Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-523/2020 14.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2883,78 manat əsas kredit borcu, 415,09 manat kreditdən istifadəyə görə faiz borcu, 332,85 manat cərimə olmaqla, cəmi 3631,72 manat borcunun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 002CASA183440002 saylı 10 dekabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 23% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.03 bəndinin E yarımbəndinə əsasən, borcalan bu müqaviləyə əsasən, verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixdə öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçı ASC-yə 06.05.2020-ci il tarixinə 2883,78 manat əsas kredit borcu, 415,09 manat kreditdən istifadəyə görə faiz borcu, 332,85 manat cərimə olmaqla, cəmi 3631,72 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Odur ki, iddiaçı, Cavabdeh 2883,78 manat əsas kredit borcu, 415,09 manat kreditdən istifadəyə görə faiz borcu, 332,85 manat cərimə olmaqla, cəmi 3631,72 manat borcunun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 10.12.2018-ciil tarixli № 002CASA183440002 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 18 ay müddətinə illik 23%-lə 4000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh 06.05.2020-ci il tarixə İddiaçı ASC-yə 10.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2883,78 manat əsas, 415,09 manat faiz, 332,85 manat cərimə olmaqla, cəmi 3631,72 manat borcu vardır. İş materiallarında olan 14.02.2020-ci il tarixli № 0407 saylı birinci bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 10.12.2018-ciil tarixli № 002CASA183440002 saylı kredit müqaviləsi üzrə banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 14.05.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq 4000 manat məbləğində kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq rəsmi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcunu ödəməkdən yayınmış, nəticədə 06.05.2020-ci il tarixə İddiaçı ASC-yə 10.12.2018-ciil tarixli № 002CASA183440002 saylı kredit müqaviləsi üzrə 2883,78 manat əsas, 415,09 manat faiz, 332,85 manat cərimə olmaqla, cəmi 3631,72 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddianın 332,85 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 332,85 manat cərimə borcu əvəzinə 20 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.12.2018-ci il tarixli № 002CASA183440002 saylı kredit müqaviləsi üzrə 2883,78 manat əsas, 415,09 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 3318,87 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.12.2018-ci il tarixli № 002CASA183440002 saylı kredit müqaviləsi üzrə 2883,78 manat əsas, 415,09 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 3318,87 manat borc və 30 manat dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-523/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-523/2020
14.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver