Məhkəmə qərarları › İş №2(074)-549/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-549/2024

13.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-549/2024 13.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 14 saylı Şamaxı Ərazi İdarəsi və Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “X1, X6 və X7 adına çıxarışların ləğv olunması və onun adına çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 14 saylı Şamaxı Ərazi İdarəsi və Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryud kəndində yerləşən mərhum atası X4 məxsus fərdi yaşayış evi üçün X1 adına verilmiş qeyri-qanuni çıxarışın ləğv olunması, həmçinin həmin ev üçün X11 və X12 adlı şəxs şəxslərin adlarına verilmiş seriya MA ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan xx.xx.2011-ci il tarixli qeyriqanuni çıxarışın ləğv edilməsi və mərhum atası X2 mübahisəli evə dair vərəsə kimi adına olan qanuni və əsas çıxarış bərpa olunmaqla yekunda atasına məxsus daşınmaz əmlak (mübahisəli fərdi yaşayış evi) üzərində hüquqlarının tanınmasına, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin mərhum atası X4 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evi üçün onun adına çıxarış verməsinin mümkünlüyü barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şamaxı rayonu, Çuxuryud kəndində yerləşən evi bibisi saxta sənədlərlə öz adına keçirib öz uşaqları X11 və X8 bağışlamışdır. Hazırda Nadejda, İqor və Oleq ölüb və evə o və ailəsi baxır. Lakin istəyir ki, evi rəsmi şəkildə öz adına keçirsin. Cavabdehlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsini üzürsüz hesab edərək mülki işə cavabdehlərin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən iddiaçını dinləyib iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 14 saylı Şamaxı Ərazi İdarəsi və Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “X1, X6 və X7 adına çıxarışların ləğv olunması və iddiaçının adına çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)-613/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi, X11, Şamaxı rayon Notariat Kontoru, Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “qeydiyyat vəsiqəsinin, Şamaxı rayon AİK-nın qərarı, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, bağışlama müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə dair X3 adına verilmiş 12 dekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsinin, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X3 və onun oğlu X7 mülkiyyətinə ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının, 0,13 ha torpaq sahəsi üzərində X3 və X7 mülkiyyət hüququna dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin fərdi yaşayış evinə dair X5 ilə X12 və X11 arasında Şamaxı rayon notariat kontorunda bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında X9 X6 fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin onun tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3472/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3967/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Göründüyü kimi iddiaçı hazırda X1 adına verilmiş qeyri-qanuni çıxarışın ləğv olunması, həmçinin həmin ev üçün X11 və X12 adlı şəxs şəxslərin adlarına verilmiş seriya MA ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan xx.xx.2011-ci il tarixli qeyri-qanuni çıxarışın ləğv edilməsi və mərhum atası X2 mübahisəli evə dair vərəsə kimi adına olan qanuni və əsas çıxarış bərpa olunmaqla yekunda atasına məxsus daşınmaz əmlak (mübahisəli fərdi yaşayış evi) üzərində hüquqlarının tanınmasına, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin mərhum atası X4 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evi üçün onun adına çıxarış verməsinin mümkünlüyü barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl isə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 55,2 kv.metr yaşayış sahəsi, 144,5 kv.metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinə dair X3 adına verilmiş 12 dekabr 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsinin, həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi olan 0,13 ha torpağın X3 və onun oğlu X7 mülkiyyətinə ayrılması barədə Şamaxı rayon AİK-nın 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarının, 0,13 ha torpaq sahəsi üzərində X3 və X7 mülkiyyət hüququna dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin fərdi yaşayış evinə dair X5 ilə X12 və X11 arasında Şamaxı rayon notariat kontorunda bağlanılmış 28 aprel 2006-cı il tarixli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında X9 X6 fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçının hazırda ləğv edilməsini istədiyi sənədlərin etibarsız sayılmasına dair iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İşə baxan məhkmələr tərəfindən isə həmin sənədlərin etibarsız sayılması üçün əsaslar müəyyən olmadığından iddiaçının tələbi təmin edilməmişdir. Həmçinin işə baxan bütün məhkmələr iddiaçının hazırda mübahisələndirdiyi Nadejda Yakovlevnanın adına verilmiş qydiyyat vəsiqəsinin, X12 və X6 fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi üçün də əsaslara da hüquqi qiymət vermişlər. Bundan başqa iddiaçı iddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 14 saylı Şamaxı Ərazi İdarəsini və Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisini cavabdeh qismində qeyd etmişdir. 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (31.1.4) inzibati orqan kimi göstərilmişdir. 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən isə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması mümkün olsa da iddiaçı hazırki iddia tələbində Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisini cavabdeh qismində qeyd etsə də ona qarşı heç bir tələb irəli sürməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, mülki işin icraatına xitam verilməli və iddiaçıya bibisi uşaqlarından miras qalmış əmlakla bağlı notariat ofisinə müraciət etməsi, vərəsəlik şəhadətnaməsi aldıqdan sonra isə onun adına çıxarışın verilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət etməli olması, onun müraciətindən imtina edildikdə isə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (əməliyyat İD 395322006, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsum İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 14 saylı Şamaxı Ərazi İdarəsi və Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “X1, X6 və X7 adına çıxarışların ləğv olunması və onun adına çıxarışın verilməsi” tələbinə dair mülki iş üzrə icraatına xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (əməliyyat İD 395322006, GPP qəbz nömrəsi ********** olan) 100 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar