Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-482/2021 24.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və girov qoyulmuş zinət əşyalarına yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 İddiaçı ASC-yə olan 3970,92 manat əsas, 750,71 manat faiz, 1109,42 manat cərimə borcu olmaqla, cəmi 5831,05 manat borcun, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, tutmanın bankın Bakı filialı ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan 2 adda ümumi çəkisi 38,50 qr olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldərək, açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, girov qoyulmuş məbləğ borc məbləğinin ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi “iddia tələbinin həcminin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 İddiaçı ASC-yə olan 2599,34 manat əsas, 557,83 manat faiz, 1300 manat cərimə borcu olmaqla, cəmi 4457,17 manat borcun, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi, tutmanın bankın Bakı filialı ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan 2 adda ümumi çəkisi 38,50 qr olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldərək, açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankın Binəqədi filialı ilə Cavabdeh3 arasında 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus olan 2 adda ümumi çəkisi 38.50 qr olan 750 əyarlı qızıl-zinət əşyaları girov qoyulmuşdur. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankın Binəqədi filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında 07.11.2019-cu il tarixli Özəl (1) 1150/f-19-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.6-ci bəndinə görə “borcalan” kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 50% olmaqla cərimə faizi ödəyir. O, müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşdur. Belə ki, kredit müqaviləsinə əsasən cavabdeh 17 fevral 2021-ci il tarixinə Cavabdeh3 əsas borcu 3970,92 manat, faiz borcu 750,71 manat, cərimə faiz borcu 1109,42 manat olmaqla, cəmi 5831,05 manat təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə görə “Borcalanm əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətlə dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bank borcun dərhal qaytarılmasını tələb edə bilər”. Müqavilənin 3.1.4-cü bəndinə görə “Borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda Bank cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunun ödənilməsi üçün tələblərini Borcalanm razılığı olmadan bankdakı hesabından birdəfəyə və ya hissə-hissə silə bilər”. Müqavilənin 3.1.5-ci bəndinə görə “Bank müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və Borcalanm digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb edə bilər”. Müqavilənin 3.1.6-ci bəndinə görə “Bank kredit müqaviləsinə uyğun müəyyən edilmiş miqdarda hesablanmış lakin ödənilməmiş faizlərin miqdarında borcalanm borcunu artıra bilər”. Müqavilənin 3.1.7-ci bəndinə görə “Borcalan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcbur qaydada alınmasına yönəlmiş məhkəmə Qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək hüququ vardır”. Müqavilənin 5.1-ci bəndinə görə “bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizləri borcun kreditora ödənildiyi günə qədər hesablaya bilər. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan (eləcədə zamindən) tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka və ya girov predmet(lər)inə və ya onun digər daşmar və daşınmaz əmlaklarına (həmçinin bankdakı hesab(lar)ında olan pul vəsaitinə) yönəldir”. Müqavilənin 5.2-ci bəndinə əsasən “Borcalan Bank qarşısında olan öhdəliyinin icrası üçün öz daşmar və daşınmaz əmlakları (həmçinin bankdakı hesab(lar)ında olan pul vəsaitinə) ilə tam məsuliyyət daşıyır”. Müqavilənin 5.3-cü bəndinə görə “Borcalan üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, bu halda Bank Borcalanm cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu onun razılığı olmadan (həmçinin məhkəməyə müraciət edilmədən) bankdakı hesabından birdəfəyə və ya hissə-hisə silə bilər” Tərəflər arasında bağlanmış girov müqaviləsinin 4.2ci bəndinə görə “əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, borc alanın və ya ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyətinin pisləşməsi və kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallar Girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir”. Müqavilənin 5.1-ci bəndinə görə “Kredit müqaviləsi üzrə Girov saxlayanın bütün tələbi kredit və faiz borcları, cərimə faizləri, dəbbə pulu həmçinin girov predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar yarana biləcək xərclər və məhkəmə qətnaməsi icra olunub tam başa çatana qədər hesablanan faizlər bu müqavilə üzrə girov predmeti olan əmlaklar hesabına ödənilir”. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək və ona uyğun izahat izahat verib bildirdi ki, cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazırki vaxtadək öhdəliklərini tam şəkildə icra etməmişlər. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlərin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-dən illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 07.11.2019-cu il tarixli Özəl (1) 1150/f-19-10 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarında olan 07.11.2019-cu il tarixli Özəl (1) 1150/f-19-10 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh3 özünə məxsus 1 ədəd 25,20 qramlıq, 750 əyarlı 1386,45 manat məblğində boyunbağını və 1 ədəd 13,30 qramlıq, 750 əyarlı, 778,05 manat dəyərində qolbağı İddiaçı ASC ilə arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoymuşdur. İş materiallarında olan 07.11.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh3 İddiaçı ASC-dən 5000 manat məbləğində pulu qəbul etmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli № 743 saylı pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsi ürə mövcud olan borcun qısa müddət ərzində banka ödənilməsi barədə xəbərdarlıq edilmiş, borcun ödənilmədiyi təqdirdə bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli № 305 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh3 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 21.05.2021-ci il tarixə 2599,34 manat əsas, 557,83 manat faiz, 1300 manat cərimə borcu olmaqla, cəmi 4457,17 manat borcu vardır. İş materiallarında olan 10.02.2021-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh3 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini Cavabdeh3 vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, müqavilə üzrə müəyyənləşdirilmiş ödənişlərin ödənilməsini ardıcıl olaraq gecikdirmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməyən hissəsini və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1300 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin tələbin girov qoyulmuş əşyaya yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsinə xitam verilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2599,34 manat əsas, 557,83 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 3207,17 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh3 İddiaçı ASC-yə girov qoyduğu 2 adda ümumi çəkisi 38,50 qr olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldərək, həmin əmlaklar hərracda satılmalı və satılmasından əldə edilən məbləğ hesabına cəmi 3207,17 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07.11.2019-cu il tarixli BK № Özəl (1) 1150/f-19-10 saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2599,34 manat əsas, 557,83 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 3207,17 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh3 İddiaçı ASC-yə girov qoyduğu 2 adda ümumi çəkisi 38,50 qr olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldərək, həmin əmlaklar hərracda satılsın və satılmasından əldə edilən məbləğ hesabına cəmi 3207,17 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-482/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-482/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver