Məhkəmə qərarları › İş №2(074)-534/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-534/2023

11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-534/2023 11.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat məbləğində pulun tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 bildirdi ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 1(074)-40/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 1 (bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə məhkum müvafiq qaydada qeydiyyata götürülərək, məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o, cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanamsı üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətdə saldıqda, dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Monitorinq Mərkəzindən şöbəyə məlumat verilmişdir ki, məhkum Cavabdeh barəsində “izlənmə məlumatları gəlmir”. Bununla bağlı xx.xx.2022-ci il tarixdə məhkum şöbəyə dəvət edilmiş və məlum olmuşdur ki, həqiqətən izlənmə məlumatları gəlmir. Məhkumdan bunun səbəbləri soruşulmuş, lakin o, elektron nəzarət vasitəsinə heç bir müdaxilə etmədiyini və bu barədə heçnə deyə bilmədiyini göstərmişdir. Hökmün icrası məqsədi ilə Cavabdeh yeni elektron nəzarət vasitəsi tətbiq edilmiş və ondan götürülmüş komplekt Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Monitorinq İdarəsinə təqdim olunmuşdur. "xxxx" QSC-nin müvafiq rəyinə əsasən, “ana platada enerji yuvasına aid elementin qırıldığı, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin təqdim etdiyi qiymətləndirmə cədvəlinə əsasən, mobil qurğunun dəyəri 2277,40 manat hesablanmışdır. Bundan sonra, dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkum Cavabdeh bildiriş verilmiş və ziyanın ödənilməsi tələb olunmuş, lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından, elektron nəzarət qurğusu zədələnərək, yararsız vəziyyətə düşmüş və Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə maddi ziyan dəymişdir. Nazirliyin verdiyi arayışa görə, həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə ona elektron qolbaq tətbiq edilmiş, hökmün tələbləri, cəzanın icrası qaydaları, həmçinin elektron vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları izah edilmişdir. Elektron vasitənin nasaz vəziyyətdə olması səbəbindən, xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Lakin, o, elektron qurğuya heç bir müdaxilə etməmiş və qurğunun işlək vəziyyətdə olmamasında onun günahı olmamışdır. Odur ki, dəymiş ziyanın ondan tutulmasına etiraz edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-40/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 5 (beş) ay 7 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 1(bir) ay 16(on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını və yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının İddiaçınə həvalə edilməsi və cəzasının əvvəlinin Cavabdeh həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İş materiallarında olan İddiaçı böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o, cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verilmişdir. Eyni zamanda, iş materiallarında olan məhkum Cavabdeh İddiaçındə verdiyi izahatdan görünür ki, ona xx.xx.2022-ci il tarixdə cəzanın çəkilməsi və icrası qaydası, “Attenti” markalı, 35653520 nömrəli elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilmiş, maddi məsuliyyət barədə xəbərdar edilmişdir. İş materiallarında olan İddiaçı böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, məhkum Cavabdeh “Attenti” markalı, 35653520 nömrəli elektron nəzarət vasitəsi nasaz olduğu üçün götürülmüş və ona yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, nəzarət subyekti olan Cavabdeh tətbiq edilmiş “Attenti” markalı, 35653520 nömrəli elektron nəzarət vasitəsinin ana platasında enerji yuvasına aid element qırılıb, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin məhkum tərəfindən yararsız hala salınması nəticəsində, dəymiş ziyanın məbləği 2277,40 manat təşkil etmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 1(074)-40/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda, həmin hökmlə onun üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını və yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş və cəzanın icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş və icra məmuru tərəfindən məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o, cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkumdan “Attenti” markalı, 35653520 nömrəli elektron nəzarət vasitəsi nasaz olduğu üçün götürülmüş və ona yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Texniki rəylə nəzarət subyekti olan Cavabdeh tətbiq edilmiş “Attenti” markalı, 35653520 nömrəli elektron nəzarət vasitəsinin ana platasında enerji yuvasına aid elementin qırıldığı, təmirin mümkün olmaması, istifadəyə tam yararsız olması və “Attenti” markalı elektron nəzarət vasitəsinin yararsız hala salınması nəticəsində, dəymiş ziyanın məbləğinin 2277,40 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 2277,40 manat məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar