Məhkəmə qərarları › İş №2(074)-531/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-531/2021

04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-531/2021 04.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin sədri X2 və Cavabdeh iştirakları ilə İddiaçı Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin Cavabdeh qarşı “bələdiyyənin büdcəsindən əsassız olaraq götürülmüş vəsaitlərin qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin Cavabdeh qarşı “bələdiyyənin büdcəsindən əsassız olaraq götürülmüş vəsaitlərin qaytarılması və vurulmuş maddi ziyan ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Dəmirçi bələdiyyəsinə vurulmuş 9534.28 manat məbləğində vəsaitin Cavabdeh alınaraq Şamaxı rayon Dəmirçi bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Dəmirçi bələdiyyəsi Şamaxı rayonunun Dəmirçi, Səfalı və Zarat-Xeybəri kəndlərində fəaliyyət göstərir. 15 yanvar 2020-ci il tarixə kimi Dəmirçi bələdiyyəsinin sədri Cavabdeh olmuşdur. Dəmirçi bələdiyyəsinin sədri işlədiyi dövr ərzində Dəmirçi bələdiyyəsinə məxsus maliyyə vəsaitlərini hesabdan çıxarmış, lakin çıxardığı vəsaitlərin haraya xərclənməsi barədə sənədləşmə aparmamışdır. Belə ki, Cavabdeh bələdiyyənin sədri işlədiyi dövrdə, 17 iyun 2016-cı il tarixdə Bələdiyyənin hesabından "Kapital Bankdan" adı ilə 420 manat, 12 iyul 2016-cı il tarixdə Bələdiyyə hesabından "Çek № 715680" adı ilə 1425,68 manat, 16 iyun 2017-ci il tarixdə Bələdiyyənin hesabından "Torpaq pulu qaytarılır" adı ilə 2370 manat, 19 dekabr 2018-ci il tarixdə Bələdiyyənin hesabından "təsərrüfat xərcləri" adı ilə 1400 manat, 30 dekabr 2019-cu il tarixdə "bələdiyyənin daxili xərcləri üçün" adı ilə 3000 manat vəsait çıxarmışdır. Bundan 17 iyun 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 71.68 manat, 12 iyul 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 110 manat, 29 iyul 2016-cı il tarixdə "İnternetə ödənilib" adı ilə 200 manat, 16 iyun 2017-ci il tarixdə "Azərselə ödənilib" adı ilə 43 manat, 16 iyun 2017-ci il tarixdə "Dizel yanacağı alınıb" adı ilə 345.80 manat, 16 iyun 2017-ci il tarixdə "Telefon-internet ödənişinə" adı ilə 46 manat, 19 dekabr 2018-ci il tarixdə "yanacaq alınması" adı ilə 536.20 manat, 19 dekabr 2018-ci il tarixdə "Telefon-internet ödənişinə" adı ilə 45.20 manat, 30 dekabr 2019-cu il tarixdə "yanacaq almması" adı ilə 984.00 manat; 30 dekabr 2019-cu il tarıxdə "telefon-internet xərcləri " adı ilə 201.40 manat, 30 dekabr 2019-cu il tarixdə "Notariat kontoruna rüsum və DƏDRX-yə rüsum" adı ilə 99 manat, 30 dekabr 2019-cu il tarixdə "Kadastr və yer quruluşuna ödəniş" adı ilə 1302 manat maliyyə vəsaitləri çıxarmış, lakin təyinatı üzrə xərclənib-xərclənməməsi haqqında heç bir sənədləşmə aparmamışdır. Bundan əlavə Cavabdeh tərəfindən bələdiyyəyə məxsus olan VAZ-21213 minik markalı, ** AA *** Dövlət qeydiyyat nömrəli avtomobil yararsız hala salınmışdır. Bu barədə 14 fevral 2020-ci il tarixdə cavabdehin iştirakı ilə akt tərtib edilərək imzalanmışdır. Avtomobilin əsas ehtiyat hissələri çıxarılmış və tam olaraq yararsız hala salınmışdır. Avtomobilə dəymiş ziyan 5550 manatdır. Həmin dövr ərzində cavabdeh bələdiyyənin işçilərinin əmək haqqlarını ödəməmiş (özü də daxil olmaqla), hesabdan çıxardığı vəsaiti özünün başqa ehtiyacları üçün sərf etmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin sədri X2 iddia ərizəsini müdafiə edərək tələbin tam əsaslı olduğunu, odur ki, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, izahat verib bildirdi ki, hər şeydən əvvəl bələdiyyə kollegial orqandır. Qəbul etdiyi qərarlar da kollegial şəkildə, yəni bələdiyyə iclasında qəbul edilir. İşdə bələdiyyənin iclas protokolunun surəti yoxdur. Belə başa düşür ki, ümumiyyətlə bu məsələ ilə bağlı iclas keçirilməmişdir. Onun göstərdiyi xüsusatlar tamamilə yalandır. Əvvəla bələdiyyənin hesabından xərclənən bütün vəsaitlərin təyinatlarını və hara xərclənməsini əks etdirən bütün mühasibatlıq sənədləri olmuşdur və Arizə də təhvil verilmişdir. Sənədlər də indi hamısı onun əlindədir. İstənilən sənədi götürüb gizlədə də bilər, olmamışdır deyə də bilər. Hansı ki, bu il yarım bələdiyyənin sənədləri və əmlakı təhvil götürülərkən edilməli olan hərəkətləri Ariz bu gün edir. Bu da onun qərəzli olması ilə bağlıdır. O, Arizin atasını torpaq zəbti ilə əlaqədar məhkəməyə vermişdir. Amma o bələdiyyə sədri keçən kimi ərizəni geri götürmüşdür. Bu da onun atasına imkan vermişdir ki, bələdiyyə torpağını zəbt etməkdə davam etsin. Ariz belə qanunpərəstdirsə bu qanunu birinci növbədə atasına tətbiq etsin. Onun iddiada bələdiyyənin avtomaşını barədə dedikləri də tamam absurd şeylərdir. Həmin avtomaşının sənədlərindən görünür ki, 15 ildir ki, bu avtomaşın texniki baxışdan keçməyib. Həmin avtomaşın üçün bir manat da olsun yanacaq və təmirə pul ayrılmayıb. Bu isə o deməkdir ki, bu avtomaşın saz vəziyyətdə olmamışdır. Onu əmlak kimi qəbul edərkən 300 manat olmuşdur. Amma Ariz həmin avtomobilə 5500 manat ziyan hesablatdırıb. Balans dəyəri 300 manat olan avtomaşına 5500 manat ziyan hesablanması ancaq mühasibatlıq işindən anlayışı olmayan şəxslərin işi ola bilər. Belə hesab edi ki, bu əsassız bir iddiadır. Ona qarşı qərəzli olmasının nəticəsidir. Heç bir hüquqi müstəviyə sığmayan bir iddiadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz ərizəsini müdafiə edərək iddia tələbinin əsassız olduğunu odur ki, rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZTELEKOM MMC–nin 06 may 2021-ci il tarixli 36 saylı X1 ünvanlanmış məktubdan görünür ki, AZTELEKOM MMC Şamaxı rayonu, Dəmirçi Bələdiyyəsinə istifadəyə xidmət verməmişlər. Telefon və internet üçün müqavilələri olmamışdır. İş materiallarında olan Seriya AA № 489730 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən VAZ 21213 markalı ** AA *** qeydiyyat nişanlı avtomaşın Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin sahibliyindədir. İş materiallarında olan 14 fevral 2020-ci il tarixli Cavabdeh iştirakı ilə tərtib olunmuş aktın surətindən görünür ki, VAZ 21213 markalı ** AA *** qeydiyyat nişanlı NİVA markalı avtomobil XTA21213UR1081762: sağ qapı şüşəsi istisna olmaqla şüşələr yoxdur, oturacaqlar tamamilə yarasızdır. Üstündəki mühərrikin №-si 128 80 K 21011, blokun №-si 62 YAZ 2***-*******-10AL3, texpasportla heç bir uyğunluğu yoxdur və hər ikisi tamamilə yararsızdır, razdatka sistemi yoxdur, peredok var, amma yararsızdır, qabaq körpü yoxdur, qranatlar yoxdur, Radiator-soyutma sistemi yoxdur, Akkumlyator yoxdur, Salon tamamilə yararsızdır, Arxa körpü yarasızdır, Təkərlər tamamilə yararsız vəziyyətdədir. Benzin bakı yoxdur, idarəetmə priboru yoxdur, Kardan ötürücü sistemi yoxdur, elektrik sistemi yoxdur. Sürət-ötürücü qutu NİVA-ya aid deyil və yararsızdır. Buferlər yoxdur. İş materiallarında olan Şamaxı Servis və Ticarət Xidmətinin 29.03.2021-ci il tarixli 21 saylı rəyindən görünür ki, VAZ 21213 markalı ** AA *** qeydiyyat nişanlı avtomaşının bərpası üçün 5550 manat vəsait tələb olunur. İş materiallarında olan Şamaxı rayon Dəmirçi Bələdiyyəsinin məxaric xəzinə orderlərindən görünür ki, 17 iyun 2016-cı il tarixdə Bələdiyyənin hesabından "Kapital Bankdan" adı ilə 420 manat, 12 iyul 2016-cı il tarixdə Bələdiyyə hesabından "Çek № 715680" adı ilə 1425,68 manat, 16 iyun 2017-ci il tarixdə Bələdiyyənin hesabından "Torpaq pulu qaytarılır" adı ilə 2370 manat, 19 dekabr 2018-ci il tarixdə Bələdiyyənin hesabından "təsərrüfat xərcləri" adı ilə 1400 manat, 30 dekabr 2019-cu il tarixdə "bələdiyyənin daxili xərcləri üçün" adı ilə 3000 manat vəsait çıxarmışdır. Bundan 17 iyun 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 71.68 manat, 12 iyul 2016-cı il tarixdə "Azərselə ödənilib" adı ilə 110 manat, 29 iyul 2016-cı il tarixdə "İnternetə ödənilib" adı ilə 200 manat, 16 iyun 2017-ci il tarixdə "Azərselə ödənilib" adı ilə 43 manat, 16 iyun 2017-ci il tarixdə "Dizel yanacağı alınıb" adı ilə 345.80 manat, 16 iyun 2017-ci il tarixdə "Telefoninternet ödənişinə" adı ilə 46 manat, 19 dekabr 2018-ci il tarixdə "yanacaq alınması" adı ilə 536.20 manat, 19 dekabr 2018-ci il tarixdə "Telefon-internet ödənişinə" adı ilə 45.20 manat, 30 dekabr 2019-cu il tarixdə "yanacaq almması" adı ilə 984.00 manat; 30 dekabr 2019-cu il tarıxdə "telefon-internet xərcləri " adı ilə 201.40 manat, 30 dekabr 2019-cu il tarixdə "Notariat kontoruna rüsum və DƏDRX-yə rüsum" adı ilə 99 manat, 30 dekabr 2019-cu il tarixdə "Kadastr və yer quruluşuna ödəniş" adı ilə 1302 manat maliyyə vəsaitləri çıxarmışdır. İş materiallarında olan Şamaxı rayonu Dəmirçi Bələdiyyəsində 2016-cı il və 2017-ci il üzrə aparılmış müstəqil auditorun hesabatlarından görünür ki, audit olunan dövrdə istifadə olunan kassa mədaxil orderləri ciddi hesabat blankları olmaqla mədaxil və məxaric xəzinə orderlərinin qeydiyyat kitabı aparılmamışdır. Daxili nəzarət sistemi qurulmadığından görülmüş işlərin ilkin sənədləşdirilməsi aparılmamış, yalnız akt tərtib edilmişdir. Bununla da, xərclərin düzgünlüyünü aşkar etmək mümkün olmamışdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən Şamaxı rayonu, Dəmirçi Bələdiyyəsinə xidmət göstərilmədiyi halda cavabdeh tərəfindən bələdiyyə hesabından internet və telefon üçün pul vəsaiti çıxarılmışdır. Cavabdeh bələdiyyənin istifadəsində olan telefon və internet xidmətinə görə öz adına müqavilə bağlanıldığını bildirsə də məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin cavabdeh Azərselə edilmiş ödənişlərin məhz bələdiyyənin istifadəsində olan nömrə ilə bağlı edilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh həmin sənədlərin iddiaçıda olduğunu bildirsə də iş materiallarında olan müstəqil auditorun hesabatlarından görünür ki, audit olunan dövrdə istifadə olunan kassa mədaxil orderləri ciddi hesabat blankları olmaqla mədaxil və məxaric xəzinə orderlərinin qeydiyyat kitabı aparılmamışdır. Daxili nəzarət sistemi qurulmadığından görülmüş işlərin ilkin sənədləşdirilməsi aparılmamış, yalnız akt tərtib edilmişdir. Bununla da, xərclərin düzgünlüyünü aşkar etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1028,88 manat məbləğində pul tutularaq Şamaxı rayonu Dəmirçi bələdiyyəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar