Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-542/2020 04.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması barədə” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(074)-2002/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin artırılaraq xx xxx 2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay atası Cavabdeh 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, cavabdehlə xx.xx.1995-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X6 anadan olmuş, X5 yetkinlik yaşına çatmışdır. Cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuş və uşaqların hər ikisi onun yanında qalmışdır. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(074)-2002/2016 saylı qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ hal-hazırda uşağın saxlanılması üçün kifayət etmir. Həmçinin iddiaçı özünü də işləmədiyini, anasının himayəsində yaşadığını, cavabdehin isə usta olduğunu, Bakı şəhərində işlədiyini və qazancının kifayət qədər olduğunu bildirdi. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında surəti olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(074)-2002/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 310859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2003-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarında olan Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli № 2426/3 saylı sorğuya cavab məktubundan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-2002/2016 saylı icra sənədi üzrə Cavabdeh 5500 manat aliment borcu mövcuddur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.1995-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmış, digər uşaq xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şamaxı Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(074)- 2002/2016 saylı qətnaməsi ilə 100 manat aliment təyin edilmişdir. Hazırda isə İddiaçı təyin edilmiş alimentin artırılması tələbi ilə məhkəmə müraciət etmiş, özünün işləmədiyini, cavabdehin isə Bakı şəhərində usta işlədiyini və qazancının kifayət qədər yaxşı olduğunu əsas gətirmişdir. Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən sorğu əsasında əldə edilmiş məlumatdan məlum olmuşdur ki, cavabdehin Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-2002/2016 saylı icra sənədi üzrə 5500 manat aliment borcu mövcuddur. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığından iddiaçı tərəfindən cavabdehə yönəldilmiş aliment tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərın həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM-in) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası xx xxx 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, verilmiş tələb əsassız olduğundan İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması barədə” iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması barədə” iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-542/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-542/2020
04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver