Məhkəmə qərarları › İş №2(074)-467/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-467/2020

30.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-467/2020 30.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tutulmuş aliment məbləğinin dəyişdirilməsi barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “tutulmuş aliment məbləğinin dəyişdirilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon məhkəməsinin 04 may 2018-ci il tarixli 2(074)-664/2018 saylı qətnaməsi ilə qət edilmiş 140 manat alimentin miqdarının dəyişdirilərək Cavabdeh 29 aprel 2006-cı il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi olaraq 2005-ci ildə ailə qurmuş, birgə nikahdan 29 aprel 2006-cı il təvəllüdlü x3 anadan olmuş, iddiaçı cavabdehlə ailə qurduğu ilk vaxtlar normal yaşamış, sonradan aralarında söz-söhbətlər olmuş, bu səbəbdən də Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 14 may 2010-cu il qətnaməsi ilə oğlu Rasimin onun saxlanılması üçün aliment tutulmuş, alimentin artırılması üçün Şamaxı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 07 aprel 2011-ci il tarixli 2(074)-149/2011 saylı qətnaməsi ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 24 may 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 07 mart 2011 -ci il tarixdən başlayaraq hər ay aylıq qazancının hissəsi miqdarında olmaqla hər ay 200 manatın alınıb ona verilməsi qət edilmiş, cavabdeh Kəpəz rayon məhkəməsinə alimentin azaldılmasına dair iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 10 yanvar 2012-ci il tarixli 2(043)-170/2012 saylı qətnaməsi ilə alimentin məbləği azaldılaraq 87 manat olmuş, bundan sonra o, 29 mart 2016-cı ildə alimentin artırılması tələbi ilə Şamaxı rayon Məhkməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 06 iyun 2016-cı il tarixli 2(074)-702/2016 saylı qətnaməsi ilə aliment artırılaraq 117 manat olmuş, uşaq böyüdüyündən və gündəlik tələbatları artdığından, habelə pulun dəyərdən düşməsi səbəbindən təyin edilən aliment uşağın ehtiyaclarını ödəmədiyi üçün 2018-ci ildə yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Şamaxı rayon məhkəməsinin 04 may 2018-ci il tarixli 2(074)-664/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 29 aprel 2006-cı il təvəllüdlü x1 üçün Şamaxı rayon məhkəməsinin 06 iyun 2016cı il tarixli 2(074)-702/2016 saylı qətnaməsi ilə qət edilmiş hər ay 117 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, Cavabdeh 29 mart 2018-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Həmçinin iddiaçı hazırda Cavabdeh AKC İnşaat MMC-də operator ekskavatorçu vəzifəsində işlədiyini və 1102 manat maaş aldığını bildirmişdir. Odur ki, Şamaxı rayon məhkəməsinin 04 may 2018-ci il tarixli 2(074)-664/2018 saylı qətnaməsi ilə qət edilmiş 140 manat alimentin miqdarının dəyişdirilərək Cavabdeh 29 aprel 2006-cı il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, 10.05.2019-cu il tarixdən AKC İnşaat MMC-nin layihəsi olan Ləki stansiyası Qəbələ birxətli dəmiryolunun tikintisində operator vəzifəsində işləmiş, lakin 01.06.2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmışdır. Odur ki, cavabdeh bu səbəbdən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında surəti olan Şamaxı rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli 2(074)-664/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 29 aprel 2006-cı il təvəllüdlü x1 üçün Şamaxı rayon məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(074)-702/2016 saylı qətnaməsi ilə qət edilmiş hər ay 117 manat sabit pul məbləğində alimentin miqdarının artırılması və Cavabdeh 29 mart 2018-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ № 737774 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x3 29.04.2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 131000 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsində pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.06.2011-ci il tarixdə 114 sayla qeyd edilmişdir. İş materiallarında olan AKC İnşaat MMC-nin 10.06.2020-ci il tarixli № 10/06/20 saylı arayışından görünür ki, Cavabdeh 10.05.2019-cu il tarixdən AKC İnşaat MMC-nin layihəsi olan Ləki stansiyası Qəbələ birxətli dəmiryolunun tikintisində operator vəzifəsində işləmiş, lakin 01.06.2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha girdikdən bir müddət sonra ayrılmışlar. Onların birgə nikahından 29.04.2006-cı il təvəllüdlü x3 anadan olmuşdur. Sonuncu dəfə İddiaçı müraciəti əsasında birgə nikadan doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği Şamaxı rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli 2(074)-664/2018 saylı qətnaməsi ilə artırılmış, bu məbləğin 140 manat sabit pul məbləğində olması müəyyən edilməklə Cavabdeh tutulması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh AKC İnşaat MMC-də işlədiyini və 1102 manat maaş aldığını əsas gətirərək, cavabdehdən birgə nikahdan doğulmuş 29.04.2006-cı il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə daxil olmuş AKC İnşaat MMC-nin arayşından məlum olundu ki, Cavabdeh həmin şirkətdə işləmiş, lakin 01.06.2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmışdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığından İddiaçı tərəfindən Cavabdeh yönəldilmiş aliment tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərın həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, verilmiş tələb əsassız olduğundan İddiaçı Cavabdeh qarşı “tutulmuş aliment məbləğinin dəyişdirilməsi barədə” iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tutulmuş aliment məbləğinin dəyişdirilməsi barədə” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar