Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-474/2025 24.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh Şahdağ Milli X5 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Şahdağ Milli X3rşı “darvazanın cavabdehin hesabına sökülməsi və yolun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Şahdağ Milli X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən ona məxsus 0,30 hektar torpaq sahəsinə gedən yeganə yoldan armaturdan quraşdırılmış darvazanın cavabdehin hesabına sökülərək yolun tam bərpa edilməsi və ödədiyi 100 manat rüsumun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonunun keçmiş Keçmədin (indiki Qaleybuğurd) bələdiyyəsinin qərarı ilə sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə 0,30 hektar torpaq sahəsi alıb. Həmin torpaq sahəsində bir müddət turizm (piknik) fəaliyyəti ilə məşğul olub. Bu fəaliyyət nəticəsində dövlət büdcəsinə vergi ödəyib. Şahdağ Milli X5 əməkdaşları tərəfindən torpaq sahəsinə gedən yeganə yol bağlanmış və fəaliyyətinin qarşısı alınmışdır. Belə ki, yolun başlanğıcında metal tordan qapı quraşdırılaraq, həmin qapıya kilid vurulmuş və gediş-gəliş yolu bağlanmışdır. Sahibkarlıq məqsədi ilə istifadə etdiyi həmin sahənin ətrafı dağlıq ərazi, sıx meşəlik və dağ çayının yatağından ibarətdir. Sahəyə başqa heç bir yerdən yol yoxdur. Keçmişdən üzü bəri həmin yoldan istifadə olunmuşdur. O, Şahdağ Milli X5 əməkdaşlarının bu qanunsuz əməli nəticəsində maddi gəlirdən məhrum olub və vergi də ödəyə bilmir. Hesab edir ki, yolun açılması məqsədilə Şahdağ Milli Parkının Şamaxı bölməsini onunla servitut müqaviləsinə məcbur edilməli, ona mülkiyyətində və istifadəsində olan sahələrə gediş-gəliş yolu verilməlidir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, öz ərazisindən istifadə edə bilmir. Gediş-gəliş yolu açılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Şahdağ Milli X5 nümayəndəsi X4 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsi dövlət mülkiyyətində olan meşə fondu torpağı ilə üstüstə düşür. Lakin iddiaçıya məxsus olan torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməyiblər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 259025 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şamaxı rayonu, Qaladərəsi kəndi ərazisində yerləşən 3000.73 m² torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə Şamaxı Rayon Keçməddin Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Ərazi İdarəsinın mütəxəssisləri tərəfindən, Şamaxı rayonu Qaleybuğura Bələdiyyəsinin, Şamaxı rayonu Qaladarası kənd sakini İddiaçı birgə iştirakı ilə Şandağ Milli Parkının nümayəndələrinin naturada göstərdiyi ərazidə çöl-ölçü işləri aparılaraq GPS aləti vasitəsi ilə koordinatlar göturülmüşdür. Aparılmış ölçü işləri elektron baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidən götürülmuş koordinatlar dövlət meşə fondu torpaqlarınını daxilində yerləşir. Koordinatları götürulmuş ərazinin 0.13 ha hissəsi vətəndaş İddiaçı Şamaxı rayonu keçmış Keçmədin bələdiyyəsinin 08 aprel 2007-ci il tarixli, 04 saylı Qərarı əsasında A № 259025 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 3000.73 kv.m torpaq sahəsi ilə üstüstə düşür. Eyni zamanda bildirir ki, həmin plan ölçü sənədində göstərilən torpaq sahəsi islahat xəritəsinə əsasən dövlət meşə fondu torpaqlarına düşür. A № 259025 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron baza məlumatlarında öz əksini tapmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 10/3343 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3- 21-3-41/2-1834/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv metr torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.metr torpaq sahəsinə gedən yol naturada mövcud olmaqla Şahdağ Milli X5 ərazisindən keçir. Sözügedən yol piyada və avtomobil yolu kimi istifadə olunur. Hazırda həmin yola dəmir barmaqlıqlar qoyularaq qıfılla bağlanmışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron baza məlumatlarında və naturada faktiki olaraq İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.metr torpaq sahəsinə getmək üçün (piyada və ya avtomobillə) başqa yolun mövcudluğu aşkar olunmayıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2008-ci il tarixli 19 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”sinin: 1.2-ci bəndinə əsasən Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi, təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və başqa məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir. 1.13-cü bəndinə əsasən Milli Park müstəqil balansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən, dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Parkın adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir. 7.1-ci bəndinə əsasən Milli Parkın strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi hüquqi şəxs məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin qrumları isə hüquqi şəxs deyillər və məhkəmədə cavabdeh qismində iştirak edə bilməzlər. “Azərbaycan Respublikasının Şahdağ Milli Parkı haqqında Əsasnamə”dən görünür ki, o. müstəqil hüquqi şəxs deyil, idarə statusuna malikdir. İddiaçı iddia ərizəsində cavabdeh qismində Şahdağ Milli Parkının Şamaxı Bölməsini göstərmiş, lakin məhkəmə iclasında ona cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya digər cavabdehin cəlb edilməsi təklif edilsə də, o, buna razı olmamış və ərizəsinə verdiyi tələblər üzrə baxılmasını istəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şahdağ Milli X3rşı “darvazanın cavabdehin hesabına sökülməsi və yolun bərpa edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 100 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Şahdağ Milli X3rşı “darvazanın cavabdehin hesabına sökülməsi və yolun bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İddiaçı 100 manat məbləğində ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-474/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-474/2025
24.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver