Məhkəmə qərarları › İş №2(074)-48/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-48/2025

14.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-48/2025 14.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evinə gedən yoldan maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, onun Şamaxı Rayonu Çuxuryurd kəndindəki evinə gedən yolu qazdıraraq zəbt etmiş Cavabdeh həmin yol ərazisindən çıxarılmasını və bu yolun cavabdeh tərəfindən düzəldilərək həmin yoldan maneəsiz istifadə hüququnun təmin olunması, ödədiyi 100 (yüz) manat dövlət rüsumunun da cavabdehdan alınaraq ona qaytarılmasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Çuxuryurd kəndi ərazisində ailəlikcə özünə məxsus fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evinə gedən yolun fotoşəkillərini bu ərizəsinə əlavə edib. Həmin fotoşəkillərdən aşkar görünür ki, evinə gedən yol iki hissədən qazılaraq kəsilmişdir. Onun evinə gedən yolun kənarında Bakı şəhərində qeydiyyatda olan Cavabdeh məxsus kənd təsərrüfatı məqsədi ilə istifadə edilmək üçün 0.12 ha torpaq sahəsi vardır. Reyestr nömrəsi **********07 olan xx.xx.2008ci ildə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0.12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla Cavabdeh xüsusi mülkiyyətindədir. Bu sənəddə həmin torpaq sahəsinin əsas göstəriciləri və döngə nöqtələrinin koordinatları və Daşınmaz Əmlakın kadastr xəritəsindən Çıxarış göstərilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şamaxı Rayon Çuxuryurd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə 600.02 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ona verilmişdir. Bu ilin aprel ayının ortalarında Cavabdeh, oğlu X2 öyrədərək onun evinə gedən yolu traktorla qazdırıb yolu kəsdirmişdir. Bu səbəbdən evinə avtonəqliyyat gedib-gələ bilmir. Nisbətən ağır çəkili kənd təsərrüfatı məhsullarını və ailə-məişət əşyalarını evinə apara bilmir. Onun evinə başqa yerdən yol yoxdur. Evinə gedən yolun sol tərəfi digər şəxslərə məxsus tikililər, sağ tərəfi isə başqalarına məxsus əkin sahələridir. O, törətdiyi belə qanunsuz əməllərə görə Cavabdeh və onun övladı X3 xəbərdar edib ki, onun evinə gedən yolu açsınlar. Lakin onlar təklifini qəbul etməyib bildiriblər ki, həmin yola aid torpaq sahəsi guya onlara məxsusdur. Ona görə də Şamaxı Rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə, Şamaxı Rayon Polis Şöbəsinə və Şamaxı Rayon Çuxuryurd Bələdiyyəsinə rəsmi ərizələrlə şikayət edib bu poroblemin həll edilməsini və evinə gedən yolun açılmasını onlardan xahiş edib. Lakin bu Dövlət orqanlarının heç biri üzərinə düşən vəzifəsini yerinə yetirməmişdir. Halbuki, adları çəkilən orqanlar torpağı hamin vətəndaşa verən Dövlət orqanlarıdır, vətəndaşın təhlükəsizliyini təmin edən Dövlət orqanıdır. Şamaxı Rayonu ərazisində bütün işlərə məsul və cavabdeh orqandır. Odur ki, bu Dövlət orqanlarının hər birisi bu məsələdə cavabdehlik daşıyırlar. Müraciətlərinə əsasən cavabdeh Dövlət orqanlarının hamısı bu məsələni həll etməkdən imtina etdilər və sonda məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Xidməti” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən ona göndərilmiş 14 may 2024-cü il tarixli, **********68 saylı cavabda yazılmışdır ki, o, aidiyyəti üzrə müraciət etməlidir. Hansı aidiyyəti üzrə bilinmir. Şamaxı Rayon İcra Hakimiyyətindən ona göndərilmiş 14 may 2024-cü il tarixli, 5-75-6/2-M-40-148/2024 saylı cavabda yazılmışdır ki, onun müraciəti aidiyyəti üzrə baxılması üçün Şamaxı rayon Polis Şöbəsinə göndərilmişdir. Şamaxı Rayon Polis Şöbəsindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli cavabda yazılmışdır ki, qazıntı işi aparmış şəxs hər hansı bir qanun pozuntusu törətməyib və o, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməlidir. Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi tərəfindən ona göndərilmiş 21 may 2024-cü il tarixli, 29 saylı cavabda yazılmışdır ki, şikayəti ilə əlaqədar sözügedən əraziyə baxış keçirib faktın doğru olduğunu aşkar etmişlər və bundan ötəri “Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Xidməti” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə və yaxud məhkəməyə müraciət etməlidir. Beləliklə, aşkar görünür ki, şikayət etdiyi cavabdeh Dövlət orqanlarının hamısı üzərlərinə düşən adi bir işi yerinə yetirməmişlər. Halbuki, bu Dövlət orqanları evinə gedən yolunu qazıb zəbt etməklə kəsmiş digər Cavabdeh verdikləri 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarını və sərhədlərini bildiklərindən ona öz yerini göstərə bilərdilər. Lakin bunu etmədilər. Beləliklə, onun normal yaşayış təminatı pozulmuşdur. Onun həmin Şamaxı Rayonu Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Yolu kəsildiyinə görə o, oradan istifadə edə bilmir. O, hərbi xidməti ilə alaqədar müddətsiz olaraq 2-ci qrup əlildir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin ərazidə artıq 10 ildir ki, ev tikilib yaşayır. Cavabdehin qazdırdığı sahə yoldur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyini və bunun ekspert rəyi ilə də təsdiq olunduğunu bildirirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A № 115371 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 600,02 m² torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Şamaxı Rayon Çuxuryurd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən reyestr nömrəsi ********** olan 0,120047 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Rayon Ərazi İdarəsinin AA 004053 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən reyestr nömrəsi ********** olan torpaq sahəsinin hüquqi sahibi Cavabdehdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 yanvar 2025-ci il tarixli, 10/27 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-41/2-3095/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh nümayəndəsinin naturada göstərdiyi 0.12 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********7 olan çıxarışla Cavabdeh mülkiyyətində olan Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.120047 ha torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiyası uyğunsuzluğu vardır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı tərəfindən iddia olunan və naturada mövcud olan yol cavabdehin naturada göstərdiyi və reyestr nömrəsi **********7 olan çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0.120047 ha torpaq sahəsindən keçir. DWJ məlumatlarında (torpaq islahatının nəticələrini əks etdirən xəritə) mübahisəli ərazidə yol nəzərdə tutulmamışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdehin nümayəndəsi iddia edərək bildirdi ki, İddiaçı istifadəsində olan Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 600,02 kv.m torpaq sahəsinə başqa tərəfdən gediş-gəliş yolu mövcuddur. Həmin yolun koordinatları naturada müəyyən olunduqdan sonra elektron məlumat bazasına əsasən araşdırılarkən məlum oldu ki, cavabdehin nümayəndəsinin naturada göstərdiyi yol başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrindən keçir. Məlumat üçün bildirirlər ki, iddiaçı tərəfindən naturada iddia olunan yolun bir tərəfindən elektrik və internet xətti, digər tərəfindən yeraltı kabel və qaz xətti keçir. Həmin elektrik, internet xətti və yeraltı kabel xəttinin keçdiyi torpaq sahəsi reyestr nömrəsi **********7 olan çıxarışla Cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,120047 ha torpaq sahəsindən keçir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut edilmədiyindən İddiaçı Cavabdeh qarşı “evinə gedən yoldan maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 100 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evinə gedən yoldan maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 100 manat məbləğində ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar