Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-458/2020 27.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, X4 X3 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 X3 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 663,22 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 663,22 ABŞ dolları və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan X3 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 Təşkilatı X5 MMC-nin Şamaxı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər aylıq qalıq borcun 6,2 % dərəcəsini tətbiq etməklə 1282 ABŞ dolları məbləğində kredit verilmişdir. BOKT X5 MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT Azkredit MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar heç bir fayda verməmişdir və X4 X3 MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli arayışa əsasən BOKT Azkredit MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 663,22 ABŞ dolları, faiz üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 663,22 ABŞ dolları təşkil edir. Odur ki, iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 663,22 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları olmaqla, ümumilikdə 663,22 ABŞ dolları və dövlət rüsümu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan X3 MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh1 izahat verərək 1000 ABŞ dolları kredit götürdüyünü, lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan hüquqların və tələblərin güzəşti haqqında bildirişdən görünür ki, X6 Təşkilatı X5 MMC-nin xx.xx.2019-cu il vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ Bank Olmayan X3 MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli LD/16112/00066 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X6 Təşkilatı X5 MMC-dən 40 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər aylıq qalıq borcun 6,2 % dərəcəsini tətbiq etməklə 1282 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli LD/16112/00066 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli LD/16112/00066 saylı kredit müqaviləsi üzrə X6 Təşkilatı X5 MMC qarşısında öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 X6 Təşkilatı X5 MMC qarşısında zamin olmuş və öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli LD/16112/00066 saylı kredit müqaviləsi üzrə Bank Olmayan X3 MMC-yə 663,22 ABŞ dolları əsas, 0 ABŞ dolları faiz, 0 ABŞ dolları sığorta ödənişi üzrə, 0 ABŞ dolları cərimə olmaqla, cəmi 663,22 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 X6 Təşkilatı X5 MMCdən 40 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər aylıq qalıq borcun 6,2 % dərəcəsini tətbiq etməklə 1282 ABŞ dolları məbləğində kredit götürmüş, Cavabdeh2 isə sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi X6 Təşkilatı X5 MMC qarşısında zamin olmuş və öz üzərinə məsuliyyət götürmüşdür. X6 Təşkilatı X5 MMC-nin xx.xx.2019-cu il vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X4 X3 MMC-yə keçmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 663,22 ABŞ dolları əsas borcu qalmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixli LD/16112/00066 saylı kredit müqaviləsi üzrə X4 X3 MMC-nin xeyrinə 663,22 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsi üzrə X4 X3 MMC-nin xeyrinə 663,22 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutulsun. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-458/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-458/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver