfəz oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 281.1-ci maddəsi ilə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azəriqaz İB-nin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı 12.02.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, İddiaçı İB-yi Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin müqaviləyə əsasən İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən Cavabdeh **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan İddiaçı 12.02.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.3.1. yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməlidir. İş materiallarında olan təbii X6nın pozulması haqqında 28.04.2020-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı aşkar olunmuşdur ki, sayğacdan kənar qeyri-qanuni xəttlə təbii qazdan istifadə halı vardır. İş materiallarında olan 30.04.2020-ci il tarixli Ağsu X8 İdarəsinin qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14.03.2021-ci il tarixli 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərlərində qazın maksimal saatlıq 2.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabət müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. Qərarın qəbul edilməsi əsası kimi 28.04.2020-ci il tarixli № ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən evində abonent kodu üzrə qalıq və aktlar qrafasında 2021-ci ilin iyun ayı üçün 343,68 manat borcu yaranmışdır. İş materiallarında olan 17.11.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsəllərini Tənzimləmə Agentiliyinin protokolu əsasında Heybətov X3 Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşin araşıdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış 12.02.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur. Lakin, cavabdeh Müqavilənin və “X6”nın tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz" X5 X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 540 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsəllərini Tənzimləmə Agentiliyinin protokolu əsasında Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən Energetika Nazirliyi tərəfindən 17.11.2021-ci il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək Heybətov X3 məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “X6”nın 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Qaydaların 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Qaydaların 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət (və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin təbii qazdan istifadə etməsi və istifadə etdiyi qazın dəyərini ödəməsi iddiaçı ilə bağladığı 12.02.2020-ci il tarixli müqavilədə birbaşa olaraq göstərildiyindən o, istehlak etdiyi qazın dəyərini ödəməlidir. Belə olan halda Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 540 manat məbləğində dəymiş ziyan, təbii qaza görə yaranmış 883,68 manat debitor borc, 34,63 manat dövlət rüsumu, ümumilikdə isə 1458,31 manat pul tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 540 manat məbləğində dəymiş ziyan, təbii qaza görə yaranmış 883,68 manat debitor borc, ümumilikdə isə 1423,68 manat pul və 34,63 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar