Məhkəmə qərarları › İş №2(074)-469/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-469/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-469/2023 19.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 1346,03 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 1346,03 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat idarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahat verib bildirdi ki, Cavabdeh Şamaxı rayon məhkəməsinin 1(074)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsrli bilinərək 1 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, iki ədəd siqnal ötürücüsü, bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Monitorinq Mərkəzindən verilmiş məlumatla bağlı xx.xx.2023-cü il tarixdə məhkum şöbəyə dəvət edilmiş və mobil qurğuya baxış keçirilərkən mobil qurğunun ekranının sınıq olduğu müəyyən edilmişdir. Qurğunun sınmasını cavabdeh “küçə itlərinin hücumuna məruz qaldığı zaman cibindən düşməsi” ilə əsaslandırmışdır. Buna görədə Mobil qurğu və komplekt Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Monitorinq İdarəsinə təqdim olunmuşdur. Ədliyyə Nazirliyinin müvafiq rəyinə əsasən və mobil qurğunun zədələnərək yararsız vəziyyətə düşdüyü müəyyən edilmiş və təmirinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən mobil qurğunun dəyəri 1346 manat, 03 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bizə maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, nəzarət qurğusunu bilərəkdən yararsız hala salmamışdır. Küçə itlərinin hücumu zamanı öz mobil telefonuda sınmışdır. Mobil qurğunun dəyərini ödəmək üçün maddi imkanının olmadığını bildirdi. Buna görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 1(074)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən, 05 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Cavabdeh üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası İddiaçınə həvalə edilsin, cəzasının əvvəli Cavabdeh İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarında olan İddiaçı böyük icra məmuru X3, xx.xx.2022-ci il tarixli protokola əsasən Cavabdeh elektron mobil nəzarət qurğusu qolbaq və siqnal ötürücü təhvil verilmiş, ona izah edilmişdir ki, məhkum həmin qurğunu daşımalı, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı zərbə nəticəsində sınaraq yararsız hala düşmüşdür. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli mobil qurğuya baxış keçirilməsi barədə protokoldan görünür ki, məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmiş mobil qurğunsuna baxış keçirilən zaman mobil qurğunun ekranının sınaraq yararsız halda olması müəyyən edilmişdir. Bu barədə dərhal Elektron Monitorinq mərkəzinə məlumat verilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin arayışından görünür ki, mobil nəzarət qurğusu, xüsusi proqram təminatı ilə birlikdə qiyməti 1346,03 manat təşkil edir. Beləliklə işin araşdırılmış hallarından müəyyən olundu ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 1(074)-70/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 05 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Cavabdeh üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası İddiaçınə həvalə edilsin, cəzasının əvvəli Cavabdeh İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İddiaçındə qeydiyyata götürülərək bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, iki ədəd siqnal ötürücüsü, bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh verilmiş mobil qurğuya baxış keçirilərkən mobil qurğunun ekranının sınıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 1346,03 manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat idarəsinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1346,03 manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə Təminat idarəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar