Məhkəmə qərarları › İş №2(074)-50/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-50/2023

30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-50/2023 30.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əsasən, X3 qohumu İddiaçı1 əmlakını ələ keçirmək məqsədi ilə, həmin cinayətin Cavabdeh1 və X6 tərəfindən törədilməsini təşkil etmiş, sonunculara zərərçəkmiş şəxsin evdə olmaması, müvafiq koordinatlar, hərəkət trayektoriyası və əmlakın olduğu yer barədə məlumatlar və göstərişlər verib, cinayətin törədilməsinə rəhbərlik etdikdən sonra, Cavabdeh1 və Samir Əhmədov qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, Cavabdeh1 idarə etdiyi “VAZ 2107” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 04 yanvar 2020-ci il tarixdə, saat 20 radələrində İddiaçı1 məxsus ünvan 1 ünvanının yaxınlığına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi, Cavabdeh1 avtomobildən yerə düşərək, İddiaçı1 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə evdən bir az kənarda pusquda dayanmış, Samir Əhmədov isə İddiaçı1 məxsus evin arxa tərəfindən daş hasarını aşaraq, həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək, qonaq otağında olan pəncərəyə zor tətbiq etməklə, pəncərəni açmış və evə daxil olaraq, yataq otağında olan dolabdan İddiaçı2 məxsus 5385 manat dəyərində, 750 əyarlı, 26,70 qram çəkidə brilyant qaşlı komplekti, bir ədəd 200 manat dəyərində, 2,3 qram çəkidə, 585 əyarlı qızıl üzüyü, bundan başqa İddiaçı1 məxsus 12000 manat nağd pulu və bir ədəd 1000 manat dəyərində, 750 əyarlı yeddi brilyant qaşlı qızıl üzüyü oğurlayaraq, nəticədə İddiaçı1 13000 manat, İddiaçı2 isə 5585 manat maddi ziyan vurmaqla, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Həmin ittiham aktına əsasən, Cavabdeh1 X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tanışı X1 zərərçəkmiş şəxsin evdə olmaması, müvafiq koordinatlar, hərəkət trayektoriyası və əmlakın olduğu yer barədə məlumatlar alaraq, idarə etdiyi “VAZ 2107” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 04 yanvar 2020-ci il tarixdə, saat 20 radələrində İddiaçı1 məxsus ünvan 2 ünvanının yaxınlığına gəlmiş, əvvəlcədən planlaşdırdıqları kimi o, avtomobildən yerə düşərək, İddiaçı1 məxsus mənzilə kiminsə yaxınlaşacağı təqdirdə xəbər vermək məqsədi ilə, evdən bir az kənarda pusquda dayanmış, Samir Əhmədov isə İddiaçı1 məxsus evin arxa tərəfindən daş hasarını aşaraq həyətə daxil olmuş və evin arxa tərəfinə keçərək, qonaq otağında olan pəncərəyə zor tətbiq etməklə, pəncərəni açmış və evə daxil olaraq, yataq otağında olan dolabdan İddiaçı2 məxsus 5385 manat dəyərində, 750 əyarlı, 26,70 qram çəkidə brilyant qaşlı komplekti, bir ədəd 200 manat dəyərində, 2,3 qram çəkidə, 585 əyarlı qızıl üzüyü, bundan başqa İddiaçı1 məxsus 12000 manat nağd pulu və bir ədəd 1000 manat dəyərində 750 əyarlı yeddi brilyant qaşlı qızıl üzüyü oğurlayaraq, nəticədə İddiaçı1 13000 manat, İddiaçı2 isə 5585 manat maddi ziyan vurmaqla, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Həmin ittiham aktına əsasən, iş üzrə təqsirləndirilən X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən hüquqi varisi kimi tanınmış Cavabdeh2 müraciəti əsasında xx.xx.2021ci il tarixdə X6 barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 1(074)-91/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 32.3, 177.2.3, 32.3, 177.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, Cavabdeh1 isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, məhkum edilmişdirlər. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. İddia ərizəsinin dəlilləri: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 6.195 manat, Cavabdeh2 6.195 manat olmaqla, cəmi 12.390 manat pul vəsaiti müştərək qaydada tutularaq, iddiaçılar İddiaçı1 9902,5 manat və İddiaçı2 2487,5 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respubliukası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslər X3, Cavabdeh1 və X6 (ibtidai istintaq müddətində öldüyünə görə, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir) İddiaçı2 məxsus 5385 manat dəyərində 750 əyarlı, 26,70 qram çəkidə brilyant qaşlı komplekti, bir ədəd 200 manat dəyərində 2,3 qram çəkidə, 585 əyarlı qızıl üzüyü, bundan başqa İddiaçı1 məxsus 12.000 manat nağd pulu və bir ədəd 1.000 manat dəyərində, 750 əyarlı, yeddi brilyant qaşlı qızıl üzüyü oğurlayaraq, nəticədə İddiaçı1 13.000 manat, X7 isə 5.585 manat maddi ziyan vurmaqla, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdırlar. X3, Cavabdeh1 və X6 tərəfindən İddiaçı1 13.000 manat, X7 isə 5.585 manat maddi ziyan vurulması, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində tanınma qərarı ilə və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ittiham aktı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)-91/2021 saylı hökmü ilə və həmin hökmü qüvvədə saxlayan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(105)-112/2022 saylı qərarı ilə bir daha öz təsdiqini tapmışdır. İş üzrə təqsirləndirilən şəxs X4 xx.xx.2020-ci il tarixdə vəfat etməsi səbəbindən, hüquqi varisi kimi tanınmış Cavabdeh2 müraciəti əsasında, xx.xx.2021-ci il tarixdə X4 barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Ölmüş təqsirləndirilən şəxs X4 hüquqi varisi qismində Cavabdeh2 tanındığına görə, həmçinin, Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin xx.xx.2021-ci il tarixli, 323 saylı arayışına əsasən, mərhum həyat yoldaşı X5 məxsus olan və ünvan 3 ünvanında olan fərdi yaşayış evində ailə üzvləri ilə yaşaması və bununla miras əmlaka faktiki sahibliyi həyata keçirməsi Cavabdeh2 Cavabdeh1 ilə birlikdə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi üçün əsasdır. Eyni zamanda, cinayət işinə baxılarkən, iddiaçılar məhkum edilmiş şəxs X3 ilə barışdığına görə, ümumi ziyan olan 18.585 manat puldan, 6195 manat pul Ağakərim Mahmudova münasibətdə çıxılmalı, yerdə qalan 12.390 manat ümumi puldan 6.195 manat pul Cavabdeh1, 6.195 manat pul isə ölmüş təqsirləndirilən şəxs X4 hüquqi varisi Cavabdeh2 tutularaq, zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkum edilmiş Ağakərim Mahmudov tərəfindən cinayət işinin məhkəmə baxışında iddiaçılara vurulan zərər ödənildiyi üçün, cavabdeh qismində cəlb edilməsi mümkün deyildir. Belə ki, Ağakərim Mahmudov tərəfindən ödənilən 6195 manat məbləğində pul vəsaiti iddiaçılar arasında bərabər surətdə bölünmüşdür. Məhkəmə iclasında verilən izahatlar: İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 ona aid hissədə iddia tələbini qəbul etməyərək göstərdi ki, 04 yanvar 2020-ci il tarixdə Vəli adlı şəxsin evindən oğurluqla bağlı o, yalnız özünə məxsus “VAZ 2107” markalı avtomobillə tanışı Samir Əhmədovu hadisə baş verən evin qarşısına aparmış, Samir həmin evə daxil olmuş, o isə evində qarşısında dayanıb, kimsə gəldiyi təqdirdə Samirə xəbər verməli idi. Samir evdən çıxdıqdan sonra, onlar həmin yerdən uzaqlaşmışdırlar. Həmin oğurluqdan ona cəmi 200 manat pul çatmışdır. Odur ki, hazırda ondan dəymiş ziyanın əvəzi olaraq 6.195 manat pulun tələb edilməsini əsassız hesab edərək, ona aid hissədə iddianın rədd olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, o, tanışları Samir Əhmədov və Cavabdeh1la birlikdə qohumu İddiaçı1 evindən oğurluğu təşkil etdiyinə görə, təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işinə baxılarkən, o, zərərçəkmiş şəxslərlə barışmış və həmin şəxslərə dəymiş ziyandan onun üzərinə düşən 6.195 manat hissəsini ödəmişdir. Bu səbəbdən, iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırda ondan heç bir tələbləri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 106-1.1-ci maddəsinə əsasən, ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2- 91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən, məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, X3, Cavabdeh1 və X6 bir qrup şəxs halında hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlakını gizli olaraq talamaqla, İddiaçı1 13.000 manat, İddiaçı2 isə 5.585 manat maddi ziyan vurduqlarına görə, məhkəmə hökmü ilə X3 və Cavabdeh1 təqsirli bilinib, məhkum edilmişlər, X6 ibtidai istintaq müddətində öldüyündən, barəsində cinayət təqibinə xitam verilmiş, cinayət işinə baxılarkən, X3 zərərçəkmiş şəxslərlə (hazırki iş üzrə iddiaçılarla) barışıq əldə edərək, ümumi vurulmuş ziyanın məbləği olan 18.585 manat puldan payına düşən 6.195 manat hissəsini zərərçəkmiş şəxslərə (iddiaçılara) ödəmiş və hazırda iddiaçılar vurulmuş ziyanın qalan məbləği olan 12.390 manat pulu Cavabdeh1 və ibtidai istintaq zamanı vəfat etmiş X4 hüquqi varisi kimi tanınmış Cavabdeh2 ödənilməsini tələb edirlər. Məhkəmə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh1 cinayət əməlini törətməkdə təqsirli bilinib, məhkum edildiyindən, iddiaçıların həmin şəxsə qarşı 6.195 manat pul tələbi qanuni və əsaslıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçılar cinayət işi üzrə təqsirləndirilən şəxs X4 hüquqi varisi kimi tanınmış Cavabdeh2 6.195 manat pul tələb etməklə, haqlı deyildirlər. Belə ki, Azərbaycan Respublikası CPM-nin 106-1.7-ci maddəsinin mənasına görə, təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak etməsi, həmin şəxsin hüquqlarından istifadə edib, vəzifələrinin yerinə yetirməsi nəzərdə tutulmuş və bununla da, ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin hüquqi varisi tərəfindən mülki iddia icraatında yerinə yetirməsi qanunda nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 cəmi 6.195 (altı min bir yüz doxsan beş) manat pul tutularaq, həmin məbləğdən 4.951,25 (dörd min doqquz yüz əlli bir manat iyirmi beş qəpik) manat İddiaçı1, 1.243,75 (bir min iki yüz qırx üç manat yetmiş beş qəpik) manat İddiaçı2 xeyrinə ödənilməli, Cavabdeh2 aid hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 cəmi 6.195 (altı min bir yüz doxsan beş) manat pul tutularaq, həmin məbləğdən 4.951,25 (dörd min doqquz yüz əlli bir manat iyirmi beş qəpik) manat İddiaçı1, 1.243,75 (bir min iki yüz qırx üç manat yetmiş beş qəpik) manat İddiaçı2 xeyrinə ödənilsin. Cavabdeh2 aid hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar