Məhkəmə qərarları › İş №2(074)-528/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-528/2022

01.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-528/2022 01.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşaq üçün 70 manat müəyyən olunmasını və 26 fevral 2020-cı il təvəllüdlü X8 adlı övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat, cəmi 210 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2006-cı ildə ailə qurmuş, lakin 24 oktyabr 2007-cı ildə rəsmi nikahla ailə qurmuş, birgə nikahlarından onların xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayır. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşaqları təminatını ödəmək çətindir. 25 oktyabr 2016-cı il tarixdə Şamaxı rayon Məhkəməsinin qətnaməsi ilə 24 oktyabr 2007-ci ildə bağlanmış nikah qeydi pozulmuşdur. Birgə nikahlarından onların xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X9 adlı uşaqları onun himayəsinə verilmişdir və hər uşağa görə 65 manat cəmi 130 manat aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Nikah pozulandan sonra ağsaqqaların məsləhəti ilə qeyri-rəsmi barışmışlar, 6 ay birlikdə yaşamışlar və birgə faktiki nikahdan 26 fevral 2020-ci ildə X8 adlı övladları anadan olmuşdur. Cavabdeh ticarətlə məşğul olur. Onun orta aylıq gəliri 300-350 manat təşkil edir. 2019-cu il tarixdən cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli 2(074)-1543/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bayramova (Xudaverdiyeva) Gülnar Sabir qızı ilə Cavabdeh 24 oktybr 2007-ci ildə Şamaxı rayon Qeydiyyat şöbəsində bağlanmış, bağlanması barədə akt qeydləri kitabında 187 nömrə ilə qeydə alınmış nikah qeydinin pozuması, tərəflərin birgə nikahlarından doğulmuş 29 iyul 2007-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmaları, cavabdeh X3 14 iyun 2016-cı il tarixdən başlayaraq 29 iyul 2007-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 65 manat olmaqla cəmi 130 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 255409 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-ci il tarixdə 95 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Seriya AZE 11976882 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 29 iyul 2007-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Seriya AZE 11976876 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 15 dekabr 2011-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV 377394 saylı doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 26 fevral 2020-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan X6 akt qeydinin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Şamaxı şəhərində anadan omuş, qeydiyyat tək ananın ərizəsi əsasında aparılmışdır. İş materiallarında olan ərizənin surətindən görünür ki, Cavabdeh 26 fevral 2020-ci il təvəllüdlü X1 üçün hər ay 70 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay hər uşağa 65 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay uşağa görə 70 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin 26 fevral 2020-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat məbləğində alimentin tutulması barədə hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, 29 iyul 2007-ci il təvəllüdlü X7 və 15 dekabr 2011-ci il təvəllüdlü X2 üçün cavabdehdən tutulan alimentin miqdarı hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Eyni zamanda 26 fevral 2020-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə 26 fevral 2020-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti İddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə həmin hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli 2(074)-1543/2016 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 70 manat, cəmi 140 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. 26 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin 26 fevral 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar