Məhkəmə qərarları › İş №2(074)-472/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-472/2020

29.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-472/2020 29.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçının nümayəndəsi x1 iştirakı ilə, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 396 (üç yüz doxsan altı) manat məbləğin Şirvan Milli Parkında qanunsuz olaraq xırda buynuzlu mal-qara otarmış Hacıqabul rayonu Rəncbər kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh alınaraq “Kapital Bank” x6 Salyan filialı: kodu 200435: VÖEN **********: müxbir hesab AZ37NABZ********************: SWİFT.BİK AİİBAZ2X: yerli xəzinədarlıq orqanı hesab AZ12AHB********************: VÖEN **********: Büdcə təsnifatının kodu 142582, Büdcə səviyyəsinin kodu 3, Şirvan Milli Parkının xüsusi fonduna ödənilməsini təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi x2 iddia tələbini müdafiə edərək izahat verib bildirdi ki, 2020-ci il 24 fevral tarixində Şirvan Milli Parkının əməkdaşları tərəfindən Parkın mühafizə rejimini yoxlamaq məqsədilə reyd keçirilərkən xx xxxx 1989-cu il tarixində Hacıqabul rayonu Rəncbər kəndində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh şəxsi təsərrüfatına aid 110 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. Vətəndaş Cavabdeh barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib olunmuş, Şirvan Milli Parkına 396 manat ziyan vurduğu vətəndaş N. Abdullayevə bildirilmiş, dəymiş ziyanı könüllü olaraq ödəməsi təklif edilmişdir. Bu barədə vətəndaşa müvafiq məktubgöndərilmişdir. Hal- hazıradək Cavabdeh Şirvan Milli Parkına dəymiş ziyanı könüllü ödəməmişdir. Odur ki, 396 (üç yüz doxsan altı) manat məbləğin Şirvan Milli Parkında qanunsuz olaraq xırda buynuzlu mal-qara otarmış Hacıqabul rayonu Rəncbər kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh alınaraq “Kapital Bank” x6 Salyan filialı: kodu 200435: VÖEN **********: müxbir hesab AZ37NABZ********************: SWİFT.BİK AİİBAZ2X: yerli xəzinədarlıq orqanı hesab AZ12AHB********************: VÖEN **********: Büdcə təsnifatının kodu 142582, Büdcə səviyyəsinin kodu 3, Şirvan Milli Parkının xüsusi fonduna ödənilməsini təmin edilməsi xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanlanmış bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə məhkəmənin ünvanına geri qayıtmış və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarında 24 fevral 2020-ci il tarixli 47666 saylı aktdan görünür ki, Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 110 baş xırda buynuzlu malqaranı otarmaq məqsədilə əraziyə salmışdır. Bununlada o, xüsusi mühafizə olunan təbiət ərazisindən istifadə qaydalarını pozmuşdur. İş materiallarında olan 24 fevral 2020-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında MN № ******* seriyalı protokoldan görünür ki, Cavabdeh 24 fevral 2020-ci il tarixdə şəxsi təssərüfatına aid 110 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Şirvan Milli Parkının ərazisinə salmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 06 mart 2020-cu il tarixli ******* saylı qərardan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xəyata görə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azzərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 saylı Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəyə əsasən aparılmış hesabat cədvəlindən görünür ki, 110 baş qoyun, hər 10 baş üçün 36 manat, 110 baş x 3,6 manat = 396 manat təbiətə maddi ziyan dəymişdir. İş materilları ilə müəyyən olundu ki, 24 fevral 2020-ci il tarixdə Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 110 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə əraziyə salmışdır.Cavabdehin barəsində qanunamüvafiq olaraq akt və protokol tərtib edilmiş və o, təbiətə 396 manat ziyan vurduğu barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işin faktiki hallarına və qeyd olunan qanunvericilik normalarına istinadən qeyd edir ki, Cavabdeh iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı qarşısında zərər vurmadan irəli gələn öhdəliyi vardır. Cavabdeh Şirvan Milli Parkının 3 saylı sahəsinin ərazisində qanunsuz olaraq 110 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə əraziyə salıb otarmaqla, Azərbaycan Respublikası İXM-nin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətməkdə təqsirli olması onun İXM-nin həmin maddəsi ilə 400 manat cərimə edilməsi iş materiallarında olan inzibati xəta haqqında qərarla təsdiq olunur. Cavabdeh təbiətə vurduğu ziyan 396 manat hesablanmışdır. Az.Respublikası “Yaşılllıqların Mühafizəsi haqqında” Qanunun 19 - cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqlar m mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. “Ətraf mühitinin mühafizəsi haqqında” Qanunun 79 - cu maddəsinin 1 — cı bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqmda qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 396 manat pul alınıb Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 396 manat tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının (“Kapital Bank” x6 Salyan filialı, kodu 200435; VÖEN **********, müxbir hesab ÄZ37NABZ********************; SWİFT.BİK AİİBAZ2X; yerli xəzinədarlıq orqanı hesab AZ12AİİB********************; VÖEN **********: Şirvan Milli Parkının xüsusi fonduna) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar