Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-471/2023 25.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəçməsinin 10 noyabr 2020-ci il tarixli 2(074)-475/2020 nömrəli qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılaraq birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 avqust 2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Münasibətləri uyğun gəlmədiyindən aralarında bağlanmış nikah qeydi pozulmuşdur. Belə ki, Şamaxı rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(074)-475/2020 nömrəli qətnaməsi ilə, aralarındakı xx.xx.2009-cu ildə Şamaxı rayon İHB-nin Məlhəm kənd nümayəndəliyində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 10 nömrə ilə qeyd alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 onun yanında qalması, ilkin iddia üzrə Cavabdeh 04 may 2020-ci il tarixdə başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi sxalanması üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 ilkin iddia üzrə Cavabdeh alınaraq onun himayəsinə verilməsi və xx.xx.2009-cu il təvəllüdlü X2 onun himayəsinə verildiyi vaxtdan başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh hər ay 85 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(105)-1129/2021 nömrəli qətnaməsi ilə 24 sentyabr 2009-cu il təvəllüdlü X5 atası Cavabdeh yanında saxlanılmış, ondan Cavabdeh xeyrinə 24 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 85 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, uşaqlarını çox sevir, onları özü saxlamaq istəyir. Cavabdeh məhkəmə qətnaməsi üzrə hər ay iki uşağın saxlanması üçün 85 manat, cəmi 170 manat aliment ödəməlidir. Bu məbləğ uşaqların saxlanması üçün çox azdır. Hazırda alimentin məbləği Dövlət tərəfindən artırılmışdır. Uşaqlar böyüdükcə onların gündəlik tələbatları da artır. Ona görə də uşaqların saxlanılması üçün ona təyin edilmiş alimentin miqdarının artırılmasını istəyir Buna görə mediasiya şurasına müraciət etdi, lakin cavabdeh Mediasiya prosesinə gəlməkdən imtina etdi. Elşən başa düşməlidir ki, uşaqların saxalanılmasında maddi köməkliik etməlidir. Bu onun bir valideyn kimi qaçılmaz vəzifəsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və cavabdehin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək Nəsimi rayon Məhkəməsində və Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı vəkil iştirakı zəruri olduğundan mülki iş üzrə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdehin vəkili həmin halları təsdiq edən heç bir sübutu ərizəsinə əlavə etmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(074)- 475/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə Cavabdeh arasında xx.xx.2009-cu ildə Şamaxı rayon İHB-nin Məlhəm kənd nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 10 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 ilkin iddia üzrə iddiaçının (anasının) İddiaçı yanında qalması, ilkin iddia üzrə Cavabdeh 04 may 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin alınıb ilkin iddia üzrə İddiaçı verilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 ilkin iddia üzrə caavbdeh Cavabdeh alınaraq ilkin iddia üzrə İddiaçı himayəsinə verilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 ilkin iddia üzrə iddiaçının himayəsinə verildiyi vaxtdan başlayaraq yetkinlik yaşına çatana kimi saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh hər ay 85 manat sabit pul məbləğində alimentin alınaraq ilikn iddia üzrə İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 1129/2021-ci il saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən ilkin və qarşılıqlı idda tələbinə aid hissədə qismən ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 ilkin İddiaçı yanında qalması barədə ilikn iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 qarşılıqlı iddiaçı X2 yanında saxlanılması, ilkin İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 85 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ № 885476 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki , X3 xx.xx.2017-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 978743 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki , X6 xx.xx.2012-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ № 418043 saylı nikahın pozulması haqqında şəhadətnəmənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay 85 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşaqlarını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(074)-475/2020 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-471/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-471/2023
25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver