Məhkəmə qərarları › İş №2(074)-456/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-456/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-456/2020 30.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, x4 x1 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x4 x1 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 fevral 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 395,69 ABŞ dolları, 22 may 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 395,69 ABŞ dolları və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan x1 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, x5 x6 Azərkredit MMC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 39 ay müddətinə 22 may 2019-cu il tarixə qədər aylıq qalıq borcun 7.21 % dərəcəsini tətbiq etməklə 1164 ABŞ dolları məbləğində kredit verilmişdir. x5 x6 Azərkredit MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri Bank Olmayan x1 MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və x4 x1 MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında 22 fevral 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 və Cavabdeh2 27 fevral 2020-ci il tarixli arayışa əsasən Bank Olmayan x1 MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 395,69 ABŞ dolları, faiz üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 395,69 ABŞ dolları təşkil edir. Odur ki, iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 fevral 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 395,69 ABŞ dolları, 22 may 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 395,69 ABŞ dolları və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan x1 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul edərək və birgə ərizə verərək izahat verib bildirdilər ki, həqiqətən də onların iddiaçıya 395,69 ABŞ dolları borcları vardır. Odur ki, iddiaya mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan hüquqların və tələblərin güzəşti haqqında bildirişdən görünür ki, x5 x6 Azərkredit MMC-nin 04.12.2019-cu il vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ Bank Olmayan x1 MMC-yə keçmişdir. İş materiallarında olan 22.02.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 x5 x6 Azərkredit MMC-dən 39 ay müddətinə 22 may 2019-cu il tarixə qədər aylıq qalıq borcun 7.21 % dərəcəsini tətbiq etməklə 1164 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 22.02.2016-cı il tarixli LD********** zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 22.02.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi x5 x6 Azərkredit MMC qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 27.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22.02.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə Bank Olmayan x1 MMC-yə 395,69 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 0 ABŞ dolları sığorta ödənişi, 0 ABŞ dolları cərimə olmaqla, cəmi 395,69 ABŞ dolları borcu vardır. İş materiallarında olan 10.03.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi bağlayaraq x5 x6 Azərkredit MMC-dən 1164 ABŞ dolları məbləğində kredit götürmüş, daha sonra x5 x6 Azərkredit MMC-nin 04.12.2019-cu il vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ Bank Olmayan x1 MMC-yə keçmişdir. Eyni zamanda Cavabdeh2 x5 x6 Azərkredit MMC ilə zaminlik müqaviləsi bağlayaraq 22.02.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin öhdəliklərinin icrasının təminatı kimi öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından aydın olur ki, Cavabdeh1 22.02.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə 395,69 ABŞ dolları borcu vardır. Eyni zamanda cavabdehlər də məhkəmə iclasında izahat verərək və bu barədə ərizə təqdim edərək iddiaçıya olan borclarını etiraf etmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.02.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə x4 x1 MMC-nin xeyrinə 395,69 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi) əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22.02.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə x4 x1 MMC-nin xeyrinə 395,69 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi) əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar