Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-554/2020 07.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 207,04 manat, faiz borcuna görə 34,93 manat, dəbbə borcuna görə 35,21 manat olmaqla, cəmi 277,18 manat borcun və həmçinin dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd sepə (çəkisi 21,07 qr, 750), 1 ədəd qolbağa (çəkisi 11,1 qr, 583), 1 qırıq 2 qaşı yox 3 ədəd üzüyə (çəkisi 10,6 qr, 583) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdehnun 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsi üzrə 277,18 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin borcludan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi x2 iddianı müdafiə edərək izahat verib bildirdi ki, İddiaçı ASC-nin Şamaxı filialı ilə Cavabdeh arasında bağlanmış 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsinə əsasən illik 30 faiz dərəcəsi olmaqla 16 ay müddətinə 1400 manat məbləğində cavabdehə kredit verilmişdir. 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh ödəniş qrafıkinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 1 faizi həcmində banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyası 13.11.2018-ci il tarixli girov müqaviləsinə əsasən banka girov qoyulmuşdur. Tərəflər arasında bağlanmış 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin müqaviləyə əsasən müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyi tələb etmək hüququ vardır. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsi üzrə banka 207,04 manat əsas, 34,93 manat faiz, 35,21 manat dəbbə olmaqla, cəmi 277,18 manat borcu vardır. Odur ki, nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 30 faiz dərəcəsi olmaqla 16 ay müddətinə 1400 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı saxlanc girovu müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus dəyəri razılaşmaya və qiymətləndiricinin təyin etməsinə görə 2575,14 manat dəyərində qızıl-zinət əşyası banka girov qoymuşdur. İş materiallarında 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh özünə məxsus 1 ədəd sepi (çəkisi 21,07 qr, 750), 1 ədəd qolbağı (çəkisi 11,1 qr, 583), 1 qırıq 2 qaşı yox 3 ədəd üzüyü (çəkisi 10,6 qr, 583) banka girov qoymuşdur. İş materiallarında olan 19.05.2020-ci il tarixli RB02/PK 2740 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 13.11.2018-ci il tarixli SMLMB-2451 saylı kredit müqaviləsi üzrə banka 15.05.2020-ci il tarixə 207,04 manat əsas, 34,93 manat faiz, 35,21 manat dəbbə olmaqla, cəmi 277,18 manat borcu vardır. İş materiallarında olan 19.08.2019-cu il və 15.04.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 13.11.2018-ci il tarixli SMLMB- 2451 saylı kredit müqaviləsi üzrə banka olan kredit borcunu ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 20.05.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC-dən 1400 manat məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi bankla Cavabdeh arasında saxlac girovu müqaviləsi bağlanmış və Cavabdeh özünə məxsus qızıl-zinət əşyaları banka girov qoymuşdur. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Maliyyə arayışına əsasən Cavabdehnun banka 15.05.2020-ci il tarixə 207,04 manat əsas, 34,93 manat faiz, 35,21 manat dəbbə olmaqla, cəmi 277,18 manat borcu vardır. İddiaçı iddia ərizəsinə görə 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 35,21 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 35,21 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 207,04 manat əsas, 34,93 manat faiz, 10 manat dəbbə olmaqla, cəmi 251,97 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd sepə (çəkisi 21,07 qr, 750), 1 ədəd qolbağa (çəkisi 11,1 qr, 583), 1 qırıq 2 qaşı yox 3 ədəd üzüyə (çəkisi 10,6 qr, 583) yönəldilməli, girov əmlakı açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh cəmi 251,97 manat borcu və 20 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilməli, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 207,04 manat əsas, 34,93 manat faiz, 10 manat dəbbə olmaqla, cəmi 251,97 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan girov qoyulmuş 1 ədəd sepə (çəkisi 21,07 qr, 750), 1 ədəd qolbağa (çəkisi 11,1 qr, 583), 1 qırıq 2 qaşı yox 3 ədəd üzüyə (çəkisi 10,6 qr, 583) yönəldilsin, girov əmlakı açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh cəmi 251,97 manat borcu və 20 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. Girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğ borcludan tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-554/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-554/2020
07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver