Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-440/2024 20.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona çatası 24771 manat pulun və ödədiyi 165 manar dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçık Akif qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 23.414 manat borcun və ödədiyi 165 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehi çoxdan tanıyır, qadın salonu var. Eyni zamanda, qızıl-zinət əşyalarının alveri ilə məşğuldur. Onun da, qızıl mağazasında yaxın tanışı var, ona nisyə mal verir. Ona görə də, Arzu ona təklif etmişdir ki, “gəl işləyək, sən mənə nisyə mal ver satıb, hissə-hissə pulunu verərəm”. Bu şəkildə xeyli müddət işləmişlər. Əvvəllər bir problem olmamışdır. Təxminən keçən ilin yanvar ayından başlayaraq ona 49771 manatlıq 427 qram çəkidə qızıl zinət əşyaları vermişdir. Hər ay 2500 manat ona pul ödəməlidir. Sentyabr ayına kimi ödənişləri etmişdir, ümumi olaraq həmin puldan 25000 manatını qaytarıb, hazırda 24771 manat pul ödəməlidir. Lakin, sentyabr ayından indiyə kimi ona bir manat da olsun pul verməyib. Müxtəlif bəhanələr gətirərək, qalan pulu ödəməkdən boyun qaçırır. Hətta onu şantaj etmişdir ki, əgər pulunu ondan istəsə, özünü öldürəcəkdir. Vəziyyətin belə şəkil aldlğını görüb keçən ilin dekabr ayında polis şöbəsinə müraciət etmişdir. Orada da, ona borcu olduğunu qismən etiraf etdi. Qızılları başqa şəxsə verdiyini, ondan pullarını ala bilmədiyini, özünün isə bu pulu ödəmək imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirmişdir. Polis şöbəsindən ona cavab verildi ki, mübahisələri mülki xarakterlidir, bu səbəbdən məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh1 23.414 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək göstərdi ki, iddiaçıya olan borcundan bir hissəsini qaytarmış, hazırda qalan borcu 23.414 manat təşkil edir. Həmin pul isə Cavabdeh2 adlı tanışındadır. Pulu həmin şəxsdən alan kimi, iddiaçıya olan borcunu qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı və cavabdeh öz aralarında qarşılıqlı razılğa gələrək, qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olmuşlar. Sonradan, Cavabdeh1 aldığı malların pulunu qaytarmamış və hazırda iddiaçıya 23.414 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlə aralarındakı razılığa əsasən, 23414 manat məbləğində qızıl satmış, lakin cavabdeh pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı heç bir hüquqi əsas olmadan cavabdehdə saxlanılan əmlakını tələb etməklə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia etiraf edildiyindən, Cavabdeh1 23.414 manat pul tutularaq, İddiaçı verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, dövlət rüsumunun tutulması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 23.414 manat pul və ödənilmiş 160,24 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-440/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-440/2024
20.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver