Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-546/2020 29.06.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia qaldıraraq, Cavabdeh borc pul üzrə 10200 manat və ödədiyi dövlət rüsumu üzrə 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı idda tələbini müdafiə edərək izahat verib bildirdi ki, onunla Cavabdeh arasında 26 fevral 2018-ci il tarixdə “kredit müqaviləsi” bağlanmış və bu müqavilə notarial qaydada təsdiqlənmişdir. Həmin kredit müqaviləsinin şərtlərinə görə, “borc alana”, yəni Cavabdeh 10.200 manat məbləğində pulu ona borc verdikdən sonra, “borc alan” da həmin məbləği 22.03.2018-cil tarixədək geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin qeyd edilən kredit müqaviləsinin bağlandığı vaxtdan halhazıra kimi cavabdeh tərəfindən kredit müqavilənin 2-ci bəndinin şərtləri pozulmuş və o, aldığı borc puldan heç nə ödəməmişdir. Bir müddət ona borcunu qaytarmasını dəfələrlə təkilf etmiş, lakin, o, borcu qaytara bilməməsinin səbəblərini müxtəlif bəhanələr göstərərək, borcu ödəyəcəyini söz versə də, bunu etməkdən yayınmışdır. Sonda mən məcbur olub kredit müqaviləsinin 9-cu bəndinə uyğun olaraq hazırki iddia tələbilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Cavabdeh borc pul üzrə 10200 manat və ödədiyi dövlət rüsumu üzrə 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahat verib bildirdi ki, iddiaçıdan borca pul almış və qaytara bilməmişdir. Məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 26 fevral 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 22.03.2018-ci il tarixədək qaytarmaq şərti ilə 10200 manat məbləğində pul borc vermişdir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, tərəflər arasında 26 fevral 2018-ci il kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 22.03.2018-ci il tarixədək qaytarmaq şərti ilə 10200 manat məbləğində pul borc vermişdir. Cavabdeh iddiaçıya olan borcunu etiraf edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10200 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10200 (on min iki yüz) manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-546/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-546/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver