Məhkəmə qərarları › İş №2(074)-507/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-507/2025

14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-507/2025 14.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(074)-806/2021 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq, ona ödənilməsi qət edilmişdir. Mediasiya prossesində cavabdeh ilə könüllü olaraq birgə nikahdan doğulmuş xx.xx.2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması və hər ay Cavabdeh 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb, ona verilməsi ilə bağlı tələbini qarşılıqlı surətdə həll edilmişdir və bu barədə xx.xx.2023-cü il tarixli MSŞ.MT.030.2023-01531/2023 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin vaxtdan başlayaraq, cavabdeh tərəfindən birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 üçün, heç bir maddi kömək göstərməmişdir. Hal-hazırda xx.xx.2018-ci il təvəllüdlü X3 böyümüş və onun təlabatı artmışdır, onun tələbatını təkbaşına qarşılamaq qabiliyyətində deyil və Mediasiya prossesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS.MT.030.2023- 01531/2023 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment onun ehtiyaclarını qarşılamır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, uşağın bütün qayğısını, ehitacın tamamilə özü çəkir. Böyüdükçə uşağında atasına qarşı ehtiyacı və təlabatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim- tərbiyəsi və təhsili ilə məşğul olmur. Buna görə də, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, mediasiya prosesi nəticəsində iddiaçı ilə aralarında bağlanmış barışıq sazişi ilə müəyyən olunmuş alimentin məbləğinin artırılaraq, hər ay 232 manat müəyyən olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-806/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay 140 manat və uşağın 3 yaşına çatanadək 30 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Mediasiya təşkilatında İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, hər iki tərəf, qarşılıqlı surətdə razılıq əldə etdilər ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-806/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 140 (bir yüz qırx) manat və xx.xx.2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə nəzərə alınmaqla, həmin alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılması üçün, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində Cavabdeh tərəfindən İddiaçı ödənilməni barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. BMT-nin “Uşaq hüquqları Bəyannaməsi”nin 2 saylı prinsipinə əsasən, “uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir”. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən, onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, məhkəmə iclasında cavabdeh iddianı qismən etiraf edərək, mediasiya prosesində iddiaçı ilə aralarında bağlanmış barışıq sazişi ilə müəyyən olunmuş 180 manat alimentin məbləğinin artırılaraq, 232 manat müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin məbləği artırılaraq, cavabdehin etiraf etdiyi həddə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsini təmin etmək baxımından iddiaçının tələbi qismən təmin edilməli, hazırkı iş üzrə tərəflər arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh İddiaçı xeyrinə hər ay 232 manat sabit pul məbləğində aliment müəyyən edilməli və müəyyən edilmiş alimentin məbləği iddia ərizəsi verilən tarixdə (2025-ci il) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 mislini təşkil etdiyindən, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı iş üzrə tərəflər arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar