Məhkəmə qərarları › İş №2(074)-474/2020

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-474/2020

06.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-474/2020 06.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Müslüm oğluna qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Müslüm oğluna qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Tərəflərin gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Buna görə də, məhkəmə onların məhkəmə baxışı iclasına gəlməmələrini üzürlü kimi qiymətləndirməmişdir. Odur ki, məhkəmə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Müslüm oğluna qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar